Azərbaycanın və “Qəbələ” klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib. ANS PRESS-in məlumatına görə, idmançımız Sinqapurda “One Fighting Championship: Battle of Lions” turnirində qüvvəsini sınayıb. Təmsilçimiz “Singapore İndoor Stadium”da MMA-nın çox təcrübəli, veteran döyüşçüsü braziliyalı Luis Santosla qarşılaşıb.Görüş Bəxtiyar Abbasov üçün uğursuz alınıb. Belə ki, o, rəqibi qarşısında cəmi 53 saniyə duruş gətirib. Braziliyalı döyüşçü idmançımızı erkən nokautla üstələyib.Qeyd edək ki, 177 sm boya malik 28 yaşlı Abbasovun karyerasında çoxunu vaxtından əvvəl elə birinci raunddan başa vurduğu 13 döyüş var. MMA təcrübəsi 5 ildən artıq olan Bəxtiyar 2011-ci ilin dekabrında “ProFC - Grand Prix Global Finals” turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra “ProFC” kəmərini qazanıb. Çox keçmədən o, “ECSF – MMA Grand Prix of Eastern Europe 2” turnirində fransız döyüşçüsü Yuness Mikiss üzərində qələbə əldə edib. Bundan əlavə, 2013-cü ildə Abbasov “CWFC 58 – Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri olan braziliyalı Çarlz Andradeyə yekdil qərarla qalib gəlib. Nailiyyətlər siyahısı yaxşı təsir bağışlayan gənc döyüşçü “PROFC-GPG” çempionu, pankration, sambo, ciu-citsu və əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu və beynəlxalq dərəcəli idman ustasıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qədərində yeyin, sağlam olun!
Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU
Günəbaxan tarlasında Bethovenin nəhəng portreti yaradıldı
Ev pişiyi üç çaqqalın öhdəsindən belə gəldi - VİDEO
Gəncə paytaxt seçildi
Koreya piroqu (foto resept)
İsmayıllıda respublikada analoqu olmayan mərkəz açıldı
Hava haqqında
Ulduzların gəlinlik saç düzümləri
Hava xəbərdarlığı
Çox yemək yedikdə bədəndə baş verən dəyişiklər
Dəri kurtkalar
6 yaşlı uşağın Şaxta babası
Qar altında qalan şəxs 10 saat sonra xilas edildi
Bu gün “Son zəng” qeyd olunur
“Dalğalan şəfəqlər kimi”: Ağdamın daha bir kəndində Azərbaycan bayrağı ucaldıldı
Kolleclərə ixtisas seçimi başa çatır
Qanadlandıran içkilərin insanı yerə vuran fəsadları...
Quzuqulağının (turşəngin) xeyri və zərəri
Yeni metro stansiyaları
Tələbələrə çox şad xəbər
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Kim Çen In ölkədə it saxlamağı qadağan etdi
Piti (foto-resept)
Hava haqqında
Məşhur aktrisa ana oldu-FOTO
Birinci xanımlarla bağlı maraqlı faktlar
"Altılıq" Cenevrəyə toplaşır
"3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olunacaq"
Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub”
Alma çayının faydaları
Azərbaycandan Avropaya elektrik enerjisi ixracının vaxtı açıqlanıb
Onlayn sevgi: münasibəti başlamadan bitirən 5 səhv
Yasin” surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
Saçlarımıza qulluq edək
Müqəddəs Valentin Günü: İslam buna nə deyir?
Müasirliyi sevən xanımlar üçün qol saatları
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
Hava haqqında
Toyuq burger (foto resept)
Evdə yerə qənaət etmək üçün
"Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq"
Azərbaycanda müxalifət partiyasının sədri istefa verdi
Pendirli sousda küftəciklər(foto resept)
Bu addım Respublika Gününə ən gözəl töhfə oldu
Niyə "Həyat qadını"..?
Uşaqlara ingilis dilini çəkərək öyrədin
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Sergey Lavrov: “Türkiyə regionda real faktordur”















- ŞƏRHLƏR