Tərkibi:
Xəmiri üçün:
1 ədəd yumurta
100 qram"Best Cow" kərə yağı
1 çay qaşığı maya
Bir çimdik duz
5 stəkan un
Apardığı qədər süd
İçliyi üçün:
5 stəkan üyüdülmüş, qovrulmuş qoz və ya fındıq ləpəsi
4 stəkan şəkər tozu
Yarım çay qaşığı hil
Yarım çay qaşığı mixək
Üzəri üçün:
Yumurta
Fındıq, ya da qoz ləpəsi
Şərbəti üçün:
3 stəkan şəkər tozu
2 stəkan su
1 xörək qaşığı limon suyu
Yayılmış xəmirin arası üçün:
250-300 qram "Best Cow" kərə yağı
Hazırlanması:
Əvvəlcə ləpəni təmizləyib qovururuq, sonra istədiyimiz ölçüdə doğrayırıq, ya da qoz maşınından keçiririk. Sonra onu şəkər tozu və ədviyyatlarla qarışdırırıq.
Xəmirə lazım olanları qarışdırıb xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Sonra xəmiri 16 ədəd kündəyə ayırırıq.
Nazik lavaşlar yayırıq, çalışın ki, çox incə alınsın.
Bişirəcəyiniz listə ərinmiş yağdan fırça ilə çəkirik.
Sonra 3 ədəd lavaşın arasına yağ sürtərək üst-üstə qoyuruq, içliyi üçüncü qata səpirik və beləcə iç tökməyə davam edirik.
Həmin qayda ilə bütün lavaşları edirik, yalnız yerdə iki dənə kündə qalınca yenə iki lavaşı içliksiz üst-üstə qoyuruq, amma hər qatı da yağlayırıq.
Sonra eyni qayda ilə paxlava formasında doğrayırıq və üzərinə qoz ya da fındıq dənəsi düzürük.
180-200 dərəcədə bişməyə qoyuruq. Şərbətimizi paxlava bişənə yaxın qaynadırıq, bir dəfə qaynasa bəs edər, əks halda xarlana bilər. Paxlavamız tam qızarıb bişdikdən sonra sobadan çıxarıb yenidən doğrayırıq və isti-isti şərbəti də əlavə edib, sobaya yenidən qoyuruq və sobanı dərhal söndürürük, 5 dəqiqə saxlayıb paxlavanı sobadan çıxarırıq.
Dadı damağınızdan getməyəcək paxlavamız hazırdır.
Nuş olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Cemli peçenye (foto resept)
Viza ən geci 3 günə veriləcək
"Yarım kalan aşklar" serialının ilk tanıtım çarxı
Payızda immuniteti gücləndirən 5 ərzaq
Pizzadan imtina etdi gözəlləşdi-FOTO
Məşhurları təqlid edən italiyalı Emanuele
Hörüklü saç modelləri
Qaynanalar üçün ən gözəl toy donları
Acun Ilıcalı: “Estetik əməliyyat etdirməmişəm, heç düşünmürəm də” - VİDEO
Coğrafiya İnstitutundan ildırım açıqlaması
Dərini təmizləyən üsullar
Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir olub
Yaponiyada kУ™ndir çУ™kmУ™ yarışması
İrina Şeyk yeni FOTO paylaşdı
Hava haqqında - 09.08.2013
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
HAVA necə olacaq?
2018 tərzləri ilə təəccübləndirən məşhurlar
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Cavanlıq sirri qulaq arxasında gizlənib
HAVA necə olacaq? 20-yanvar
Lotereyada 4 milyon dollara yaxın pul uddu
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey — evlənmək
Evdə ət bulyonu (foto-resept)
Pakistanda Azərbaycanla bağlı sərgi
Kasilyas dünya rekordu vurdu
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Kələmli piroq (foto-resept)
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Günün ulduz falı
Ermənistan prezidentini öldürmək istədilər
Bürclərin musiqi seçimi (1)
Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
Zəncəfil şorbası (foto resept)
Kiçik praktik ipucları
Tərbiyədə 9 qızıl qayda
Türkiyədə zəlzələ
Uşaq tərbiyəsində 7 vacib məqam
2017 Amerika Musiqi Mükafatları sahibləri
Gəlinlik ayaqqabıları
Görkəmli azərbaycanlı alim vəfat edib
Bu il 2020-ci ildən daha qısa olacaq
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov
Uşaqların riyazi aləmi və barmaq oyunları
Texnologiyadan uzaq, təbiətə yaxın
Bakıda Novruz yarmarkaları keçiriləcək
56 il əvvəl donmuş insanlar tapıldılar
Mən xoşbəxt olmaq istəyirəm
- ŞƏRHLƏR