Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi - qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb).
Afina sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.
E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar. Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhərdövlətə çevrildi.
E.ə. VIII - VI əsrlərdə Afinada əyanların - aristokratiyanın hakimiyyəti bərqərar oldu. E.ə. 621-ci ildə ilk dəfə olaraq hökmdar Drakont tərəfindən qanunverici adətlər yazıya alındı və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər məhdudlaşdırdı. E.ə. 594-cü ildə demosun güclü təzyiqi altında Solon Afinanın bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi
Afina vətəndaşı oldu. Amma demosun nisbətən imkanlı təbəqələri hakimiyyəti böyük mülkü olan aristokratlarla bölüşdürməli idilər. Buna görə də onların arasında mübarizə hələ də davam edirdi. E.ə. 560-cı ildə Afinada siyasi çevriliş oldu - Pisistratın nəsli aristokratiyaya qarşı yönəlmiş tiraniyası (istibdad üsuliidarəsi) quruldu. Pisistratın dövründə Afina xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su kəməri çəkildi. Homerin poemaları yazıya köçürüldü. Pisistratın ölümündən az sonra onun oğlanlarının tiraniyası e.ə. 510-cu ildə devrildi. Nəsli əyanların hakimiyyəti ələ keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun Klisfenin başçılığı ilə üsyanına səbəb oldu. Üsyançıların qələbəsi əyanların ağalığına və nəsli icmanın axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin sonlarından qoşun və donanmaya komandanlıq etmək üçün strateqlər seçilirdi. Vətəndaşlar arasında mübahisələri həll edən hakimlər də seçki ilə müəyyənləşdirilirdilər. Afinanın istənilən vətəndaşı hakim seçilə bilərdi.
Yunan - İran müharibələri dövründə əvvəldən-axıradək aparıcı rol Afinaya məxsus olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünün çiçəklənmə dövrünə qədəm qoymuşdu. Afinanın dəniz limanı olan Pirey bütün qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr üçün daha mütərəqqi olan dövlət quruluşu - Afina demokratiyası bərqəqar olur. Ali hakimiyyət mühüm məsələlərin həlli və vəzifəli şəxslərin seçkisi ilə məşğul olan xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı. Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu da az imkanlı ailələri dövlətin idarə olunmasında iştirak etməyə maraqlandırır."Periklin qızıl dövrü" adlandırılan çağda ən görkəmli yunan alimləri, memarları - tarixçi Herodot, filosof Anaksaqor, memar və heykəltəraş Fidi və b. Afinada yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi.
Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə.431 - 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı.E.ə. 338-ci ildə Xeroneya yaxınlığındakı döyüşdən sonra Afina Makedoniya monarxiyasına tabe olmaq məcburiyyətində qaldı. E.ə. 196-cı ildə Makedoniya çarı IV Filippin romalılar tərəfindən məğlub edilməsindən sonra Afina, əslində, Romadan asılı vəziyyətə düşdü. E.ə. 88-ci ildə Afinada başda Aristion olmaqla antiroma əhval-ruhiyyəli demokratlar hakimiyyətə gəldilər və Afina Pont çarı VI Mitridat Yevpatorun rəhbərlik etdiyi antiroma
koalisiyasına qoşuldu. Bundan az sonra Afina Roma sərkərdəsi Komeli Sullanın qoşunları tərəfindən mühasirəyə alındı. Afinanın mühasirəsi e.ə. 88 - 87-ci illərin bütün qışı ərzində davam etdi və martın 1-də şəhər hücumla alınıb talan edildi. Sulla bir çox incəsənət əsərlərini Romaya apardı. Romaya tabe olmuş Afina hələ də özünü idarə edirdi. Afinanın elm və mədəniyyət mərkəzi olması şərəfi qorunurdu və "adətən varlı romalılar təhsillərini burada başa vururdular. Bəzi Roma imperatorları Afinaya xüsusi himayədarlıq edirdilər, orada binalar və məbədlər inşa etdirirdilər, o cümlədən Zevs və Hera məbədi, kitabxana, gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi üçün aparılmışdı. 529-cu ildə Bizans imperatoru Yustinianın əmri ilə Afinada qalmış sonuncu məktəblər bağlanılmışdı. Antik Afinanın mədəni tarixi belə başa çatmışdı.
XƏBƏR LENTİ
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Ayaqqabı modelləri
XİN-dən “Euronews”un çəkiliş qrupunun düşmən hücumuna məruz qalması ilə bağlı paylaşım - VİDEO
Ölü qadının uşağı oldu
Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır
Siyam əkizləri ayrılacaq-FOTO
Sabah paytaxtda və 10-dan çox rayonda təbii qaz olmayacaq
NAMAZ-III DƏRS Təmizlik,Qüsul, Qadınlar haqqında əsas məsləhətlər
Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər
8 dildə tərcümə maska ixtira olundu
Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!
Hər kəs bu VİDEOdan danışır
Nigah müqaviləsi
Azərbaycanda zəlzələ oldu
Kadir Neslihanı belə TƏBRİK ETDİ - FOTO
"Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub
Ali Baş Komandandan əhaliyə müraciət: “Şəhidlərin qanı yerdə qalmayacaq”
Bakıda "toy karvanları"nın yaratdığı fəsadlar açıqlandı
COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Azərbaycanda "Müstəqil Azərbaycan tarixi"nin tədrisinə başlanıldı
Rusiyaya gedən azərbaycanlılara XƏBƏR VAR
Günün ulduz falı - 31.08.2013
Azərbaycanda gənclər arasında nə baş verir?
İnsanı öldürən 10 ərzaq
Kişilərin qadınlardan az yaşamağının səbəbləri
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi - VİDEO
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Azərbaycanda yüksək nəticə göstərən gənclər hansı universitetləri seçirlər?
Cennifer Lopezdən Təcavüz ETİRAFI-FOTO
"Neftçi" qələbə qazandı
Bakıda yayılan pis qoxunun səbəbi bilindi-RƏSMİ AÇIQLAMA
Çin hökuməti çətin dövrlərə hazırlaşır
Ən çox çəki artıran qidalar hansılardır?
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Azərbaycanda ərzaq qıtlığı yarana bilər? - RƏSMİ AÇIQLAMA + VİDEO
Kriştianu Ronaldu: "Qələbəyə layiq deyildik"
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Samsung bükük batareya göstərdi
Xoruldamaqdan necə xilas olmalı?
Onlar da AYRILDILAR-FOTO
Şokoladlı kürələr (foto resept)
İlham Əliyev Qələbə paradında
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
“Vor-zakon”lar İrəvana gedir
Hamamında gizli kamera tapdı və...
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Ronaldu iki həftə karantində qalacaq
- ŞƏRHLƏR