Tarixən soydaşlarımızın da məskunlaşdığı Tiflis ərazisində insanların gorxana adlandırdığı bir neçə Azərbaycan qəbristanlıqları mövcud olub. Onlardan biri Narınqala yaxınlığındakı “Tatar qəbiristanlığı” adlandırılan məzarlıqdı ki, burada Tiflisdə yaşayan azərbaycanlılar, eləcə də görkəmli ziyalılarımız dəfn olunub.
“O dövrdə bizim soydaşlarımız, Azərbaycanın müxtəlif yerlərindən olan ziyalılar o zamanlar üçün Qafqazın şərti paytaxtı hesab edilən Tiflisə üz tuturdular, burada yaşayıb yaradırdılar. Və beləcə burada Azərbaycan ziyalıları cəmləşmişdi. 17-ci əsrdə həmin o qəbristanlığın yerində gürcü çarlarının sarayı yerləşib. Ağa Məhəmməd şah Qacarın hücumu zamanı həmin yer dağıdıldıqdan sonra saraydan əsər-əlamət qalmayıb və burada qəbristanlıq əmələ gəlib” – deyə tərcüməçi-yazar Mirzə Məmmədoğlu bildirib.
1947-ci ilədək var olan həmin qəbristanlıqda Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Eynəli bəy Sultanov, Məhəmmədhəsən Hacınski kimi onlarla azərbaycanlı ictimai-siyasi xadim dəfn olunub. Lakin ömrünün böyük hissəsini Tiflisdə yaşayıb fəaliyyət göstərən M.Ş.Vazeh və M.F.Axundzadənin məzarları bu qəbirlər arasında olmayıb. Səbəbi isə mənim üçün çox maraqlı oldu. Bu yerdən cəmi bir neçə 100 m məsafədə indi mövcud olmayan “Tatar qəbristanlığı” yerləşirmiş. O zamankı din xadimləri isə M.Ş.Vazehi dinsiz kimi qəbul etdiklərinə görə onun həmin qəbristanlıqda dəfn olunmasına icazə verməyiblər. Beləcə ədibin məzarı bu cür aralı düşüb.
Həmin tatar qəbiristanlığının yerində isə hazırda nəbatat bağı salınıb. M.Ş.Vazeh və onun etibarlı tələbələrindən olan M.F.Axundzadə isə öz vəsiyyətləriylə Tiflisin botanika bağının ərazisində “Yemlikli yerbatan” adlanan bu yerdə dəfn olunub. Axundzadənin gənc yaşlarında dünyasını dəyişən övladları və həyat yoldaşının da məzarlarıı burada yerləşir.
Yerbatanda həm də Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, Cümhuriyyətin ilk daxili işlər naziri olmuş F.Xoyskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin abidələrini görmək olur. 1920-ci ildə dünyalarını dəyişən bu iki ictimai-siyasi xadim Tatar qəbristanlığında torpağa tapşırılsalar da 1999-cu ildə onların burada şərti qəbirləri salınıb.
Tiflisdə ziyalılarımızn dəfn olunduqları qəbristanlıqlardan indi heç birini görmək mümkün deyil. Təkcə Yemlikli yerbatandan savayı. Məhz buna görə bəlkə də sevinməliyik ki, M.Ş.Vazehin nəşini Tatar qəbristanlığına buraxmayıblar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Azərbaycanda daha 2 televiziya açılır
Hava haqqında
Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq
Artıq çəki depressiyaya səbəb olur
Evdə it saxlamağın İNANILMAZ FAYDALARI
Lolita makiyajsız halı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Leyla Əliyeva xəstəxanada uşaqlarla görüşdü - FOTO
Balqabaq kotleti (foto resept)
Pulu qənaətlə necə xərcləməli?
Ehtiyatlı olun: bu rəqəmlər qorxudur
Bir az gülək
Xətaidə yanan binanın sakinlərinə veriləcək MƏBLƏG
Zaç Posendən yeni kolleksiya
Bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək - YENİLİK
Sinə xərçəngi haqqında
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Son günlər sürətlə yayılan virusdan necə qorunmalı?
2018-in trendləri
Əzələli kenquru öldü-FOTO
Hava haqqında
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? - FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Heminquey "Nobel" almağa niyə getmədi?
Azərbaycan ağırlıqqaldıranı İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Damla şirniyyatı (foto-resept)
Kağız kabab ( foto resept)
İbrətamiz dərslər
Sevimli serialınızı "əlinizdən alırlar"?
"Emmy" alan ilk türk aktyor
Rəqəmlər (1)
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
MN: “Cəbhənin Xocavənd istiqamətində düşmən komandiri şəxsi heyətlə birlikdə qaçıb”
Günün qoroskopu: özünüzə çox güclü düşmən qazanacaqsınız
Çiyələkli keks (foto resept)
Dubay metrosunda robotlar xidmət göstərəcək
Jirinovskidən ümidli Qarabağ açıqlaması
Cennifer yenidən Diqqət Mərkəzindədir
Hamilə olduğunuzu göstərən erkən işarələr
Qaşların və kirpiklərin rənglənməsi uzadılması (2)
Qaşlarınızı necə gurlaşdıra bilərsiniz?
Şokoladlı, qozlu piroq (foto resept)
Məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmdədir
Qeyri-adi üzüklər
Evdə hazırlanan təbii əl kremləri
Qatıq istehsalında donuz jelatini
Kartof qızartması kökəldirmi?















- ŞƏRHLƏR