“Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi həcmində icbari tibbi sığorta haqqı ödənilməlidir.
Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 8 000 manatdan yuxarı əmək haqlarından 0,5 faiz həcmində icbari sığorta haqqı tutulacaq.
Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat məbləğdə vəsait nəzərdə tutulub. Bu məbləğ Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla əsas götürülüb.
2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1 milyard 44,7 milyon manat vəsait proqnozlaşdırılır.
Qeyd edilib ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda - Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları, yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.
XƏBƏR LENTİ
Prezident sərəncam verdi
"Ad günü" salatı (foto resept)
Dünyanın ən populyar smartfonu açıqlandı
Galaxy S5-in əsl dəyəri nə qədərdir?
Gözəllik, yoxsa əsarət?
Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
İki qolu olmayan iki övlad anası: onun əzələlərinə baxın
2013-2014 mövsümü üçün payız-qış kostyumları
Mayedə bişirmə
Swatch "ağıllı" saat buraxacaq
100 yaşlı nənə ad günündə atıldı
Mərcinin faydaları
Dünyanın ən bahalı reperi
Azərbaycanda direktor olmaq istəyənlərin nəzərinə
55 yaşlı Sedanın makiyajsız fotosuna tərif yağdı
Makaronun bilinməyən faydaları
Günün ulduz falı - 15.08.2013
Zövqlü ayaqqabılar
Əlil uşaq və ailə
İnsult
Hindistanlı rəssamın fantastik rəsmləri
Yuxular və yuxuyozmalar (7)
MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayişinə MÜNASİBƏT
Böyürtkənli-qaymaqlı tart (foto resept)
Övladları Bred Pitti istəmədilər
Kimlər ev tikə bilməzlər?
Ermənistana məxsus PUA məhv edildi - RƏSMİ
"Avropalı gənc öz toyunda "Vağzalı çaldırırmı? Xeyr!"-Millət vəkili
Ölkələrə görə gəlin və bəy
Mehriban Əliyevaya "2015-ci ilin adamı" mükafatı təqdim edilib
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
Hamilələr qurban əti yeyə bilərmi?
Toy tortları
HAVA necə olacaq? 23 MAY
300 illik mumiya 1 saata çürüdü
"Ermənistan genosid, terror, əsir-girovlara münasibətdə beynəlxalq hüquq normalarının pozulması siyasətini genişləndirir"
Babet modelləri
Uşaqlar üçün "mədəni" Yeni il: haraya getməli?
23 rəqəminin sirri
Deputat: "Azərbaycanda təhsil sistemi daha da təkmilləşdirilməlidir"
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Azərbaycanda bu şəxslərin pensiyaları artacaq
Günün ulduz falı
Düşmənin ağır döyüş texnikaları məhv edilir - VİDEO
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Saç uzadan 2 maska