Tərkibi:
Xəmiri üçün:
1 ədəd yumurta
100 qram"Best Cow" kərə yağı
1 çay qaşığı maya
Bir çimdik duz
5 stəkan un
Apardığı qədər süd
İçliyi üçün:
5 stəkan üyüdülmüş, qovrulmuş qoz və ya fındıq ləpəsi
4 stəkan şəkər tozu
Yarım çay qaşığı hil
Yarım çay qaşığı mixək
Üzəri üçün:
Yumurta
Fındıq, ya da qoz ləpəsi
Şərbəti üçün:
3 stəkan şəkər tozu
2 stəkan su
1 xörək qaşığı limon suyu
Yayılmış xəmirin arası üçün:
250-300 qram "Best Cow" kərə yağı
Hazırlanması:
Əvvəlcə ləpəni təmizləyib qovururuq, sonra istədiyimiz ölçüdə doğrayırıq, ya da qoz maşınından keçiririk. Sonra onu şəkər tozu və ədviyyatlarla qarışdırırıq.
Xəmirə lazım olanları qarışdırıb xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Sonra xəmiri 16 ədəd kündəyə ayırırıq.
Nazik lavaşlar yayırıq, çalışın ki, çox incə alınsın.
Bişirəcəyiniz listə ərinmiş yağdan fırça ilə çəkirik.
Sonra 3 ədəd lavaşın arasına yağ sürtərək üst-üstə qoyuruq, içliyi üçüncü qata səpirik və beləcə iç tökməyə davam edirik.
Həmin qayda ilə bütün lavaşları edirik, yalnız yerdə iki dənə kündə qalınca yenə iki lavaşı içliksiz üst-üstə qoyuruq, amma hər qatı da yağlayırıq.
Sonra eyni qayda ilə paxlava formasında doğrayırıq və üzərinə qoz ya da fındıq dənəsi düzürük.
180-200 dərəcədə bişməyə qoyuruq. Şərbətimizi paxlava bişənə yaxın qaynadırıq, bir dəfə qaynasa bəs edər, əks halda xarlana bilər. Paxlavamız tam qızarıb bişdikdən sonra sobadan çıxarıb yenidən doğrayırıq və isti-isti şərbəti də əlavə edib, sobaya yenidən qoyuruq və sobanı dərhal söndürürük, 5 dəqiqə saxlayıb paxlavanı sobadan çıxarırıq.
Dadı damağınızdan getməyəcək paxlavamız hazırdır.
Nuş olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dəmir defisitli anemiyanın profilaktikası
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb
Baxılması lazım olan 15 portret fotosu
"Xalq artisti" adını alan Eminin ilk reaksiyası - VİDEO
İt sahibini ölümdən qurtardı
Prezident İlham Əliyev "Azəravtoyol"a 3 milyon manat ayırdı
Sevə bilərdinmi məni?
Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
1 avroya qəsr almaq istəyirsiniz? - FOTO
Sirli təbiət-Hissə 2
Ermənidən ŞOK AÇIQLAMA: Azərbaycan 8 milyon kvadratmetr ərazini və 18 döyüş mövqeyini AZAD EDİB
Göbələkli badımcan ruleti (foto resept)
Onlayn konsertdən 128 milyon dollar yığıldı
Dünya liderləri hansı mobil telefondan istifadə edir? - SİYAHI
Stiv Cobsun ölümqabağı məktubu
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
Avto kredit, yoxsa lizinq?
Gözəllik standartlarını yıxan modellər
Dünyanın ən amansız diktatoru nüvə sınağına hazırlaşır
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Şuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO
İstidə bunları əsla etməyin!
Mirvari dəbi geri qayıtdı
Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? - AÇIQLAMA
Emin Ağalarovdan Trampla bağlı paylaşım-FOTO
Günün ulduz falı
Albalının faydaları
Azərbaycanın bütün hava limanlarının bağlı qalacağı tarix AÇIQLANDI
“Facebook”da silah və narkotik satılmasına başlanıb
İpoteka üçün müraciət edənlərin sayı azalıb
İki nəfər 90 milyon avro uddu-FOTO
"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"
İkinci imtahanın VAXTI açıqlandı
Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər
Koronavirus sürətlə yayılır
Simptomsuz koronavirus daşıyıcılarının sirri məlum oldu
Bakı-Biləcəri sahəsində dəmir yolunun təmiri başa çatır
Evinizdə kitab oxumaq üçün yer düzəldin
2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu
İstanbulda Şuşa sevinci - VİDEO
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Meryem Üzerli Maldicdə dincəlir-FOTO
Manna piroqu (foto resept)
Burak Özçivitdən GÖZLƏNİLMƏZ AÇIQLAMA-FOTO
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Qeyri-adi fotoşop
Azərbaycanlı döyüşçü 53 saniyədə nokaut oldu
Abşeronda bağ evi kirayəsi neçəyədir?
- ŞƏRHLƏR