Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))
Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.
Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.
Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.
O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.
Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu kişilərlə evlənməyin!
Amerika İsraili hədələdi
Bir şəkillə həyatı dəyişən insanlar
Sabah bağlı olacaq yollar məlum oldu
Baş nazirdən uçuşların yenidən bərpası ilə bağlı QƏRAR - Qaydalar açıqlandı
Putindən Qarabağ açıqlaması: “Liderlərin bəyanatı regionda vəziyyətin stabilləşdirilməsinə imkan verdi”
Mətbəx üçün pərdələr
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Günün ulduz falı - 09.09.2013
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Planetimizlə bağlı qorxunc PROQNOZ
Nəmliyini itirən saçlar üçün maska
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Futbolçularımız uduzanda cərimələnəcək?
Qadınlar sevgi, kişilər seks arxasınca qaçır – PSİXOLOJİ TƏHLİL
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Athleisure dəbi necə olmalıdır?
Azərbaycan 130 ölkə arasında 10-cu yer tutub
Qan verməyin insana faydası
Bir-birindən maraqlı Jennifer Lawrence filmi
Gəlinlər üçün saç modelləri
Hamiləlikdə saç boyanması
Sindi Krouford Sakinlərin Borcunu Ödədi
Uşağı kimə verməli?
Yerin Günəş sistemində mövqeyi
4 metrlik 3D printer yaradılıb
Vanna otağı mikroblardan necə təmizlənməlidir?
Qədərində yeyin, sağlam olun!
Sabahın HAVAsı
Ebola virusu qarşıdurma yaratdı
Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Yeni planet kəşf edildi
Uşağa nece xeyr demək olar
Bu ilki tələbə qəbul planı üzrə vakant yerlərin sayı açıqlandı
Zəhərli çiçək
"Zövq" tortu (foto resept)
Sərhədsiz yaradıcılıq
13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR
Moskvada ilk dəfə günəş enerjisi ilə işləyən işıqfor quraşdırılıb
HAVA necə olacaq?
"Hollivud"un güclü pəhrizləri: piy əvəzinə can alır
Hava XƏBƏRDARLIĞI
Obamanın şoka salan parolları
Arıqladan limon suyu
Qanlı 30 Aprel
Ronaldo, yoxsa Ronaldu: Ata oğlunu ələ saldı - VİDEO
Milyarder Ukrayna gözəli ilə evləndi-FOTO
12 ildən sonra komadan ayıldı
Hava haqqında
- ŞƏRHLƏR