
Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sayı 37 faiz təşkil etsə də, hələlik bu sektordan əldə olunan nəticələr o qədər də ürəkaçan deyil. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırsa da, bu gün hətta getdikcə zəifləyən sahələr də var. Məsələn, buna pambıqçılığı misal göstərmək olar. Adi bir fakta nəzər yetirək ki, ötən il Ağdam rayonunun Azərbaycanın nəzarətində olan ərazisində 80 hektar sahədə pambıq becərilib. 147 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 18.3 sentner təşkil edib. 2013-cü ildə isə rayonda 143 hektar ərazidə pambıq əkilib. 242 ton məhsul toplanıb. Bu da hər hektardan 16.9 sentner məhsulun yığılması deməkdir. Göründüyü kimi, pambıq sahələri getdikcə azalır. Fermerlər pambıqçılığın gəlirsiz sahəyə çevrildiyini deyirlər: "Mən hər hektardan orta hesabla 55 sentner pambıq götürmüşəm. Lakin bu məhsuldarlığın qarşısında yenə qazanc yoxdur", - deyə fermer Mürsəl Qurbanov bildirib.
Taxılçılıqda da vəziyyət qənaətbəxş deyil. Bu sahədə orta məhsuldarlıq 23 sentnerdir. Halbuki, bu göstəricini 3.5-4 tona qaldırmaqla, ölkə əhalisinin ərzaq buğdasına olan tələbatını tam ödəmək mümkündür. Bundan başqa, hazırda bazarlarda müxtəlif ölkələrdən gətirilən kənd təsərrüfatı məhsulları piştaxtaları bəzəyir.
Amma bu gün elə ölkələr var ki, Azərbaycanla müqayisədə kənd təsərrüfatının inkişafı üçün imkanları zəifdir. Buna baxmayaraq, həm özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir, həm də ixrac edir. Məsələn, Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geridə qalır. Amma bu ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatı 100 faiz daxili istehsal gücünə ödənilir. Danimarka aqrar məhsulların ixrac həcminə görə dünyanın 15 ölkəsi sırasında yer alır. Bu ölkədə kənd təsərrüfatı sahəsində istehsal edilən məhsulların 80 faizə qədəri ixraca yönəlir.
Deməli, aqrar sahədə əsaslı irəliləyişə nail olmaq üçün əhalinin sayının çox olması deyil, bu sahədə elmin son nailiyyətlərindən istifadə edərək daha çox məhsul əldə etmək əsasdır.
Təsadüfi deyil ki, bunu son illər Azərbaycanda yaradılan iri fermer təsərrüfatlarının timsalında müşahidə etmək mümkündür. Belə təsərrüfatlarda hər inəkdən bir gündə 20-22 litr süd sağılır. Becərilən torpaqlardan hər hektardan orta hesabla 5 ton taxıl yığılır və s. Göründüyü kimi, Azərbaycanda da bu işi genişləndirməklə aqrar sahədə əsaslı irəliləyişə nail olmaq və kənd yerlərində yaşayan insanları daimi işlə təmin etmək mümkündür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hesab edirlər ki, ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan əhalinin sayı 39-dan 37 faizə düşsə də, bu, yenə də çoxdur. Əhalinin xidmət sektoruna cəlb edilməsi vacibdir: "Kənd təsərrüfatı sahəsi ilə məşğul olan əhalinin sayının azalması və onun hansı sektora dövr etməsi məsələsi müzakirə olunacaq məsələlərdən və qarşıda duran problemlərdən biridir. Bu gün istehsal sferası ilə məşğul olan əhalinin xüsusi çəkisi Avropa ölkələrinə nisbətən Azərbaycanda xeyli yüksəkdir”, - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Əlbəttə, kənddə yaşayan insanların bir hissəsinin xidmət sektoruna cəlb edilməsi ilə yanaşı, digərlərinin də işlə təminatı və onların əməyindən səmərəli istifadə olunması da vacib amillərdəndir. Məlumdur ki, bu gün Azərbaycanda bir çox torpaq mülkiyyətçiləri ondan yararlanmırlar. Onlar bunu torpaqdan məhsul əldə edə bilməyərək gəlirsiz qalmaları ilə əsaslandırırlar. Nəticədə isə torpaq ya istifadəsiz qalır, ya da başqaları tərəfindən icarəyə götürülür: "Kəndçinin başqa işi yoxdur. İşi ancaq torpaqladır. Torpağı da əkir, xeyrini görə bilmir. Elə adamlar var ki, torpağını atıb çıxıb gedib. Hektarını məcbur qalıb 100 manata icarəyə verirlər. Biz torpağı icarəyə götürürük”, - deyə fermer Eminağa Ağayev vurğulayıb. Təssüf ki, hazırda torpağı icarəyə götürüb, ondan istifadə etmək istəyənlərin sayı da çox deyil. Bu isə onların da gəlirinin
yüksək olmaması ilə bağlıdır. Mütəxəssislər deyirlər ki, torpaqdan gəlir götürmək üçün bu işə kompleks yanaşmaq lazımdır. Məsələn, taxıl istehsalı ilə məşğul olan fermerin texnikaları, toxumu, saxlanc yerləri və s. olmalıdır. Bu hal heyvandarlıq, bağçılıq və kənd təsərrüfatının digər sahələrinə də aiddir. Dövlət tərəfindən bu sahədə fermerlər üçün geniş imkanlar yaradılsa da, bir nəfərin bütün bu imkanlara sahib olması o qədər də asan deyil. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, 10-15 hektardan az torpaq sahəsi olan fermerin təsərrüfatı rentabelli işləyə bilmir, bazar və ixrac yönümlü məhsul istehsal etmək potensialı aşağı olur. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, fermerlər bir yerdə işləsələr, daha çox gəlir götürə bilərlər.
Bu hal həm də onların işlə bağlı çətinliklərini aradan qaldırar. Kənd Təsərrüfatı Nazirliynin nümayəndəsi Murtuzəli Hacıyev bildirib ki, fermerlər birləşərək kooperativlər şəklində fəaliyyət göstərsələr, biz daha çox məhsul istehsal edə bilərik. Kənd təsərrüfatı məhsullarının ixrac potensialı da ildən-ilə artar.
Şübhəsiz ki, kənd təsərrüfatını tam şəkildə gəlirli sahəyə çevirmək mümkün olsa, bu sahəyə maraq da artacaq. Bu maraq isə kəndlərdə yaşayan və məşğuliyyətlərinin olmamasından gileylənən insanların işlə təminatı ilə nəticələnəcək. Mütəxəssislər onu da deyirlər ki, bu gün istənilən bir torpaq mülkiyyətçisi dövlətin tətbiq etdiyi güzəştlərdən yararlanmaqla kənd yerlərində yeni iş yerlərinin yaradılması prosesində də iştirak edə bilər.
Qeyd edək ki, ölkədə yeni müəssisələrin yaradılması, işsizliyin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Son illər Azərbaycanda 1 milyon 360 min iş yeri açılıb ki, bunun da 80 faizi bölgələrin payına düşüb. Bu isə regionlarda qurulan yen müəssisə və təsərrüfatların hesabına baş verib.
Mənbə: Nilli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu gün I sinfə qəbul imtahanları başlayır
Çempionlar Liqasının 4 bəxtəvər komandası
Tuba Büyüküstün ilk dəfə etiraf etdi
Onlar arıqlamaq istəmirlər
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
İslandiyaya virtual səyahət
Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA
İlk İnternet-məhkəmə açılıb
Koronavirusun daha bir simptomu üzə çıxdı
Dünyanın ən yaşlı kişisi vəfat etdi
İslandiyada bütpərəstliyin ilk məbədi tikildi
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
13 maddəli tənbəllik manifesti
Gün şüalarının qadınlar üçün ZİYANLARI
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Magellan buludları
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Vanessa Mey Olimpiadada yarışacaq
Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Türkiyə kurortu sökülür
Azərbaycana ən çox turist MDB ölkələrindən gəlir
Qarabağda müharibə yaxınlaşır?
Kişilərin saçı tökülürsə...
Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
TQDK bu gün cavabları elan edəcək
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI bilindi
Balaca boy qadınlar necə geyinməli?
Dietoloqlar yorğun orqanizmi şokoladlarla deyil, yumurta ilə qüvvətləndirməyi məsləhət görürlər
Yaşlanmanı gecikdirən qidalar
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
DİN-in mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək
Bağırsaqlardakı toksin maddələri 72 saata təmizləyir
Azərbaycanını mənzil bazarı donur: hamı çaşqınlıq içində
Qızılgül mürəbbəsi (foto resept)
Şokoladlı tort (foto resept)
Zəhərlənmə
Lexus LF-NX belə olacaq?
Oğrulardan qorunmaq üçün qəribə üsulları olan insanlar
Günün ulduz falı
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
2018-ci ilin ƏN ZÖVQSÜZ ULDUZLARI
4 illik evlilik 10 dəqiqəyə bitdi
Azam Ali – Ov
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
Bələdiyyələr: onlar kimə lazımdır?
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Bu da 10 milyonuncu uşağın FOTOSU
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]