Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))
Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.
Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.
Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.
O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.
Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Avtobuslarda gediş haqqı artırılır?
Geyiminə görə tənqid olundu-FOTO
İri ölçülü asteroid Yerə yaxınlaşır
İşləyən şəxslərin çoxu bundan əziyyət çəkir
Evdə işləmək...
Sobada qovurma (foto-resept)
HAVA necə olacaq?
Nazarbayev koronavirusa yoluxub
Selfi çəkən cütlük şəklə baxanda şoka düşdü
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Quran prinsipləri məktəbdə öyrədilməlidir"
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Google sürücüsüz avtomobil buraxacaq
Azərbaycanda karantin rejimi uzadıldı
Rəssam Nachi Diaz
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Azərbaycanda ilk
Valideyn olmaq istəməyən cütlik icazə almalıdı
Fərqli qaydalarla yaşayan uşaqlar
Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Necə anasınız?
Yaponlar nadir hadisəni belə çəkdilər
Fərqli görünüşlü iki tort (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Cem Yılmazın səhnədə halı pisləşdi
Sobada soğan halqası (foto resept)
Whatsapp-dan unikal yenilik
Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar
Hande Erçel yeni serialda
Bu şəxslərin maaşları ARTDI
Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır? - TƏBİB-dən AÇIQLAMA
Uşağın xasiyyəti yataqdan başlayır
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
İriçaplı silahlar işə düşdü
Azərbaycandan koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi
Kəhrəba haqqında
Hərbi çağırışa start verildi
Salfet etiketi
Günün ulduz falı
Yalan, yoxsa gerçək?
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
HAVA necə olacaq?-13 dekabr
Telefonlar "Wi-Fi" ilə enerji yığacaq
Saçlarınız üçün lazımlı maskalar
Günün ulduz falı
Rafet El Roman Sumqayıtda konsert verəcək
Dünyamızı əks etdirən rəsmlər
- ŞƏRHLƏR