1. Üsamə bint Zeyddən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s.a.s) belə deməsi rəvayət olunur: "Mən özümdən sonra kişilər üçün qadınlar kimi zərərli bir fitnə qoyub getmədim" (Hədisi Buxari və Müslim rəvayət etmişdir).
2. Müaz ibn Cəbəldən (Allah ondan razı olsun!) Peyğəmbərin (s.a.s) belə deməsi rəvayət olunur: "Bu dünyada ərini incidən qadına ərinin cənnət hurilərindən olan arvadı: “Allah səni öldürsün, onu incitmə! O sənin yanında bir qonaqdır və tezliklə səndən ayrılıb bizə gələcəkdir”, deyər" (Hədisi Tirmizi rəvayət etmiş və onu həsən adlandırmışdır. Tirmizi, 1174-ci hədis, Əhməd, 5/242. Hədisin isnadı səhihdir).
3. Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (s.a.s) belə deməsi rəvayət olunur: "Bir kimsənin başqa bir kimsəyə səcdə etməsini əmr etmiş olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim" (Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır).
4. Əbu Əli Talq ibn Əlidən (Allah ondan razı olsun!) Allah Elçisinin (s.a.s) belə deməsi rəvayət olunur: "Qadın təndir başında da olsa, əri onu öz ehtiyacından ötrü çağırdığı zaman mütləq getsin" (Hədisi Tirmizi və Nəsai rəvayət etmiş, Tirmizi hədisin həsən-səhih adlandırmışdır).
5. Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah Elçisinin (s.a.s) belə deməsi rəvayət olunur: "Əri evdə ola-ola qadının ondan icazəsiz oruc tutması ( fərz orucu xaric) və ondan icazəsiz kimi isə evinə buraxması halal deyildir" (Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir).
6. İbn Ömərdən (Allah ondan və atasından razı olsun!) Peyğəmbərin (s.a.s) belə deməsi rəvayət olunur: "Sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz. Əmir (dövlət və ya vilayət başçısı) də bir himayədardır. Kişi öz ailə üzvlərinin idarəçisidir. Qadın isə ərinin evi və övladları üzərində bir nəzarətçidir. Bir sözlə, sizin hər biriniz bir himayədarsınız və hər biriniz də öz əlinin altındakılara cavabdehsiniz" (Hədisi Buxari və Müslim rəvayət etmişdir).
7. Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah Elçisinin (s.a.s) belə deməsi rəvayət olunur: "Əgər kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə və bunun nəticəsində kişi əsəbi bir halda gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar" (Hədisi Buxari və Müslim rəvayət etmişdir). Buxari və Müslimin digər bir rəvayətində isə Peyğəmbər (s.a.s) belə buyurur: "Qadın yatağını ərindən ayıraraq gecələsə, mələklər səhərə qədər həmin qadına lənət oxuyar". Bir rəvayətdə isə Allah Elçisinin (.a.s) belə buyurduğu bildirilir: "And olsun canım əlində olana! Kişi arvadını yatağına çağırarkən arvadı gəlməkdən imtina etsə, səmadakı [hər şeydən uca və ulu olan Allahın] ona qarşı qəzəbi əri ondan razı qalanadək davam edəcək".
8. Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan və atasından razı olsun!) Allah Elçisinin (s.a.s) belə deməsi rəvayət olunur: "Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır" (Hədisi Müslim rəvayət etmişdir).
9. Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah Elçisinin (s.a.s) belə deməsi rəvayət olunur: "Möminlərin ən kamil imanlıları yüksək əxlaq sahibi olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı xoş davrananlardır" (Hədisi Tirmizi rəvayət etmiş və onu həsən-səhih adlandırmışdır).
10. Müaviyə ibn Heydədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: "Allah Elçisindən (s.a.s): “Ey Allahın Elçisi! Bizim zövcələrimizin yanında borcumuz nədən ibarətdir?”, deyə soruşdum. Peyğəmbər (s.a.s) də mənə: "Özün yedikdə onu da yedizdirməyin, geydikdə onu da geydirməyin, vurarkən sifətinə vurmamağın, onu biədəb sözlərlə təhqir etməməyin [Allah səni rüsvay eləsin – deməməyin] və yatağını ondan ayırarkən evi tərk etməməyindir" (Hədisi Əbu Davud həsən isnadla rəvayət etmişdir).
11. Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O da cavab verdi ki, Rəsululah (s.a.s) belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis Sağir, 2704 - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
12. Rəsulullah (s.a.s) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir (Səhih Buxari - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
13. Rəsulullah (s.a.s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah o tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
14. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır" (Səhih Buxari - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
15. Peyğəmbər (s.a.s) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
16. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır" (Səhih Buxari və Müslim - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
17. Aişə (r.a) buyurmuşdur: "Peyğəmbər özünü kişi kimi aparan qadına lənət etmişdir" (Əbu Davud - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
18. Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm, hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan adam görməmişəm". Qadınlar soruşurlar: "Ey Allahın Peyğəmbəri! Bizim dərrakə və dinimizdə çatışmazlıq nədir?" O (s.a.s) deyir: "İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab verirlər: "Bəli". O (s.a.s) dedi: "Bu, dərrakə sahəsində sizin çatışmazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc tutması həqiqət deyilmi?" Onlar cavab verdilər: "Bəli". O (s.a.s) dedi: "Bu da sizin dindəki çatışmazlığınızdır" (Səhih Buxari - Yaşar Qurbanov, "İslam nuru" kitabından).
XƏBƏR LENTİ
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Damarları təmizləyən qidalarla tanış olun!
Bu gecə 24 oyun olacaq
Qarğalar haqqında maraqlı məlumatlar
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Günün ulduz falı - 07.03.2014
Çağatayın rejossorluğu başlamadan bitdi-SƏBƏB
Qida formasında bijuteriyalar
Şadlıq saraylarına xəbərdarlıq edildi
Güclü külək əsəcək
Fransanın xarici işlər naziri istefa verdi
İlon Mask belaruslara kömək təklif etdi: “Nə edə bilərik?”
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)
Süni mayalanmadan öncə diaqnoz
Göyərtilərin faydalı xüsusiyyətləri
Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO
Avropada sonuncu o idi
Dəri geyimlər
Siqaret yenə bahalaşdı
Dalğa kimi körpü
Gül açan 5 kaktus
HAVA necə olacaq?-3 Avqust
Diqqət! Diqqət! Danışır Bakı!
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Türk idmançılar Bakıda
Güclü insanların 8 xüsusiyyəti
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı?
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
Köklü, qozlu, darçınlı keks (foto resept)
Qar adam (özün düzəlt)
2013-də Azərbaycanda neçə film çəkilib?
Prezenteizmin axırı yaxşı qurtarmır...
Mirvari dəbi geri qayıtdı
Özəl bağçalarla bağlı açıqlama
Sevimli salat (foto resept)
Qan şəkərinin düşməsinin səbəbləri
Müəllim şikayəti
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Kəsmikli alma piroqu (foto-resept)
Google əvəz axtarır
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Azərbaycanda Qurban bayramı qeyd olunur
Şir bürcü qadını
Qadın.netlilərə gülək
Hamilə qalma şansını artıran qidalar
Utancaqlıq
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Acun və Şeyma Melisaya görə razılığa gəlib-FOTO