Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))
Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.
Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.
Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.
O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.
Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Su zanbağının hazırlanması
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Küçələrdə qapıları yalayan seksual manyak peyda olub - FOTO
Qəhvənin zərərləri.
Apple təbiət meneceri axtarır
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Öz əkizinə rast gələnlər (FOTO)
Yataqları ayırmayın
10 milyon dollarlıq alma satılır-FOTO
Türkiyədə 1500 illik İncil tapıldı-Qeydlər Vatikanı ayağa qaldırdı-FOTO
Hamiləlikdə yuxu və yuxusuzluq
Oktyarbr ayı üçün bayram və tarixi günlər
“Beni affet”in aktyorları evləndi - FOTO
Məşhur aparıcının FOTOsu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Yaxşı insanların intiqamı
Yaralandıqdan sonra üç gün döyüş meydanında qalan Qarabağ qazisi evə buraxıldı - VİDEO
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Ziyafət çantaları
Axşam saat 20:00-dan sonra bunları yeməyin!
Seçilmiş aforizmlər
Dollar kreditlərinin taleyi ilə bağlı qərar
Peonny Lim
Moskva kosmonavt qəbulu elan edib
Türkiyənin ən gözəl qızı seçildi
İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
Bakıya QAR yağacaq?
Mədə detoksu
Bürclər üzrə yemək seçimi
Günün qoroskopu: Bədxərclik etməyin!
Sabah Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edildi
HAVA necə olacaq? 14-yanvar
Louis Vuitton kimdir?
Qulaqcıqlarla gələn bəla
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Məşhurlar ziyafət gecələrində
Hardan bilək ki, dostumuz zərərli insandır?
Bakıda 15 nəfərə məzar olan binanın yanmasından bir il ötür
Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu
Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibələr başladı
Leyla Əliyevadan xanımlarla bağlı paylaşım
Yuxuya getməyi asanlaşdıran 5 mahnı
Qəhvənin qiyməti rekord vurdu
Cırbır (foto resept)
Günə limonlu su ilə başlamaq üçün 6 səbəb
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Putin ikinci dəfə evləndiyini gizlədir?
Yaşam-AДћ
Təbii antibiotiklər
Sellülit masajı
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
- ŞƏRHLƏR