Evdə analar uşaqları ilə daha çox təmasda olurlar. Məhz bu səbəbdən də övladın tərbiyəsində yol verilən səhvlərə görə ən birinci günahlandırılan şəxs ana olur. Qız uşaqlarının tərbiyəsində anaların məsuliyyəti daha çoxdur. İstər evdə, istərsə də kənarda qızlar onları maraqlandıran suallarını birbaşa analarına ünvanlayırlar. Bu zaman isə suallara düzgün və ətraflı cavabların verilməsinə çalışmaq lazımdır.
Bu sualların içərisində bəzən anaları “qorxudan” suallar da olur. Belə vaxtlarda tez uşaqların üstünə düşür, bunu haradan və kimdən öyrəndiyi ilə maraqlanırlar. Beləliklə, uşaqları məlumatlandırmaqdan daha çox qorxudurlar. Uşaq isə artıq bildiyini və öyrənmək istədiyini anasından deyil, kənardan öyrənməyə meylli olur. Uşaqda belə bir fikir formalaşır ki, bəzi söhbətləri evdə valideynlərlə etmək olmaz, bəzi sualları valideynlərə ünvanlamaq olmaz. Bu söhbətlər “adam yanında” edilməli söhbət deyil. Bəs uşaq bu informasiyanı haradan və kimdən öyrənməlidir?
Belə olduğu halda internetdən düzgün olmayan istifadə və ya arzuedilməz rəfiqələrlə münasibət yarana bilər. Nəticədə isə uşaq özünə lazım olduğundan da daha artıq və zərərli informasiya əldə edər. Bəs belə olan halda nə etməli?
Ailədə qız uşağının doğulması artıq evdə sevgi və harmoniyanın yaranması deməkdir. Bu uşağın tərbiyəsi onun doğulduğu ilk gündən başlayır. İlk gündən tərbiyə gələcək qadının, ananın formalaşmasına yönəlməlidir. Amma qız uşağının tərbiyəsi dedikdə, onun təkcə cinsi tərbiyəsi nəzərdə tutulmur.
Məlumdur ki, qız uşaqlarında cinsi oyanma daha tez başlanır. Məhz bu səbəbdən də onlarla münasibətdə daha ehtiyatlı olmaq lazımdır. Qızlar özlərində baş verən dəyişikliyə müxtəlif münasibət bəsləyə bilərlər. Bu hər şeydən əvvəl hər uşağın özünün psixoloji hazırlığından asılıdır. Ana bütün bu prosesləri öz qızına olduğu kimi başa salmalıdır. Olduğu kimi deyəndə hər şeyi çılpaqlığı ilə danışmaq nəzərdə tutulmur. Bu zaman istər-istəməz uşaqda bilmədiyi və indiyə qədər məlumatı olmayan məsələlərə qarşı xüsusi maraq yarana bilər. Təbii olaraq, bu da xoşagəlməz hadisələrlə nəticələnər.
Yetkinlik dövründə qızlar hər sözdən daha tez inciyir, daha tez küsür, daha həssas olurlar. Ona görə də bu zaman qızlara qarşı xüsusən diqqətli davranmaq lazımdır. Qız uşağında baş verən dəyişikliklər, onun hərəkətləri haqqında başqalarının, xüsusən qohumların yanında danışmaq, hamının yanında uşağı utandırmaq olmaz. Bu zaman siz onun izzəti-nəfsini yaralaya bilərsiniz. Bu isə onun nəinki psixologiyasına, həmçinin gələcək həyatına ağır zərbə vurmuş olar.
Qızlara müəyyən qədər sərbəstlik vermək lazımdır. Amma bu, heç də onların nəzarətsiz buraxılması anlamına gəlməməlidir. Ana həmişə öz qızını nəzarətdə saxlamalı, lakin təzyiq göstərməməlidir. Qızının seçimlərinə hörmətlə yanaşmalı, yeri gəldikcə onu istiqamətləndirməlidir. Xüsusən qız uşaqları rəfiqə seçərkən ananın məsləhətlərinə ehtiyac duyurlar. Çünki səhv seçilmiş rəfiqə qızın həyatına, dünyagörüşünə mənfi təsir göstərə bilər. Çalışmaq lazımdır ki, uşaqlar evdə valideynlərindən söz gizlətməsinlər. Ana qızın hər şeydən əvvəl rəfiqəsi olmalıdır.
Axı qızlar həmişə saflığın, təmizliyin simvolu olublar. Qızlıq qüruru, qızlıq namusu, isməti əyilməz, müqəddəs sayılıb. "Qız kimi utancaq, qız kimi həyalı" deyib babalar...
XƏBƏR LENTİ
Qitələrarası ilk “teleportasiya” keçirilib
Bu günün Ramazan təqvimi (13 iyul)
Yeniyetmələri bu təhlükədən qoruyun
3 günə sürətli arıqladan pəhriz
Əvvəll döydü, sonra xilas etdi
Möhtəşəm çəkmə modelləri
Piti
Gürcüstanın ilk qadın prezidenti and içdi
İşğaldan azad etdiyimiz Hadrut qəsəbəsinin eksklüziv görüntüləri - VİDEO
HAVA necə olacaq?-2 Yanvar
Hərbi vəziyyət elan olunur?
Əhaliyə xəbərdarlıq
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Süd və süd məhsullarının faydaları
8 may - Şuşanın işğal günüdür!
Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO
Ermənilər küçəyə axışır
Yayın dəbi
ABŞ ermənilərə "od qoydu"
Bir ayda İSN-nə 450 müraciət edilib
Yaponlar Lexus-u dəyişdilər
Hikmət Hacıyev: “Ermənistanın Gəncədə törətdiyi terrorun növbəti qurbanı 13 yaşlı Artur olub” - FOTO
Armudlu qozlu piroq (foto resept)
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Hazal Kaya Amerikaya gedir-SƏBƏB
Şeyma Subaşının kitabı ön satışa çıxarıldı-FOTO
2013-cü ilin 9 dırnaq boyası
Ramazan ayında şeytanın təhrikləri necə olur?
Daima üşüməyin səbəbləri
Balıq ətli zapekanka (foto resept)
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Hava haqqında
Azərbaycan 9 milyon avro alacaq
12 noyabr-Konstitusiya günüdür!
Ərdoğan: "Ermənistan odla oynayır"
Qeyri-adi interyer nümunələri
Selindən gözəl səbətlər
İki cüt əlcəyə fantastik qiymət
Şahzadə Harri şəhid ailələrini təbrik etdi
Çin növbəti rekorda imza atdı-7 min kilometrə yaxın ...
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Hamilə və süd verən anaların makiyajı
"Qızıl top"un sahibi bilindi
Molla Nəsrəddinlə gülək
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
"Piti" (foto-resept)
"Taxt oyunların"da ölənlər üçün ehsan payladılar
175 kiloqram arıqladı - həyatı dəyişdi - FOTO
Xaçapuri (foto resept)
- ŞƏRHLƏR