Azərbaycanda yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirləri tətbiq ediləcək. Mili.Az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən "Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası"nda öz əksini tapıb. Yeni qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir. Qaydaya əsasən, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları fəxri diplomlarla təltif edilmə, pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma, yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə, yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmədir. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin, ətraf mühitin mühafizəsi üzrə fondların, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantları, beynəlxalq və yerli təşkilatların ayırmaları, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər. Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur. Yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir. Mükafatlandırılma zamanı idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının 3-5 misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının 1-2 misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 400-800 manat məbləğində birdəfəlik mükafat veriləcək. 5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə - fəxri diplom və 1500 manat məbləğində birdəfəlik mükafat veriləcək. Milli.Az
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR