Ortada Azərbaycanın dövlət müstəqilliyi var və istiqlal əmanətiz var. Və biz bu əmanəti qorumalıyıq. Azəbaycanın “Qarabağ” futbol klubunun Ukraynadan gətirdiyi qələbəyə mən Azəbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun tərkib hissəsi, bir yarımstansiyası kimi yanaşıram. Qurban Qurbanovla məşq zamanı görüşdüm. O, futbolçularını, daha doğrusu, döyüşçülərini yeni döyüşə, yeni görüşə hazırlayırdı.
Mir Şahin: "Qurban müəllim, Sizi uğur münasibəti ilə Azərbaycan tamaşaçıları adından, içində özüm də olmaqla təbrik edirəm. Siz komanda ilə çıxdınız – artıq belə bir söz var, Biləcəridən o yana. Çoxdandır ki, “Qarabağ” komandası Biləcəridən o yana çıxıb. Artıq komandanın futbolçularına müştəri gözü ilə baxanlar çoxdur. Bu kollektivi bir yerdə saxlamaq imkanınız nə qədərdir?"
Qurban Qurbanov: "İlk öncə təbriklərə görə təşəkkür edirəm. Futbolçulara gəldikdə, onların hər birinin bizimlə müqaviləsi var, çoxu uzun müddətlidir. Belə bir problemimiz yoxdur. Amma digər tərəfdən, əgər normal klublardan futbolçulara belə bir təklif gəlsə, nəticəni dəyərləndirərik. Çünki futbolçularımızın belə bir klubdan gedib, digər yaxşı klublarda oynaması, düşünürəm ki, həm klub, həm də Azərbaycan futbolunun xeyrinə olar. Çünki kənar klubların və kənar dövlətlərin bizim futbol bazarına girməsi, məncə, lazımdır və biz də bunu gözləyirik. Başqa isə hər bir futbolçunun müqaviləsi var və bu sahədə cidddi bir problemimiz yoxdur".
Mir Şahin: "Bunların yerinə bizim alternativlərimiz varmı? Onları əvəz edə biləcək layiqli oyunçularımız varmı?" Qurban Qurbanov: "Bu gün bizim klubumuz böyük klublardan deyil. Azərbaycan reallığına baxsaq, həqiqətən, bu gün bizdə daim çatışmazlıqlar var. Daim oyunçu qıtlığı var, o cümlədən də azərbaycanlı oyunçuların çatışmazlığı var. Amma son vaxtlar 4-5 nəfər gənc futbolçu komandamıza dəvət etmişik, hansı ki, perspektivli futbolçulardır. Biz çalışırıq ki, onları Avropa oyunlarına buraxaq ki, təcrübə toplasınlar. Belə desəm ki, bu gün hansısa bir güclü futbolçumuzu götürüb aparsalar, yəni onun yerinə biz ona layiq bir futbolçu qoya bilərik? Bu bir az çətin olar. Amma düşünürəm ki, ümumən o qədər də işimiz pis getməz. Eyni zamanda futbolçu o zaman gedə bilər ki, transfer pəncərəsi açıq olsun. Bizdə isə transfer pəncərəsi yayda, bir də qışda olur. Həmin futbolçu getdiyi zaman isə lazım olsa, biz onun yerini dıgər bir futbolçu ilə doldura bilərik". Mir Şahin: "Tutaq ki, yaxşı komandalar yaxşı futbolçulara müştəri çıxırlar. Bəs yaxşı məşqçiyə müştəri çıxsalar, nə edəcəyik?"
Qurban Qurbanov: "Reallığa baxsaq, bu gün Azərbaycanda bir o qədər nə futbolçumuz, nə də məşqçimiz var. Aparıcı futbol klublarını isə bu bir o qədərdə maraqlandırmır. Azərbaycan futbolunun inkişafı son vaxtlar digər ölkələrdə tanınmağa başlayıb. Hələlik buna maraq yoxdur. Amma belə kiçik qələbələrlə Avropa klublarından təklif gəlməsini gözləyirəm desəm? Bu mənim işimə mane ola bilər. Sadəcə olaraq təkliflər yalnız böyük uğura imza atmış məşqçilərə gələ bilər. Biz hələ indi başlamışıq. Birdən-birə biz o barədə düşünsək, mənə elə gəlir ki, bu, reallıq olmaz. Düşünürəm ki, burada işlərimizi daha düzgün qurmalıyıq və daha yaxşı komanda yaratmalıyıq".
Mir Şahin: "Berti Foqts getdi. Münasibətiniz necədir onun gedişinə? Ümumiyyətlə, onun faliyyətini necə qiymətləndirirsiniz bir həmkar olaraq? Siz də komanda çalışdırırsınız, o, da çalışdırırdı?"
Qurban Qurbanov: "Mən onun getməyinə normal baxıram. Bu hər birimizi gözləyən bir addımdır. Buna cavabdeh olan qurum isə AFFA-dır. Hansı ki, milli komanda tam AFFA-nın nəzdindədir. Hər halda onlar da istəyirlər ki, milli komandamız daha yaxşı nəticələr əldə etsin. Onun yerinə kim gələcəksə, ondan uğur gözləyəcəyik. Çunki milli komanda hamımızındır. Nə qədər yaxşı nəticələri olsa, hamımız sevinəcəyik".
Mir Şahin: "Komandanın məqsədi nədir? Qrupdan çıxırıq?"Qurban Qurbanov: "Hazırda şansımız pis deyil. Oyundan sonra mən qeyd etmişdim ki, biz bu gün ikinci yeri düşünsək, qalıb gələ bilmərik. Bizi Bakıda ağır oyun gözləyir. Bizim yenidən qarşılaşaçağımız komanda böyük təcrübəyə malikdir. Onlar çalışacaqlar ki, maksimum nəticə əldə etsinlər. Biz isə çalışacağıq ki, orada buraxdığımız səhvləri burada təkrarlamayaq. Bu oyun qrupun ən ağır oyunu olacaq bizim üçün.Mir Şahin: "Uğurlar arzu edirəm "Qarabağımız"a! Allah köməyiniz olsun! Çox sağ olun, təşəkkür edirəm".
Bilirsiz Qurban Qurbanovda mənim diqqətimi nə cəlb elədi? Soyuqqanlılıq. Onun soyuqqanlılığı heç də bu payız havası ilə bağlı deyildi. Onun soyuqqanlılığı öz idmançılarına, öz oyunçularına olan etibardan və inamdan qaynaqlanırdı. Qurban Qurbanovun soyuqqanlılığını sabah Azərbaycan vətəndaşlarının elə Qurban Qurbanovun bəlkə də komandasında bu saat oynayan Azərbaycan vətəndaşların istiqanlılığı da əvəz edə bilər – səngərdə, döyüşdə.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yuxular və yuxuyozmalar (10)
Bu qidaları soyuducuya qoymayın!
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
Kişi-qadın münasibətlərində ən ideal yaş fərqi
Oğlan sevgilisinin xəyatını xilas etdi
Gül DAVASI-FOTO
Hələ də səyahətə çıxmayanlar üçün
Körpələrə bal vermək olarmı?
Mətbəxdə qırmızı havası
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Alimlər bu dərmanın koronavirusa qarşı faydasız olduğunu sübut etdilər
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Sabahın HAVAsı
Saç tökülməsinin qarşısını alan qidalar
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Günün ulduz falı - 21.09.2013
HAVA necə olacaq?
Ən gözəl məscidlər
Maşınında pərdə olanların DİQQƏTİNƏ: 2 həftəniz var
Qəhvəli buz kubları (foto-resept)
“Tik-Tok rahibəsi” çəkdiyi görüntülərinə görə döyüldü - VİDEO
İspanaqlı toyuq ruleti
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Gökçe Bahadır makiyajsız halı ilə diqqət çəkib-FOTO
Düyü kimi incə
Hava haqqında
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Bu gündən sosial müavinətlərin məbləği artır
2018-in gəlin saç düzümləri
Gənc qızlar üçün gündəlik geyimlər
Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
Noxud şorbası (foto resept)
Məşhur aktyor özünə 1 milyonluq ev aldı-FOTO
Şokoladlı, vanilli cizkeyk (foto resept)
2012-ci ilin qısa don modelləri
2018/2019 Qış gözəllik trendləri
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
Boranıda qarabaşaq sıyığı (foto resept)
Bir ölkə də Ebola təşvişində
Günəş dəhşət saçır
Fatih Terim: "Oyunçularım buna hazırdırlar"
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Zövqlü xanımlar üçün çantalar
Bu ilin ilk ay tutulması başlayıb
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Dünya 14 il əvvəlki vəziyyətinə qayıtdı
Xiyar salatı (foto resept)
- ŞƏRHLƏR