Qadin.NET / On altı qatlı paxlava (foto resept)

On altı qatlı paxlava (foto resept)

Tərkibi:

Xəmiri üçün:

1 ədəd yumurta

100 qram"Best Cow" kərə yağı 

1 çay qaşığı maya

Bir çimdik duz

5 stəkan un

Apardığı qədər süd

İçliyi üçün:

5 stəkan üyüdülmüş, qovrulmuş qoz və ya fındıq ləpəsi

4 stəkan şəkər tozu

 Yarım çay qaşığı hil

 Yarım çay qaşığı mixək

Üzəri üçün:

Yumurta

Fındıq, ya da qoz ləpəsi

Şərbəti üçün:

3 stəkan şəkər tozu

 2 stəkan su

1 xörək qaşığı limon suyu

Yayılmış xəmirin arası üçün:

250-300 qram "Best Cow" kərə yağı 

Hazırlanması:

Əvvəlcə ləpəni təmizləyib qovururuq, sonra istədiyimiz ölçüdə doğrayırıq, ya da qoz maşınından keçiririk. Sonra onu şəkər tozu və ədviyyatlarla qarışdırırıq.

On altı qatlı paxlava (foto resept)

Xəmirə lazım olanları qarışdırıb xəmir yoğururuq və mayalanmağa qoyuruq.

On altı qatlı paxlava (foto resept)

Sonra xəmiri 16 ədəd kündəyə ayırırıq.

On altı qatlı paxlava (foto resept)

Nazik lavaşlar yayırıq, çalışın ki, çox incə alınsın.

On altı qatlı paxlava (foto resept)

Bişirəcəyiniz listə ərinmiş yağdan fırça ilə çəkirik.

On altı qatlı paxlava (foto resept)

Sonra 3 ədəd lavaşın arasına yağ sürtərək üst-üstə qoyuruq, içliyi üçüncü qata səpirik və beləcə iç tökməyə davam edirik.

On altı qatlı paxlava (foto resept)

Həmin qayda ilə bütün lavaşları edirik, yalnız yerdə iki dənə kündə qalınca yenə iki lavaşı içliksiz üst-üstə qoyuruq, amma hər qatı da yağlayırıq.

On altı qatlı paxlava (foto resept)

Sonra eyni qayda ilə paxlava formasında doğrayırıq və üzərinə qoz ya da fındıq dənəsi düzürük.

On altı qatlı paxlava (foto resept)

180-200 dərəcədə bişməyə qoyuruq. Şərbətimizi paxlava bişənə yaxın qaynadırıq, bir dəfə qaynasa bəs edər, əks halda xarlana bilər. Paxlavamız tam qızarıb bişdikdən sonra sobadan çıxarıb yenidən doğrayırıq və isti-isti şərbəti də əlavə edib, sobaya yenidən qoyuruq və sobanı dərhal söndürürük, 5 dəqiqə saxlayıb paxlavanı sobadan çıxarırıq.

On altı qatlı paxlava (foto resept)

Dadı damağınızdan getməyəcək paxlavamız hazırdır.

Nuş olsun.good

On altı qatlı paxlava (foto resept)
Paxlavaların ən gözəl, ən dadlı və ən şirin formasıdır. Götürdüyüm ərzaqlar iri tava üçün nəzərdə tutulub.
17 mart 2016
GO BACK