Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

Afina

Afina

Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi - qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş  ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb).

Afina  sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul  gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.

E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar. Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhərdövlətə çevrildi.  

Afina

E.ə. VIII - VI əsrlərdə Afinada əyanların - aristokratiyanın hakimiyyəti bərqərar oldu. E.ə. 621-ci ildə ilk dəfə olaraq hökmdar Drakont tərəfindən qanunverici adətlər yazıya alındı və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər məhdudlaşdırdı. E.ə. 594-cü ildə demosun güclü təzyiqi altında Solon Afinanın bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi

Afina vətəndaşı oldu. Amma demosun nisbətən imkanlı təbəqələri hakimiyyəti böyük mülkü olan aristokratlarla bölüşdürməli idilər. Buna görə də onların arasında mübarizə hələ də davam edirdi. E.ə. 560-cı ildə Afinada siyasi çevriliş oldu - Pisistratın nəsli aristokratiyaya qarşı yönəlmiş tiraniyası (istibdad üsuliidarəsi) quruldu. Pisistratın dövründə Afina xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su kəməri çəkildi. Homerin poemaları yazıya köçürüldü. Pisistratın ölümündən az sonra onun oğlanlarının tiraniyası e.ə. 510-cu ildə devrildi. Nəsli əyanların hakimiyyəti ələ keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun Klisfenin başçılığı ilə üsyanına səbəb oldu. Üsyançıların qələbəsi əyanların ağalığına və nəsli icmanın axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin sonlarından qoşun və donanmaya komandanlıq etmək üçün strateqlər seçilirdi. Vətəndaşlar arasında mübahisələri həll edən hakimlər də seçki ilə müəyyənləşdirilirdilər. Afinanın istənilən vətəndaşı hakim seçilə bilərdi. 

Afina

Yunan - İran müharibələri dövründə əvvəldən-axıradək aparıcı rol Afinaya məxsus olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünün çiçəklənmə dövrünə qədəm qoymuşdu. Afinanın dəniz limanı olan Pirey bütün qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr üçün daha mütərəqqi olan dövlət quruluşu - Afina demokratiyası bərqəqar olur. Ali hakimiyyət mühüm məsələlərin həlli və vəzifəli şəxslərin seçkisi ilə məşğul olan xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı. Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu da az imkanlı ailələri dövlətin idarə olunmasında iştirak etməyə maraqlandırır."Periklin qızıl dövrü" adlandırılan çağda ən görkəmli yunan alimləri, memarları - tarixçi Herodot, filosof Anaksaqor, memar və heykəltəraş Fidi və b. Afinada yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi. 

Afina

Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə.431 - 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı.E.ə. 338-ci ildə Xeroneya yaxınlığındakı döyüşdən sonra Afina Makedoniya monarxiyasına tabe olmaq məcburiyyətində qaldı. E.ə. 196-cı ildə Makedoniya çarı IV Filippin romalılar tərəfindən məğlub edilməsindən sonra Afina, əslində, Romadan asılı vəziyyətə düşdü. E.ə. 88-ci ildə Afinada başda Aristion olmaqla antiroma əhval-ruhiyyəli demokratlar hakimiyyətə gəldilər və Afina Pont çarı VI Mitridat Yevpatorun rəhbərlik etdiyi antiroma

koalisiyasına qoşuldu. Bundan az sonra Afina Roma sərkərdəsi Komeli Sullanın qoşunları tərəfindən mühasirəyə alındı. Afinanın mühasirəsi e.ə. 88 - 87-ci illərin bütün qışı ərzində davam etdi və martın 1-də şəhər hücumla alınıb talan edildi. Sulla bir çox incəsənət əsərlərini Romaya apardı. Romaya tabe olmuş Afina hələ də özünü idarə edirdi. Afinanın elm və mədəniyyət mərkəzi olması şərəfi qorunurdu və "adətən varlı romalılar təhsillərini burada başa vururdular. Bəzi Roma imperatorları Afinaya xüsusi himayədarlıq edirdilər, orada binalar və məbədlər inşa etdirirdilər, o cümlədən Zevs və Hera məbədi, kitabxana, gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi üçün aparılmışdı. 529-cu ildə Bizans imperatoru Yustinianın əmri ilə Afinada qalmış sonuncu məktəblər bağlanılmışdı. Antik Afinanın mədəni tarixi belə başa çatmışdı.

Səslərin sayı: 4
13
4064
loading...
Şərhlər
Offline
aylin youlin
Melumata gore tewekkur)))
18 aprel 2014 20:55
Offline
Narin...
Gözəl və məlumatlandırıcı xəbər üçün təşəkkürlər Xəyalə xanım. give_ros
1 aprel 2014 22:51
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
AFET
Xeber ucun tesekkurler gozel yerdi.
1 aprel 2014 15:29
Offline
Ruhəngiz
Xəbərə görə təşəkkürlər,Xəyalə bacım.Afina gözəl və maraqlı yerdir.Sanki hər daşında bir tarix yatır.
1 aprel 2014 12:27
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Qəribə
Gözəl yerdi.Xəbər üçün təşəkkürlər.
1 aprel 2014 11:58
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Elif♡
Afina, Yunanıstan hər zaman görməyi arzuladığım şəhərlərdən, ölkələrdən biri olub. Ümumiyyətlə tarixi yerləri,bu günümüzə qədər qalan qədim abidələri həmişə görmək istəmişəm. Dövrümüzün super texnologiyası ilə ərsəyə gələn tikililər heç vaxt məni cəlb etməyib. Qədim Roma ilə də bağlı hazırlasaz sevinərdim. təşəkkürlər Xəyalə xanım, maraqlı xəbərə görə
1 aprel 2014 11:08
imza: Her insan ölecek yaşdadır.....
Offline
Ceylan Mumoğlu
Xəyalə, Afinaya getməyi ən çox Universitetdə 1-ci kursda oxuduğum zamanlarda arzulamışam. Qədim dünya tarixi fənni müləllimiz o qədər maraqlı danışırdı ki, istər-istəməz orda olub tarixi abidələri görmək istəyirdim. Allah rəhmət etsin Mirheydər müəllimə, əsl müəllimlər olublar onlar.
Xəbər üçün təşəkkürlər.
1 aprel 2014 10:54
Offline
Seher Nur
Melumatlandirici xeberdir. Tesekkurler.
1 aprel 2014 10:29
Offline
איסון ממדוב.
Gözəl yerdi görmək istərdim
1 aprel 2014 07:59
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
toma676
Hele bir azerbaycani gezim qurtarim sonra fikirleserem oralara gedmeyi
1 aprel 2014 00:23
Offline
Ayka Eliyeva
Yunanistan ve Afina gormek istediyim seherler arasindadi,etrafli melumat ucun tesekkurler. air_kiss
31 mart 2014 23:54
Offline
Nergiz
Melumat ucun cox tewekkurler, davamli olsun
31 mart 2014 22:54
Offline
HAPPY SMİLE :)
Melumatlara gore sagolun ilk serh mennen
31 mart 2014 22:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )