Düşündüklərimizi dəyişmək zamanıdırmı?
Bəşəriyyət olaraq hər şeyin sabit, dəyişməz qalmağını istəyir və istədiyimiz kimi də düşünüb qərar veririk. Bu da reallıqları görməyimizə maneə törədir. Canlıların lazım olduğu kimi var olduğunu düşünürük. Bu, beyin mexanizminə təsir edir. Halbuki sual verməyə cürət edən birini, əslində çox maraqlı cavablar gözləyir və hər sualın cavabı əslində yeni sual yaradır..
Məsələn bitkilərin rəngi.
Bitkilər yaşıl rəngdədirlərmi? Əksini bir çoxları düşünə bilməz. Yaxşı, sarısı, qırmızısı, ağı da var. Ancaq bitki deyəndə ağla ilk gələn rəng yaşıldır. Bəs nəyə görə məhz yaşıl rəng? Yaşıl şərtdir?
Əlbəttə ki, yox. Planetimizdəki bitkilər yaşıl rənglidir, çünki Dünyanın da daxil olduğu sistemə uyğun bir şəkildə təkamül etmişdir. Günəşin yaydığı dalğaları istifadə edərək inkişaf etmişdirlər. Əgər Günəşin xüsusiyyətləri fərqli olsaydı, bitkilərin də xüsusiyyətləri bir qədər dəyişik olardı. Və böyük bir ehtimalla bir çox canlının xüsusiyyətləri də.
Bitkilərin rəngi ulduzlardan gələn işığın növü və miqdarı ilə birbaşa əlaqəlidir. Bizim Dünyamızda bitkilər Günəşdən gələn işığın yüksək enerjili qırmızı və mavi spektrlarından istifadə etdikləri halda, daha zəif enerjili yaşıl spektrları isə əks etdirirlər. Bu səbəblə də geri göndərilən yaşıl işığa görə yaşıl görünürlər.
Daha zəif işıq saçan ulduzların ətrafında dövr edən planetlərdə isə bitkilər yaşıl deyil, qara və ya daha tünd rəngdə ola bilərlər. Bu planetlərdəki bitkilər kiçik ulduzlardan gələn az miqdarda işığın hamısından istifadə etmək məcburiyyətində qala bilərlər və bu səbəbdən də gələn bütün işığı özündə həbs edərək qara rəngə “bürünərlər” . Yəni, əgər başqa planetlərdə bitki örtüyü varsa, bizim gözlədiyimizdən daha qəribə bir görüntüyə sahib olacağı nəticəsinə gələ bilərik.
Rəsmi araşdırmalar
Həyat axtarışlarında yeni inkişaf vahidi – flora və fauna
NASA, başqa planetlərin florasının rəngarəng, sarı, qırmızı, çəhrayı bitkiləri ola biləcəyini bildirir. Kaliforniyadakı Virtual Planet Laboratoriyası İnstitutunda edilən araşdırma bildiyimiz “dəyişməzləri” dəyişdirə bilər.
Digər planetlərdəki flora və faunanın, planetin orbitində döndüyü ulduzun və atmosferinin komponentlərinə bağlı olduğunu ifadə edən araşdırmaçılar, Virtual Planet Laboratoriyasında, digər planetlərin bitkilərinin necə ola biləcəyini təxmin edən kompüter simulyasiyaları canlandırmağı bacarıb.
Araşdırmanın rəhbəri, NASA-nın Goddard Kosmos Araşdırmaları İnstitutundan Dr. Nancy King, başqa planetlərdə fotosintezin rənginin sarı, narıncı hətta qırmızı belə ola biləcəyini ifadə edərək, “mavi olacağını sanmıram və təbii ki, Dünyamızdaki kimi yaşıl rəng də bura daxildir”, – dedi.
Araşdırmaları Astrobiology jurnalında dərc olunan elm adamları, bu kəşflərin Dünyadan milyonlarla işıq ili uzaqdakı planetlərdə həyat axtarışına kömək edə biləcəyini bildirir.
Virtual Planet Laboratoriyasının baş alimi Dr. Vikki Meadows da bir zamanlar digər ulduzlar ətrafındakı planetlərin seyrək olduğunu düşündüklərini, ancaq teleskoplar inkişaf etdikcə daha çox böyük planet tapdıqlarını ifadə edərək, “Demək ki, Dünya ölçüsündə çox sayda planet olmadığını düşünmənin də mənası yoxdur”, – deyir.
Dr Meadows, “Bəlkə bizimki kimisini tapa bilmərik, ancaq Dünya bənzəri planetlərdə bakteriya səviyyəsində həyat ola bilər. Əgər həyatın var olması üçün lazımi mühit varsa, bu şərtlərdə həyatın ortaya çıxa biləcəyini düşünə bilərik”, – deyə əlavə edir.
Yeni bitki örtüyünün meydana gələ biləcəyi səma cisimləri
St. Andrews Universitetində aparılan araşdırmaya görə, insan gözünə qara ya da boz rəngdə görünəbiləcək bir bitki örtüyü, kainatdakı, “qırmızı cırtdan” olaraq adlandırılan ulduzların ətrafındakı planetlərdə meydana gələ bilər.
Nisbətən soyuq ulduzlar olan “qırmızı cırtdan”lar, kainatdakı ən geniş yayılmış ulduz növləridir. Bunların bir çoxunun ətrafında planetlər fırlanır və bəzilərində həyat əlamətləri görülə biləcəyi düşünülür.
Amma St. Andrews Universitetində edilən yeni araşdırma, bu planetlərdəki həyatın bir az fərqli ola biləcəyini göstərir. “Qırmızı cırtdan”ların qaranlıq olması səbəbilə, yaxınındakı planetlərdə olan bitki örtüyünün mövcud olan bütün işığı yığacaq şəkildə təkamül keçirmiş ola biləcəyi düşünülür.
Coşqun Şirinov
Rəşad Axundzadə
XƏBƏR LENTİ
"Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq
Hadise paylaşımı ilə GÜNDƏM oldu
Bengünün xına gecəsindən ilk FOTOlar
Reklamlar beynimizə necə təsir edir?
2018-də qarşınıza çıxacaq 3 trend
Məşhurların daxil ola bilmədiyi ölkələr
Kim ki yüz il yaşamırsa...
Günün qoroskopu:Hisslərinizə uymayın!
Dünya bazarlarında neft 50 dollardan baha satılır
Botoks etdirən qadınlar eybəcər hala düşdülər - FOTO
Ev dekorasiyasında köhnə çamadanlara yer verin
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Model olduğunu düşünənlər peşəsinə TƏƏCCÜBlənirlər-FOTO
Günün qoroskopu: yeni tanışlıqlar məsləhətli deyil
Bizə xarici həkimlər lazımdırmı?
Kondinsionersiz sağ qalmağın 7 yolu
“WhatsApp”dan iki maraqlı yenilik
Fransız rejissor islamı qəbul etdi
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
Görənlər 70 yaşı olduğuna inanmır - FOTO
Kolleclərə qeydiyyat başlayıb
Şəki xan sarayı
Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO
Sabahın HAVASI
2010-cu ildə qadın kombinezonları yenə dəbdədir
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
"ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"
Tikə ətdən sulu yemək (foto resept)
Badımcan ruleti (foto resept)
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”
Çuğundur salatı
Payız fəslinin ən aktual rəngləri
"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir
ABŞ səfirliyi qrant qalmaqalına aydınlıq gətirdi
İnna Bakıya gəlir
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Dövlət başçısı üç ay vaxt verdi
Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxdu - RƏSMİ
15 dəqiqəlik görüşünü hərraca qoydu
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
Hörümçək toru insan həyatını dəyişdirəcək
Sabah Qaz Olmayacaq!
Dövlət atdığı addımı geri çəkməməlidir
Məşhur əsərlər günümüzdə
Məşhurları bir də belə tanıyın
Çay sodasının faydaları
Diabet xəstəsinin əl işləri
- ŞƏRHLƏR