Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

Fatma xanım

     Qorxduğum anlar lap çox olub, amma ən çox qorduğum: Bir dəfə qızımı uşaq arabasında aparırdım,  tramvay yolunu keçəndə bilmirəm necə oldusa uşaq yıxıldı. O vaxt da tramvay elə sürətlə gəlirdi ki, az qala uşaq altında qalacaqdı. Bir kişi  tez uşağı çəkdi. O qədər qorxmuşdum ki, hələ də yadıma düşəndə o anı yaşayırmış kimi oluram. Bir də zəlzələdə çox qorxmuşdum. Evdə tək idim. Əslində zəlzələdən qorxmadım, qonşuların qışqırtısından qorxdum. Allah o anları birdə bizlərə yaşatmasın.

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

Tutu 

    Çox fikirləşdim ən qorxdugum an hansıdır, dəhşətli bir şey tapmadım, buna çox sevindim. Allahım hər zaman məni qoruyub. Uşaqlığımda ən qorxduğum hadisəni xatırladım, istədim bunu bölüşüm sizlərlə: Köhnə evimizdə yaşayan vaxt, qonşuluqda 1 qadin rəhmətə getdi. Uşaq idim, cənazə gedəndə gördüm. Ondan sonra uşaqlar başladı ruhlardan danışmağa, onda da yay vaxtıydı, hər kəs həyətdə idi. Rəfiqəmlə bizə çıxdıq, əlimizi yumaq üçün hamama keçdik, birdən evdən taqqıltı gəldi. İndi qızla ağlayırıq ki, o arvadin ruhu gəldi, bizi aparacaq. İnanın, qorxumuzdan 3 saat hamamdan çıxmamışdıq. Sonra anam gəldi, qorxumuz keçdi. Bəzən rəfiqəmlə o hadisəni xatırlayıb gülürük. Doğurdan da uşaq ki, uşaq...

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

xeyale  

    Mənim həyatda ən çox qorxduğum şey sevdiklərimi itirməkdir. Əgər eşitsəm ki, kiməsə nəsə olub, özümə gələ bilmirəm. 5-6 il əvvəl yoldaşım maşınla başqa bir maşına toqquşmuşdu. Maşını bir neçe dəfə fırladib kənara çıxmışdı, yoldaşımın alnı əzilmişdi, ayaqları gömgöy olmuşdu. Allahıma çox şükürlər olsun ki, ciddi qəza olmamışdı və yoldaşım ağır zədələr almamışdı. Amma çox qorxmuşduq. Allahıma onu mənə bağışladığı üçün çox şükr etdim. Bir qorxduğum hadisə də bir neçə ay bundan qabaq oldu. Evliliyimin 8-ci ilində 1-ci dəfə idi ki, uşağa qalmışdım, amma boruda inkişafdan qaldı. Bir gün məni sancı tutdu. Elə bilmişdik ki, boru artıq zədələndi, əməliyyatla borunu götürməyə diaqnoz qoydular. Mənim qorxum əməliyyat deyildi. Düşünürdüm ki, 8 ildə iki boruyla hamilə qala bilmirdimsə, bir boruyla heç qala bilməyəcəm. Amma yenədə Allahım möcüzəsini göstərdi, əməliyyata ehtiyac olmadı, müalicəylə boru təmizləndi. Bax belə, bu da mənim həyatımda ən çox qorxduğum hadisələr...

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

duygu  

     Bu il, 2012- ci ilin İyul ayı idi. Gün dəqiq yadımda deyil, axşamüstü saat 7-8 olardı, çimərlikdə idik. Birdən bir qışqırıq gəldi. Çox qorxduq hamımız. Bir uşağın anası suyun içinə girib qışqırıb uşağını çağırırdı. Sən demə bunlar neçə ailə dənizə gəlib. Başları söhbətə qarışıb uşaqlar yaddan çıxıb. Ana qızım hardadı deyəndə bir dənə uşaq deyib dənizdə idi. Ana da elə bilib uşağı suda batıb. Ona görə ana hardasa 15 dəqiqə suda necə qışqırıb, necə ağlıyırdı, qızını çağırırdı. Az qala ana dəli olsun. Həmin an çox pis idim, hətta ağlıyırdım. Nəinki mən, ətrafdakı adamlar da. İçimdən ALLAHA yalvarırdım uşaq tapılsın, ana balasız qalmasın. Dənizdəki bütün adamlar bir-birinə qarışmışdı. Birdən xəbər gəldi ki, uşaq burdadır. Sən demə uşaq oynaya-oynaya uzaqlara gedib çıxıbmış. Anası qızını görəndə necə sevindi... Həmin gün çox qorxmuşdum..

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

♫♫♫DJ AyKa♫♫♫

Canım mənim, mənim həyatda o qədər qorxulu anlarım olmayıb. Özüm də qorxaq qız deyiləm. Sən mənə qorxulu anlarını yaz dedikdə çox düşündüm ki, nə yazım? Ağlıma bir şey gəldi nəhayət ki. smile Bir dəfə hardasa 2010-cu ilin sentiyabr ayı idi. Çox yağış yağmışdı. Sonra hava açıldı gün çıxdı. Eşitdik ki, sel gəlir. Artıq digər küçələri su basmışdı, amma, hələ bizi tərəfə gəlməmişdi. Çox qorxdum. Elə bildim ki, sel gəlib bizi öldürəcək. Hər şeyi yuyub aparacaq. Amma, şükür olsun ki elə olmadı. Düzdür, bizim küçəmizə də gəldi sel. Amma, qardaşım və indiki nişanlım qapımızın ağzını qumla doldurdular ki, su keçməsin. Bizim evimizə su gəlmədi onların sayəsində. Bir tərəfdən qorxurdum, bir tərəfdən də sevinirdim. Bilirsən niyə? Sevinirdim ki, sevgilim yanımdadı,  qoymaz mənə nəsə olsun. Amma, bir tərəfdən də qorxurdum ki, sel onu məndən alıb aparar. Uşaqlıq düşüncələridir də. Düzdür, elə indi də qorxuram ki, ona nəsə olar. Amma, həyatda heç bir qorxum onu itirmək qorxumdan üstün deyil. Ən çox onu itirməkdən qorxuram. Çünki, onu çox sevirəm...!

Gozellik ilahesi  
     Üzbəüz qonşumuz rus idi. Evdə çoxlu itləri vardı. İtlərdən ikisi vəhşi idi. Adamı tutsa, o adamdan əsər-əlamət qalmazdı. Bir gün günorta bu rus qadın qapımızı döydü və məndən ATS-ə zəng etməyimi xahiş etdi. Mən də "aha, yaxşı, zəng edən kimi sizə xəbər edəcəm" dedim. ATS-ə zəng edəndan sonra getdim onlara ki, bu haqda məlumat verəm. Öz evimizdən çıxanda arxamca qapını örtdüm. Bizdə də elə qapı idi ki, örtüləndə içəridən açmaq mümkün idi. Elə bil ürəyimə nəsə dammış kimi, zəngi basıb bizimkilərə "qapını örtməyin" dedim. Nə yaxşı da ki, dedim. Sonra qonşunun qapısını döydüm. Bu rus qadın çıxdı. Anidən bunlarda vəhşi itlərin olduğu bir anlıq ağlımdan çıxdı. Buna rahat-rahat telefonunun niyə işləmədiyi haqda danışarkən qəfildən o vəhşi qara itin otaqdan qapının ağzına sürətlə mənim üstümə gəldiyi hələ də ağlımdan çıxmır. Sonradan açdırdığım o qapıdan içəri keçib qapını cəld örtdüyümü düşünəndə məəttəl qalıram - necə də özümü itirmədən bunu bacardım. Amma onu da deyim ki, içəri keçəndən sonra qorxudan ölmüşdüm az qala, tir-tir əsirdim. Bir neçə gün susqunluq məni öz ağuşuna almışdı. Sonra hər şey yaxşı oldu. O gündən sonra dərsə gedəndə gözlükdən baxıb, sonra da blokdan ildırım sürəti ilə çıxırdım. Hər o anı yadıma salanda, nə yaxşı ki, mən ikinci dəfə zəngi basıb evimizin qapısını açdırdım deyə şükr edirəm Allahıma. Bu mənim həyatımda ən qorxulu anımdır. İnanlmaz sarsılmışdım.... Hər düşündükcə dünya başıma fırlanır.
Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)
ஜUnique Womanஜ 
     Qorxu hissi hamıda var. Baxır hansı hərəkətlərdən, atdığın hansı addımdan, bildiyin hansı səhvlərdən qorxursan. Mən ən çoxu samalyotdan qorxuram, hər dəfə samalyota minəndə elə bilirəm ölümümə gedirəm. İlanlardan, həşəratlardan, kənd yerində gecə həyətə düşməkdəndə qorxuram. Elə bilirəm kimsə mənə ağacların dibindən baxır. Elə olur ki, yuxularımda da çox qorxuram, saatlarla özümə gələ bilmirəm. İnsan nədən qorxursa gərək ona doğru getsin ki, içindəki qorxunu öldürsün. Hər kəsdə olduğu kimi yaxınlarımı itirməkdən, tənhalıqdan, umidin sınmağından və s. pis hadisələrdən qorxuram.
Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

Nilla A

     Həyatda üç şeydən qorxuram. Birincisi ALLAH qorxusudur, həmişə çalışıram ki, ALLAHın layiqli qulu olam. İkinci qorxum sevdiklərimi itirmək qorxusudur, bunu elə təsəvvür eləmək məni çox qorxudur. Üçüncü qorxum isə qaranlıq qorxusudur, uşaqlıqdan indiyə kimi qaranlıqdan çox qorxuram və heç vaxt qaranlıq otaqda yatmıram.

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)
MELEYIM

     Mənim həyatda çox qorxduğum olmamışdı ta ki, keçən il iyunun 23 -nə kimi. Əmimoğlunun ölüm xəbərini ilk mən eşitdim. Yazmaqla keçirdiyim qorxunu, dəhşətli anı çatdırmaq mümkün deyil. Biz əmioğluyla süd bacı-qardaşı idik, bir yerdə, bir evdə böyümüşdük. Həmin gün də gözləyirdik ki, evə gəlsin qonaq gedəcəkdik. Amma evə zəng gəldi,  Samirin başına iş gəlib,  təcili gəlin dedilər. Qorxmayın yüngül bir işdir.  Amma dənizdə də insanın başına nə iş gələ bilər batmaqdan başqa? Dünya başımıza dağıldı. Telefonu da mən götürmüşdüm, ilk mən eşitdim, çox qorxdum, dua etdim ki, İnşallah dedikləri kimi olsun. Telefonu ona vermələrini xahiş etdik, verməmələrindən, sözü dəyişmələrindən artıq hər şey məlum oldu. Özünü sağ-salamat gözləyirdik ki, gəlsin gedək, amma ölmüş halda gəldi. Allah heç kimə belə qorxu, belə hadisə yaşatmasın. İlinə az qalıb, artıq elə bilirik ki, əsgərdədi gələcək yenə.  Keçən il aprelin 1- i əsgərlikdən gəlmişdi. Allah rəhmət etsin, qardaşımın yeri cənnətlik olsun, Allah bizə də çox səbr versin. Allah heç bir ana-ataya övlad dərdi çəkdirməsin, Amin. Mənə də bir daha belə qorxu yaşatmasın Allah.

Qadin.Netlilərin qorxu dolu anları (IV hissə)

Leyla

     Kənd yerində yaşadığımız üçün təbii ki, bizdə həyət evi idi. Heç vaxt yadımdan çıxmaz. Nişanli idim və kollecdə də 2-ci növbədə oxuyudum. Payız vaxtı saat 7, hava da çoxdan qaralmışdı. Həmin gün də yoldaşımın qohumlari bizə qonaq gəlib. Dayanacaq evimizə uzaq olduğundan, həmişə məni qarşılamağa kimsə gəlirdi (ailə üzüvlərimdən). Həmin gün evdə çoxlu qonaq olduğu üçün, heç kim məni qarşılamadı. Evə çatmağa az qalmışdı, birdən qapımıza yaxın kiminsə dayandığını gördüm. Hava çox qaranlıq olduğundan seçə bilmədim. Atamı- anamı, qardaşımı çağırdım, səs verən olmadı. Həyətimizdə o qədər adam var ki, səs-küydən heç kim səsimi eşitmir. Yavaş -yavaş əyilib yerdən daş yığmağa başladım. Bir neçəsini həyətə atdım, yenə səs verən olmadı. Qorxudan az qala dəli olacaqdım, həm titrəyirəm, həm də qorxudan bədənimə istilik gəlir. Yenə başladım həyətə daş atmağa, birdən qardaşım məni çağırdı: "Ay bacı, gəl də evə, sən bayaqdan orda neyləyirsən e". İnanın, mən qardaşımı həmin an boğmaq istəyirdim. Bu vaxta qədər ən çox qorxduğum həmin gün olub.

Səslərin sayı: 5
29
4902
loading...
Şərhlər
Offline
Elvira Melek
Maraqlı xəbərdi
12 iyul 2014 19:25
Offline
Rzayeva Guler
Qorxu cox pis seydi
10 sentyabr 2013 19:21
Offline
Niko_F
duygu -nun denizdeki uwaq hekayesine cox pis oldum ,aglamaq isteyireeeeem dash
28 iyul 2013 22:35
Offline
suleymanova feride
Men her seyden qorxuram
28 iyul 2013 22:20
Offline
Yağmur damlası
Hamisini oxudum,bezileri hec qorxmamis buna sevindim,amma Meleyim adli istifadecinin qorxusu meni sarsitdi,Allah rehmet elesin gulum,valideynlerine sebr versin.
canim cox sag ol xeber ucun.
27 iyul 2013 10:46
Offline
nemiw:)
qizlar burda profilde wekili nece deyiwirler??
23 iyul 2013 11:03
Offline
v.faya
ALLAH hec kese qorxulu anlar yasatmasin.heyatda qorxulu anlarim oqederdikiii recourse mende qizim anadan olanda 1 il ancaq onu itirmekden qorxurdum helede qorxuram,herden onu bu dunyada tek qoymaqdanda pis insanlarin onu uzmeyinden qorxuram,insan gec tapdigini tez itirmekden qorxur,amma ALLAHdan birce isdeyim qizimin qelbini incitmeye hec kese imkan vermesin.AMIN
17 iyul 2013 16:29
Offline
Nigar
Allah hec kimi yaxinlarni itirmek qorxusu yawatmasin amin
16 iyul 2013 23:59
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Shokolad Tvix(Evli)
Meleyim canim oxudum yene aglatdin meni onsuz bu aralar cox kovreyem...Allah rehmet elesin baci!Yeri cennet olsun!
16 iyul 2013 01:29
Offline
Seli
,
cildaqa gedende samaylotla gedeceysenmi

Bakida gedeceyime gore burdan ora samalyotla getmeliyem. Yoxsa seninde getmek fikrin var?
15 iyul 2013 23:33
Offline
Almaz S.
Həmişəki kimi maraqla oxudum bu xəbəri.
Mələyim Allah rəhmət etsin.
Leyla Allah güldürsün sizi winked
Gözəllik İlahəsi winked
15 iyul 2013 23:15
Offline
Xeyale Yariyeva
Hal hazirda sevdiyim insani itirmekden cox qorxuram.Qurban olum Allaha,birce balam saglam olsun hec ne istemirem bawqa
15 iyul 2013 22:43
Offline
Рояна Акперова
o qadar qorxulu anlarim olub....... cray
15 iyul 2013 21:57
Offline
heqiqet.hebibova
ALLAH bir de o qorxulari yasatmasin menim de qorxum usaq iken anami itirdiyim zaman olub ele bil heyat dayanmisdi duzdur sonra qurban olduqum oz sebrinden bizlere ete edir ALLAH qorxusu butun qorxulardan ustundur menim ucun
15 iyul 2013 21:25
Offline
toma676
Seli,cildaqa gedende samaylotla gedeceysenmi
Seli,

mene ele gelirki men hecneden qorxa bilmerem
15 iyul 2013 20:01
Offline
aygun
oxudum cox maragli idi mende qorxdugun anlar olub .........en cox allahdan sonra yaxinlarimi itirmekden qorxuram
15 iyul 2013 19:58
Offline
cicek
oxudum maraqli idi
15 iyul 2013 19:05
Offline
MUSTI HM
MARAQLIDI... winked winked winked
15 iyul 2013 18:39
Offline
Zekiyye Hummetova
Her kesde oldugu kimi mende de qorxu var qaranliqdan, tek qalmaqdan, yaxinlarimi itirmekden cox qorxuram. Qorxularimin sebebini bilmirem anlamiram.
Birdeki qorxulu kinolara baxmagi sevirem iw orasindadi ki baxandan sonra nece ay ozume gele bilmirem.
Hamileliyimin 8ci ayindayam ve boyuklerden uzr isteyirem Doguwdanda cox qorxuram, yoldawima soz verdirmiwemki meni tek qoymasin :)
15 iyul 2013 18:37
Offline
meryem eliyeva
menim en qorxdugum hadise bu olub yeqinki kecen il oglum sudurga kecirdi olumden dondu evde de tek idim ve birinci defe idi bele birsey gorurdum ne qeder qorxdugumu belke heckese basa sala bilmerem bir allah biler onu ele bildim ki o artiq ......ne ise yadimda OLAN ve en cox qorxdugum hadisedir
15 iyul 2013 17:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!