“Mən” adlandırdığımız və hər zaman, aldığımız son nəfəsə qədər sahibləndiyimiz varlıq əslində sadəcə ət yığınıdır. Biz bu varlığa nə qədər sahib çıxsaq da, onu sonsuzlaşdırmaq istəsək də, ruh baş alıb bədəni tərk edəndə “Mən” dediyimiz varlıq bir yerə yığılıb qalır. Deməli, belə çıxır ki, bütün bədənə hakim olan əslində bizim ruhumuzdur.
İndi sizlə bölüşəcəyim fikirlərim bir az bədii, metaforik səslənə bilər, amma sizi inandırım ki, dediklərimdə həqiqət var. Yəni məcazi mənada deyil, sözün əsl mənasında hüceyrələrimiz sadəcə qanla qidalanmırlar, sevgi də qan qədər həyati bir ehtiyacdır. Eləcə də ruhumuz hüceyrələrimiz kimi iman və sevgi ilə qidalanır. Ruhumuz sevgini yanacaq kimi istifadə edərək həm hüceyrələrimizi, həm də ki, bədənimizi qidalandırır. Canlı və gümrah saxlayıb, həyatda qalmalarını təmin edir və əlbəttə bütün bunları özbaşına deyil Allahın iradəsi və icazəsi ilə edir.
Yolda gedərkən, bəzən iş yerində, bəzən televizor izləyərkən insanları müşahidə etsəniz, xüsusən gözlərinə diqqətlə baxsanız, böyük əksəriyyətinin sevgisiz və bomboş baxdığını görərsiniz. Həsəd, qısqanclıq, inamsızlıq, riyakarlıq, gələcək qorxusu, Allaha təslimiyyətsizlik - bu saydığım mənfi xüsusiyyətlər hamısı birləşəndə insanda elə böyük gərginlik yaranır ki, buna da nə göz, nə ruh, nə də bədən dözə bilir. Təbii olaraq insanın hüceyrələri də üsyan edir. Baxışı, səsi, səhhəti, məntiqi - hamısı pozulur. Həyatdan zövq ala bilmir, insanlara qəzəb və nifrət duymağa başlayır.
Sırf həvəslərinə, istəklərinə uyaraq sevgisizliyi yaşayan bu insanların zombilərdən heç bir fərqləri olmur. Gəzən ölü kimi yaşayırlar. Həm özlərinə, həm də ətraflarına maddi, mənəvi zərər verirlər. Belə adamların baxışları eynilə ölü balığın baxışı kimi donuq olur. Sevgisiz, ruhsuz, sanki robotlaşmış kimi...
Sevgisiz bir həyat olarmı? Sevgi olmayanda insanın fitrəti pozulur, ruhu məhv olur, bacara bilmir nə özü ilə, nə də həyatla. Sahib olduğu bədənindən xilas olmaq istəyir. İstədikləri xoşbəxtliyi yanlış yollarda axtaran bu insanlar bir mənada ruhlarını öldürərək zamanla əsəbi və bədəni korlanaraq yaşamağa davam edirlər. Bu zehniyyətə və dünyagörüşə malik olan şəxslərin bir müddət sonra əti, sümüyü çürüyür, saçı zəifləyir, səhhəti pozulur, ağlı gedir, zehni uyuşur. Yaşadığı sevgisizlk hüceyrələrini öldürüb zəhər təsiri yaradır. Ən sağlam bədən belə bu sevgisizliyə dözmür. Beyninin funksiyaları pozulur və hətta insan düşünmə qabiliyyətini belə itirir.
Sevgisiz və imansız insanlar heç bir şeydən zövq almır, ətrafındakı nemətləri görə bilmir. Etdikləri tək şey içlərindəki sıxıntıdan xilas olmağa çalışmaq olur. İman gedəndə, sevgisizlik bütün bədəni mühasirəyə alıb insanın şüurunu çökdürür.
Qısacası, sevgisizlik və imansızlıq insanların hüceyrələrini öldürür, qanını dondurur, ağlını örtür. Belə insanların yaratdığı cəmiyyətdə sevgi, hörmət qalmır, sənət ölür, demokratiya yox olur, iqtisadiyyat məhv olur. Başqa cür belə ifadə edə bilərəm ki, dünyadakı bütün sıxıntıların əsas səbəbi sevgisizlikdir...
Sevgisiz insanlar yaşadığı cəmiyyəti və ölkəni - bütün dünyanı iflic edir. O halda hüceyrələrimizi sadəcə qanla deyil, sevgi və imanla bəsləyək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düyülü kartof kotleti (foto resept)
Kendall Jennerin tərzi
Nazir yarmarkaya gəldi
Uşaqları televizordan necə uzaq tutmalı?
Şirə və nektar,fərq nədədir?
Ev seçərkən diqqət edilməsi lazım olan 6 məqam
Ermənilərdən Qarabağ etirafı
Qadağan olunmuş şəhər
Bananlı tort (foto resept)
Siz də lider ola bilərsiniz
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Sosial şəbəkələrin “yalançı çobanları”
Kardioməşqlər beyni cavanlaşdırır
Kivi mürəbbəsi (foto-resept)
Hava haqqında - 10.02.2014
Bəzi evdarlıq üsulları
Dünyanın ən qeyri-adi 5 toy adəti
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Fındıqlı biskuvit (foto-resept)
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Bunlar əsl sənət əsərləridir
Çində koronavirusa yoluxanların sayı 24 mini aşdı
Müdafiə Nazirliyi yaralı qadınlarımıza görə qisas alacağına söz verdi
Yeni "iPhone 7" gəlir
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
"Dostlar" Serialı Yenidən Çəkilir-FOTO
Fevral ayının qalibləri!
Bakı metrosundakı əsas məhdudiyyət açıqlandı - RƏSMİ
Möhtəşəm kirpiklər üçün 4 tuş hiyləsi
3 saatda 34 min xərclədi
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
"Ən böyük arzum Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır”
Bakı sakinlərinə müraciət: Sabah küçəyə çıxmayın
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Cəlilabadda möhtəşəm Alov festivalı
Dəbli yarımboğaz çəkmələr
Badamlı balıq (foto resept)
Sadə donlar
Çərəzlər
İnsanı çürüdən xəstəlik
Burcu Esmersoy BOŞANIR-FOTO
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB
Tikinti zamanı 20 əsrlik tabut tapıldı
"Alyonka"nın balaca qəhrəmanı 53 il sonra - FOTO
Körpə gözləyən valideynlərə məsləhətlər
Yay donları
Eynəklər
Yıldız Tilbenin cəzası bəlli oldu
Hande Erçel 2020-ci ilin ən gözəl qadını seçildi
Şəkər xəstələri, günəşə diqqət!
- ŞƏRHLƏR