
Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.
Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, "bütün aləmə" - Vətənə və dünyaya "yayda günəşi, qışda qarı bol olan", "ürəyinin bir parçası" adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının - həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin "dağ havası" ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə "çırpısı tətikdə, odunu dəmdə" olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?
Babamdan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.
Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, "şeirimizə təzə-təzə yollar" gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Əgər xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim yaşadığı dövrün sərt qanunları çərçivəsində daha çox zəfər yürüşlərindən, ümumi quruculuq rəşadətlərindən yazmağa məcbur idilərsə, Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin "Urəyimsiz kəlmə kəsən deyiləm" misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir. Bununla belə, müşahidələr göstərir ki, sərt zamanın diktə etdiyi ümumi təsvirlərdən və ideoloji yönlü tərənnümdən insan mənəviyyatının kəşfinə keçid senzor-naşir, müəllif-redaktor, oxucu-yazıçı münasibətlərini əhatə edən çətin mübarizələrdən sonra baş tutmuşdur:
Qaytardı redaktor lirik şeirimi,
Qaytardı: - Zavod yox, fəhlə yox,- deyə.
Zavoddan yazdığım kiçik şeirimi,
Oxudum bu axşam qonşum fəhləyə.
Fəhlə də qınağa tutdu ki məni,
Bəs hanı lirika, məhəbbət hanı?
Gəl indi inandır çap eləyəni,
Gəl indi sevindir sən oxuyanı.
Xalq şairi Məmməd Araz poeziyasında Vətən - ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri - "Azərbaycan - dünyam mənim" şeiri Məmməd Araza məxsusdur:
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
XX əsrin doxsanıncı illərində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da sanki körpə uşaq kimi Məmməd Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırmışdır. Xalq şairi Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeiri ölkəmizin müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
...Hanı sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə - qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir".
Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB
Riyazi məntiq - 12
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Əkizlər bürcü qadını
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Uşaqla alış-veriş etmənin qaydaları
Günün ulduz falı
"Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq"
20 yanvar Azərbaycanda qeyri-iş günüdür!
Demet Akalın yeni FOTOsu ilə diqqət çəkdi
Nazirlik mobil operatorları məhkəməyə verməkdə israrlıdır
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Düşmən gecə saatlarında qəbiristanlıqları hədəfə alıb - VİDEO
Qəribəlikdə sərhəd tanımayan trendlər
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Qeyri-adi fotoşop nümunələri
Xəz geyimlər
Öldürücü istilər GƏLİR - insanların 74 faizi...
Hava necə olacaq?
Hadise anasını belə təbrik etdi-FOTO
Alimlərə görə 4 tip yaşlanma var
Uzun və sağlam saçlar üçün
Qarın piyləri ilə mübarizə
Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi
Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Məşhur aktrisa övladı ilə-FOTO
Rayonlara qar yağacaq
Tramp yenidən prezidentliyə namizəd oldu
Rusiya vətəndaşlarına qadağa
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
1 həftəyə 3 kiloqram arıqladan su
İsti hava şəraiti nə vaxta kimi davam edəcək?
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
Dəstəmaz almış adam pişiyə əl vura bilərmi?
İnanılmaz makiyajlar
Günün ulduz falı
Cəbhədə nə baş verir?
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
HAVA necə olacaq?-8 Sentyabr
Qadınların günlük qəbul etməsi lazım olan qidalar
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Çağatay Ulusoy, Gizem Karaca HƏBS EDİLDİ - FOTO
Bu diktator lap ağını çıxardı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]