Saat 6-ya az qalır. Masamın üzərindəki sənədləri yığışdırmağa çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla evə çatmağa tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən üzlərində donmuş baxışlar səni düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən evimə, yuvama çatıram. Amma içimdə bir boşluq var. Həyətə daxil oluram, qapıya yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram və tapıram. Qapını açıram, amma içəri girmək heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək çətindir. Otağın buz divarları üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...
XƏBƏR LENTİ
Çəkini niyə azalda bilmirik?
Reyhan Camalova "Forbes"in siyahısına düşdü
Məşhur cütlük yeni ev axtarışına çıxdı-SƏBƏB
Almaniya haqqında maraqlı faktlar
Uşaqlarını peyvənddən yayındıran valideynlər izahat verəcəklər
Uşaqlar niyə gec danışırlar?
BDU-nun müasir tələbə şəhərciyi salınacaq
4 gün iş olmayacaq
Zəhərlərdən təmizlənmə üsulları (I hissə)
Azərbaycanda daha 26 nəfər koronavirusdan öldü: 799 yeni yoluxma
Atəşkəs rejiminin pozulması halları 90 dəfəyədək artıb
İbrət götürməli olduğumuz kəlamlar
İnsanlar uzun illər yatacaqlar - SENSASİYALI ARAŞDIRMA
Bu da İŞİD-in qırıcıları
Hind mədəniyyəti-2
Londonun ən bahalı boşanma məhkəməsi başlayır - FOTO
Aloe Vera və dəri baxımı
Apple Yaponiyada hökmranlıq edir
Beren Saat uzun müddətdən sonra ilk dəfə
Qurban Qurbanov millimiz haqda danışdı
Gənc qızlar, zamana dəyər verin
Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya
Bu il 2020-ci ildən daha qısa olacaq
Yenə zəlzələ olacaq?
Qarğıdalı piroqu (foto resept)
Məktəblərdə telefon qadağan olunsunmu?
Sinələrin sallanma səbəbi
Microsoft strategiyanı dəyişdi
Pərpətöyün salatı (foto resept)
Fəlsəfədə etik normalar
18 yaşlı bloqer “TikTok” -da şöhrət qazanmaq üçün cinayətə əl atdı
Kişilər banan kimidir
Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı
“Çukur”a görə soyadını dəyişən ailə
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Ədviyyatları necə saxlamalı?
İsmayıllıda fövqəladə hal
İrəvan Qarabağı necə itirəcək?
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
Vasif Talıbov "4 günlük" müharibədə şəhid olanların ailələrinə mənzil hədiyyə etdi
Dünyanın ən yaşlı insanı ölkəmizdə yaşayır?
"Qalatasaray"da nə baş verir?
Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi
Bəzi əşyaların istifadə müddəti
Sürücülərin qəniminə çevrilən qadın: "Mən qisas alətiyəm"
Bu kafedə qız ofisiantlar müştəriləri öz əlləri ilə yedirirlər - FOTO
Pandemiya Ronaldonun istirahətinə mane olmadı-FOTO
Lətifələr
Mutasiya koronavirusun yoluxuculuq qabiliyyətini artırır?
Nyu-York qorxu içində
- ŞƏRHLƏR