Saat 6-ya az qalır. Masamın üzərindəki sənədləri yığışdırmağa çalışıram, tələsirəm. İşdən çıxmağa tələsirəm. Hara? Əlbəttə ki, evə. Niyə? Amma bunu bilmirəm. Tələsik addımlarla evə çatmağa tələsirəm. Yol boyu insanların yanından ötüb keçərkən üzlərində donmuş baxışlar səni düşündürür. Aman Allah, bircə evə tez çatsaydım. Gün boyu işdə olan problemlərdən uzaqlaşmaq üçün evə tələsirəm. Aha, deyəsən evimə, yuvama çatıram. Amma içimdə bir boşluq var. Həyətə daxil oluram, qapıya yaxınlaşıram. Açarlar - hara qoymuşam, axtarıram və tapıram. Qapını açıram, amma içəri girmək heç istəmirəm.Bir az əvvəl evə tələsirdim, indi isə içəri girmək çətindir. Otağın buz divarları üstümə gələcək. Kim məni qarşılayacaq bu soyuq evdə? Heç kim. İçəri daxil oluram, işığı yandırıram.Çantanı bir yana atıb bir az dincəlmək istəyirəm. Amma divarlar... Bu divarlar da məni lap bezdirdi. Kresloya oturub, düşüncələrə dalıram. Suallar məni yorur. "Nədən mən belə oldum", öz-özümə fikirləşirəm. Nədən? Amma mənə heç nə olmayıb, yalnız təkəm.Bu təkliyi mənə unutdura biləcək biri yoxdur. Bəlkə də var, mən bunu sadəcə görmürəm.Qışqırmaq, hayqırmaq istəyirəm: "Ey, insanlar, bir az da mənə yaxın olun". Amma insanlar mənə çox yaxındır.Yəqin mən bunu görmək istəmirəm, ya da görmürəm. Düşüncələr məni yorur.Ömrümün yarısı qurtarmış, baharım geridə qalmışdır. "Nəyə nail oldum ki?" deyə düşünürəm. Hər şeyə - oğlum, evim, həyat yoldaşım, amma məni başa düşə biləcək kimsə olmadı. Mən hər kəsi başa düşməyə çalışdım. Özümü həmişə tək sandım. İçimdə bir boşluq oldu.Tamamlanmayan bir boşluq.Daim məni özünə çəkdi.Nə istədim, özüm də bilmədim.Bəlkə də məni başa düşə biləcək biri olmadı.Eh, kim məni başa düşə bilərdi ki. Telefonuma zəng gəlir. Hmm, oğlumdur, ali təhsil alır. Danışırıq, amma yenə də təkəm. Sağollaşıb, düyməni sıxıram. Bir neçə saatdan sonra yenə sabah olacaq. Bu sabahlar... Ömrüm hardan gəldi-getdi... Daim sıxıntılar, sonu görünməyən düşüncələr. Mən nə istəyirəm? Sabah yenə işə tələsəcəyəm...
XƏBƏR LENTİ
Bu gün Ümumdünya Poçt Günüdür
Dolu Gürcüstanın rayonunu viran qoydu
İlin ən yaxşı regional televiziya proqramı seçildi
Gəlin buketini necə seçməli?
Çanta modelləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dünya böyük müharibənin astanasında
LG kosmetika buraxacaq
Keksli şam ağacı (foto resept)
İxtisas seçimi başladı
Türkiyə yenidən şəhid verdi
Quba rayonu
Qaz pulu 20 qəpikdən hesablanır? -AÇIQLAMA
"Müsəlman qardaşlar"ı tutmağa başladılar
Burcu Sinanı belə unutmağa çalışır
Heydər Əliyevin vəfatından 15 il keçir
Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq
"Buruq" piroqu (foto-resept)
48 saat dayanmadan oyun oynadı-FOTO
Günün ulduz falı
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Portağal yağının faydaları
Ərdoğan Ankaradakı terrordan danışdı
Səməd Vurğun dünyası rənglərin işığında
Yatış formasına görə-test
Ermənistanın adı dəyişdirilir?
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Cəbhədən xəbər var
Çin dünyadan gizlətdiyi faktları açdı - Əslində xəstəliyi yayan...
Ürküdücü yerlər-2
Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb-FOTO
Qadınların 7 günahı
İnsanları idarə etmək üçün 7 oyun
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Yayın aktual problemi
Günün ulduz falı - 10.01.2014
Xoşbəxt münasibətin 4 sirri
Kliçko: "Bu böyük səhv idi"
"Spice Girls"sevənlərə ŞAD XƏBƏR
Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı
Məşhur müğənni DONU QRİPİnə yoluxdu
Günün ulduz falı
Mədə və onikibarmaq bağırsaq yarası
Əmrah məhkəmədə Acuna qalib gəldi -84 minlik təzminat
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
2019 gəlin makiyajı trendləri
Moldovalı ombudsman: "Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və ermənilər tərəfindən işğal edilib
Atadan götürülən 4 xüsusiyyət
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi
- ŞƏRHLƏR