İnsanlar dözümlü və çalışqan varlıqlardır. Bunların ən nəzərə çarpan yerlərindən biri də dünyanın ən soyuq yaşayış yeri olaraq qəbul edilən Rusiyadakı Oymyakon kəndidir. Qış aylarında istiliyin təxminən -50°C olduğu kənd, 1924 ilində -71.2°C istiliyi görmüşdür. Macərapərəst fotoqrafçı Amos Chapple, yaxın zamanda Oymyakonu və yaxınındakı şəhər mərkəzi Yakutsku ziyarət etmiş və sərt şərtlərdəki gündəlik həyatı, oranı evi qəbul edən insanları lentə alaraq bölgədə beş həftə keçirmişdir. Bu da Chapplenin çəkdiyi möhtəşəm fotolar:
1.Amos Chapple yolçuluğuna Rusiyanın şimal-şərqindəki Sakha bölgəsində yer alan Yakutskadan başlamışdır. Bura dünyadakı ən soyuq paytaxt olaraq qəbul edilir.
2.Şəhər təxminən 300,000 adamlıq əhaliyə sahibdir və qış boyu istilik təxminən -34°C'dir .
3.Yenə də, Çapplenin dediyinə görə şəhərin sakiniləri mükəmməl: “ dost canlı, dünyəvi zövqlərə düşkün və olduqca yaxşı geyinirlər”.
4.Bəs yerli sakinlər həddən çox soyuqla necə mübarizə aparırlar? “ Rus çayı dedikləri vodka ilə” deyə Chapple qeyd edir.
5.Chapple, yerlilərdən bəziləri ilə dost olmadan və evlərində qalmağa dəvət edimədən qabaq Yakutsktakı kiçik bir mehmanxanada qalırmış. "Onlara təşəkkür etmək üçün yemək bişirməyə səy göstərdim, fəqət Sibrin dərinliklərində bir nachos hazırlamaq olduqca çətindir” deyir.
6.Capplenin dediklərinə görə sabit bir şəkildə irəliləyən almaz ticarəti Yakutskda “ əhatəli və sağlam iqtisadiyyat” yaranmasını təmin etmiş.
7.Soyuq Müharibənin təsirləri buralarda daha az hiss edilir, çünki Yakutlar “ ruslarla müqayisədə xaricə dönüklər və imperatorluğun çöküşü üzündən qürurları sınmış kimi davranmırlar”.
8.Yakutsk, dünyanın ən soyuq qəsəbəsi olaraq görülən Oymyakona açılan bir qapıdır. Ora getmək üçün iki gün boyunca quraq və tənha bir yoldan səyahət etmək lazımdır. Chapple, əvvəllər avtostopla onu yolun yarısına qədər aparacaq nəqliyyat tapmış fəqət sonra iki gün boyunca yolda qalmışdır.
9.Bu qədər aşağı istilikdə avtomobillərin ən az yanacaqla işləməsi lazım olduğu üçün yanacaq doldurma məntəqələri 24 saat açıq olur. “ Bölgədəki tənha yanacaq doldurma məntəqələrindəki işçilər iki həftə işləyib iki həftə tətil edir” deyə Chapple qeyd edir.
11.”Ən sonda, məni gedəcəyim yerə aparmaq üçün tapdığım adamlar yardımsevərliklə qəribə bir təhdidedicilik arasında gedib gəlirdilər. Oymyakona məni aparmazdan əvvəl, ailələri ilə birlikdə donmuş at qanı və makaron yedik” Chapple deyir. Kəndin girişində kommunist dövründən qalma abidə, 1924-də görülən rekord istilik -71.2 °C'ə qeyd edilib. Abidənin üzərində belə yazılıb: “ Soyuğun qütbü Oymyakon”.
12.Günümüzdə isə qış aylarında görülən təxmini istilik -50°C. Sibirdə danışılan Even dilində “Oymyakon”, “ donmamış su” mənasını verir. Bu ismin, qədimdən şimal maralı çobanlarının ziyarət etdiyi kurortlara ( yerdə çıxan isti su üzərində qurulan hamamların olduğu yer) istinadən verildiyi düşünülür.
13.Soyuq havanın ani və həddən çox təsiri Chappleni olduqca sarsıdmışdır. "Soyuğun ayaqlarımı bürüdüyünü hiss etdim. Bir başqa təəccüblü hal isə ağız suyumun donub dodaqlarıma iynə kimi batmasıdır. “ Belə bir mühitdə keçirilən bir günün “ olduqca yorucu” olduğunu Chapple söyləyir.
14.Kmaera istifadə etmək də bir o qədər çətinimiş. “ Ağzımdan çıxan buxar, siqaret dumanı qədər çoxdur, bu səbəbdən fotoqraf çəkərkən nəfəsimi tutmağa məcbur olurdum” .
15.Bölgədəki torpaq donmuş olduğundan, kənddəki evlərə boru ilə su daşımaq olduqca çətindir.
16.Donmuş torpaq, ölülərin basdırılmasınıda çətinləşdirir. Cənazə mərasimlərindən əvvəl, torpağı isitmək üçün böyük atəşlər yandırılır.
17.Chapple, getməmişdən əvvəl kəndlilərin ziyarətçilərlə tanış olmağa həvəsli olacağını düşünmüş. Lakin getdikdə tanış olacaq insan tapmaqda çətinlik çəkmişdir. "Çöldə gördüyüm insanlar ya üzlərini əlcəklərlə örtmüş bir şəkildə evlər arasında qaçırlar ya da sərxoşdurlar” deyir.
18.Torpaq əkinə yararlı olmadığı üçün, Oymyakonda yaşayanlar yaşayışlarını heyvandarlıq ya da şəkildə görüldüyü kimi isitmə təsisatı kimi bələdiyyə işləri ilə məşğul olaraq keçinirlər.
19.Yemək yemə adətləri isə belədir: Qızılbalıq, alabalıq kimi donmuş çiy balıqlar və at ciyəri istifadə edirlər.
20.Kənd sakinləri Yakut soylarının fərqində olduqları üçün ətrafları və tarix ilə möhkəm bağlıdılar. Chapple, "Həyat çoxluqlar hər yerdə necəsə elə işləyir, ancaq insanların gözləri daim termometrin üzərində -50°C oldumu hər şey dayanır." Deyir.
21.İnanması çətin olsada, yay aylarında hava olduqca isinir. Bu günə qədər müşahidə edilən ən yüksək istilik 35°C. Ancaq yay ayları qısa davam edərkən, acımasız qış ayları bitmək bilmir.
XƏBƏR LENTİ
Qulaqcıqlarla gələn bəla
Qış salatı(foto resept)
İş stressini azaldan qidalar
Sellülitin kələmlə müalicəsi
Gavalılı-almalı tart (foto resept)
Bakıya yay gəlir
Qızım mənim – başımın tacı
HAVA necə olacaq?-6 dekabr
Günün ulduz falı - 30.03.2014
Sitatlarımız - IV hissə (Son)
Ehtiyatlı olun: Skype-da yeni təhlükə yayılır
90 yaşlı rəssam nənə
Dollar kəskin ucuzlaşacaq
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
2019-cu ildə bizi nə gözləyir?
Zakir Həsənov onları təbrik etdi
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
"Qayıq" pizzası
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Qəbulla bağlı sınaq imtahanları olacaq - Bu tarixdə
Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı
Uşaqlarda yaddaşı və zehni inkişafı artırmağın yolları
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Hamiləlik düşünənlər üçün məsləhətlər
C vitamini
Qırışları yox edən möcüzəli maska
Madonna Tel-Əvivdə Fələstin damğası vurdu - VİDEO
Evdə heyvan saxlamağın 6 faydası
2018-də hər kəsi heyrətləndirən HADİSƏLƏR
2018-in retro eynək dəbi
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Metroda bunu etsəniz 30 manat cərimələnəcəksiniz - RƏSMİ XƏBƏRDARLIQ - VİDEO
Gənclər və idman naziri vətəndaşları qəbul edəcək
Südlü türk paxlavası (foto resept)
Ən çox çəki artıran qidalar hansılardır?
Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var - RƏSMİ
Bayram qanla bitdi: 50 nəfəri tapdalayıb öldürdülər
"Jara Music Awards" keçirildi - FOTO
Bakı 2015-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Səyyar ASAN xidmət bu rayonlara gəlir
Azərbaycanda qızıl istehsalı artıb
Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin
“Fənərbaxça” lider oldu
Jenifer Lopes və Rihanna Yeni il gecəsi...
Hansı elektron xidmətlərdən vergi tutulacaq? - SİYAHI
Bankların bağlanmasının mənfi və müsbət tərəfləri
Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb
Sürücülərin diqqətinə!
Qadınlarımızı belə yerlərdə işləməyə qoymayacaqlar
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
- ŞƏRHLƏR