Saat 6-ya az qalır. Masamın üzərindəki sənədləri yığışdırmağa çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla evə çatmağa tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən üzlərində donmuş baxışlar səni düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən evimə, yuvama çatıram. Amma içimdə bir boşluq var. Həyətə daxil oluram, qapıya yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram və tapıram. Qapını açıram, amma içəri girmək heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək çətindir. Otağın buz divarları üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...
XƏBƏR LENTİ
Bəşər Əsəd Suriyada kimyəvi silahın tətbiq edilməsində öz iştirakını inkar edir
Forbesə görə 2019-un ən çox qazanan məşhurları
Yataqda baş verən qəzalar
Şeyma Subaşını paylaşdığı FOTO ələ verdi
Dölün inkişaf etapları
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Göldə itən aktrisanın cəsədi tapıldı
"Ömərcik" dünyasını dəyişdi
Xalçadakı heyvan tükləri və sabunlar haqda
Cənubi Koreyada məcburi maska rejimi tətbiq edildi
Komediya ustası səhnədə öldü-FOTO
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
Müdirlərə katibə rəsmən qadağan olundu
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Yeni il şirniyyatı (foto-resept)
Qoca mühəndis hamını heyrətləndirdi
Kişilərin koronavirusa görə qadınlardan daha tez ölməsinin səbəbi açıqlandı
Ronaldu daha bir mükafata layiq görüldü - FOTO
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Azərbaycan xalçaları
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO
Pərdə modelləri
"Twitter"dən sərt addım
Soğan kababı (foto resept)
Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları da artırıldı
Badam yağı qaş və kirpik uzadırmı?
200 kq arıqlayan qız görünüşü ilə dünyaya səs saldı-FOTO
Dəri ləkələri üçün pomidor suyu maskası
Kiyevdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
Qonaq otağı masaları
Şampundakı "təhlükələr"
Şirvanşah Şahənşah
Doğru məlumatlarmı,əsassız inanclarmı?
Hava haqqında
“Feysbuk” iş tapmağa kömək edəcək
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Mobil telefonlar insanları belə dəyişdi
“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO
Paris səyahəti: necə geyinməli?
Epilyasiya üsulları
Bergüzar Korel doğuş üçün son günləri sayır-FOTO
Kəsmikli alma piroqu(foto resept)
Dünyanın ən uzun tuneli bugün açılacaq
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Ən çox səyahət edilən yerlər
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Bal ilə gələn gözəllik
- ŞƏRHLƏR