Fatma xanım
Qorxduğum anlar lap çox olub, amma ən çox qorduğum: Bir dəfə qızımı uşaq arabasında aparırdım, tramvay yolunu keçəndə bilmirəm necə oldusa uşaq yıxıldı. O vaxt da tramvay elə sürətlə gəlirdi ki, az qala uşaq altında qalacaqdı. Bir kişi tez uşağı çəkdi. O qədər qorxmuşdum ki, hələ də yadıma düşəndə o anı yaşayırmış kimi oluram. Bir də zəlzələdə çox qorxmuşdum. Evdə tək idim. Əslində zəlzələdən qorxmadım, qonşuların qışqırtısından qorxdum. Allah o anları birdə bizlərə yaşatmasın.
Tutu
Çox fikirləşdim ən qorxdugum an hansıdır, dəhşətli bir şey tapmadım, buna çox sevindim. Allahım hər zaman məni qoruyub. Uşaqlığımda ən qorxduğum hadisəni xatırladım, istədim bunu bölüşüm sizlərlə: Köhnə evimizdə yaşayan vaxt, qonşuluqda 1 qadin rəhmətə getdi. Uşaq idim, cənazə gedəndə gördüm. Ondan sonra uşaqlar başladı ruhlardan danışmağa, onda da yay vaxtıydı, hər kəs həyətdə idi. Rəfiqəmlə bizə çıxdıq, əlimizi yumaq üçün hamama keçdik, birdən evdən taqqıltı gəldi. İndi qızla ağlayırıq ki, o arvadin ruhu gəldi, bizi aparacaq. İnanın, qorxumuzdan 3 saat hamamdan çıxmamışdıq. Sonra anam gəldi, qorxumuz keçdi. Bəzən rəfiqəmlə o hadisəni xatırlayıb gülürük. Doğurdan da uşaq ki, uşaq...
Mənim həyatda ən çox qorxduğum şey sevdiklərimi itirməkdir. Əgər eşitsəm ki, kiməsə nəsə olub, özümə gələ bilmirəm. 5-6 il əvvəl yoldaşım maşınla başqa bir maşına toqquşmuşdu. Maşını bir neçe dəfə fırladib kənara çıxmışdı, yoldaşımın alnı əzilmişdi, ayaqları gömgöy olmuşdu. Allahıma çox şükürlər olsun ki, ciddi qəza olmamışdı və yoldaşım ağır zədələr almamışdı. Amma çox qorxmuşduq. Allahıma onu mənə bağışladığı üçün çox şükr etdim. Bir qorxduğum hadisə də bir neçə ay bundan qabaq oldu. Evliliyimin 8-ci ilində 1-ci dəfə idi ki, uşağa qalmışdım, amma boruda inkişafdan qaldı. Bir gün məni sancı tutdu. Elə bilmişdik ki, boru artıq zədələndi, əməliyyatla borunu götürməyə diaqnoz qoydular. Mənim qorxum əməliyyat deyildi. Düşünürdüm ki, 8 ildə iki boruyla hamilə qala bilmirdimsə, bir boruyla heç qala bilməyəcəm. Amma yenədə Allahım möcüzəsini göstərdi, əməliyyata ehtiyac olmadı, müalicəylə boru təmizləndi. Bax belə, bu da mənim həyatımda ən çox qorxduğum hadisələr...
duygu
Bu il, 2012- ci ilin İyul ayı idi. Gün dəqiq yadımda deyil, axşamüstü saat 7-8 olardı, çimərlikdə idik. Birdən bir qışqırıq gəldi. Çox qorxduq hamımız. Bir uşağın anası suyun içinə girib qışqırıb uşağını çağırırdı. Sən demə bunlar neçə ailə dənizə gəlib. Başları söhbətə qarışıb uşaqlar yaddan çıxıb. Ana qızım hardadı deyəndə bir dənə uşaq deyib dənizdə idi. Ana da elə bilib uşağı suda batıb. Ona görə ana hardasa 15 dəqiqə suda necə qışqırıb, necə ağlıyırdı, qızını çağırırdı. Az qala ana dəli olsun. Həmin an çox pis idim, hətta ağlıyırdım. Nəinki mən, ətrafdakı adamlar da. İçimdən ALLAHA yalvarırdım uşaq tapılsın, ana balasız qalmasın. Dənizdəki bütün adamlar bir-birinə qarışmışdı. Birdən xəbər gəldi ki, uşaq burdadır. Sən demə uşaq oynaya-oynaya uzaqlara gedib çıxıbmış. Anası qızını görəndə necə sevindi... Həmin gün çox qorxmuşdum..
в™«в™«в™«DJ AyKaв™«в™«в™«
Canım mənim, mənim həyatda o qədər qorxulu anlarım olmayıb. Özüm də qorxaq qız deyiləm. Sən mənə qorxulu anlarını yaz dedikdə çox düşündüm ki, nə yazım? Ağlıma bir şey gəldi nəhayət ki. Bir dəfə hardasa 2010-cu ilin sentiyabr ayı idi. Çox yağış yağmışdı. Sonra hava açıldı gün çıxdı. Eşitdik ki, sel gəlir. Artıq digər küçələri su basmışdı, amma, hələ bizi tərəfə gəlməmişdi. Çox qorxdum. Elə bildim ki, sel gəlib bizi öldürəcək. Hər şeyi yuyub aparacaq. Amma, şükür olsun ki elə olmadı. Düzdür, bizim küçəmizə də gəldi sel. Amma, qardaşım və indiki nişanlım qapımızın ağzını qumla doldurdular ki, su keçməsin. Bizim evimizə su gəlmədi onların sayəsində. Bir tərəfdən qorxurdum, bir tərəfdən də sevinirdim. Bilirsən niyə? Sevinirdim ki, sevgilim yanımdadı, qoymaz mənə nəsə olsun. Amma, bir tərəfdən də qorxurdum ki, sel onu məndən alıb aparar. Uşaqlıq düşüncələridir də. Düzdür, elə indi də qorxuram ki, ona nəsə olar. Amma, həyatda heç bir qorxum onu itirmək qorxumdan üstün deyil. Ən çox onu itirməkdən qorxuram. Çünki, onu çox sevirəm...!
Nilla A
Həyatda üç şeydən qorxuram. Birincisi ALLAH qorxusudur, həmişə çalışıram ki, ALLAHın layiqli qulu olam. İkinci qorxum sevdiklərimi itirmək qorxusudur, bunu elə təsəvvür eləmək məni çox qorxudur. Üçüncü qorxum isə qaranlıq qorxusudur, uşaqlıqdan indiyə kimi qaranlıqdan çox qorxuram və heç vaxt qaranlıq otaqda yatmıram.
MELEYIMMənim həyatda çox qorxduğum olmamışdı ta ki, keçən il iyunun 23 -nə kimi. Əmimoğlunun ölüm xəbərini ilk mən eşitdim. Yazmaqla keçirdiyim qorxunu, dəhşətli anı çatdırmaq mümkün deyil. Biz əmioğluyla süd bacı-qardaşı idik, bir yerdə, bir evdə böyümüşdük. Həmin gün də gözləyirdik ki, evə gəlsin qonaq gedəcəkdik. Amma evə zəng gəldi, Samirin başına iş gəlib, təcili gəlin dedilər. Qorxmayın yüngül bir işdir. Amma dənizdə də insanın başına nə iş gələ bilər batmaqdan başqa? Dünya başımıza dağıldı. Telefonu da mən götürmüşdüm, ilk mən eşitdim, çox qorxdum, dua etdim ki, İnşallah dedikləri kimi olsun. Telefonu ona vermələrini xahiş etdik, verməmələrindən, sözü dəyişmələrindən artıq hər şey məlum oldu. Özünü sağ-salamat gözləyirdik ki, gəlsin gedək, amma ölmüş halda gəldi. Allah heç kimə belə qorxu, belə hadisə yaşatmasın. İlinə az qalıb, artıq elə bilirik ki, əsgərdədi gələcək yenə. Keçən il aprelin 1- i əsgərlikdən gəlmişdi. Allah rəhmət etsin, qardaşımın yeri cənnətlik olsun, Allah bizə də çox səbr versin. Allah heç bir ana-ataya övlad dərdi çəkdirməsin, Amin. Mənə də bir daha belə qorxu yaşatmasın Allah.
Leyla
Kənd yerində yaşadığımız üçün təbii ki, bizdə həyət evi idi. Heç vaxt yadımdan çıxmaz. Nişanli idim və kollecdə də 2-ci növbədə oxuyudum. Payız vaxtı saat 7, hava da çoxdan qaralmışdı. Həmin gün də yoldaşımın qohumlari bizə qonaq gəlib. Dayanacaq evimizə uzaq olduğundan, həmişə məni qarşılamağa kimsə gəlirdi (ailə üzüvlərimdən). Həmin gün evdə çoxlu qonaq olduğu üçün, heç kim məni qarşılamadı. Evə çatmağa az qalmışdı, birdən qapımıza yaxın kiminsə dayandığını gördüm. Hava çox qaranlıq olduğundan seçə bilmədim. Atamı- anamı, qardaşımı çağırdım, səs verən olmadı. Həyətimizdə o qədər adam var ki, səs-küydən heç kim səsimi eşitmir. Yavaş -yavaş əyilib yerdən daş yığmağa başladım. Bir neçəsini həyətə atdım, yenə səs verən olmadı. Qorxudan az qala dəli olacaqdım, həm titrəyirəm, həm də qorxudan bədənimə istilik gəlir. Yenə başladım həyətə daş atmağa, birdən qardaşım məni çağırdı: "Ay bacı, gəl də evə, sən bayaqdan orda neyləyirsən e". İnanın, mən qardaşımı həmin an boğmaq istəyirdim. Bu vaxta qədər ən çox qorxduğum həmin gün olub.
XƏBƏR LENTİ
Bir rəqəmi səhv yazdı deyə var-dövləti əlindən çıxdı
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib
Uşaqların immunitetini gücləndirmək üçün
Azərbaycanda yeni yol çəkilir
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
Evim, evim gözəl evim!
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
ABŞ-dan Qarabağ çağırışı
Zəncəfilli sağlamlıq şirəsi (foto resept)
Toyları saxta çıxdı
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
İdman edin!
Tərəvəzli taco (foto resept)
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Çimərlikdəki möcüzədən xəbəriniz varmı?
Təhsil naziri: “Bərdədə həlak olan Şahmalı məcburi köçkün məktəbinin şagirdi idi”
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
HAVA necə olacaq?
Prezident İlham Əliyev dövlət qulluqçuları ilə bağlı fərman verdi
2-ci sinif üçün belə dərslik olarmı?
Onlar da nişanlandılar-FOTO
Saç tökülməsinin qarşısını alan qatıq maskası
Sözlərimiz və nəsihətlərimiz övladlarımıza necə təsir edə bilər?
Eda Taşpınarın FOTOsu səs-küy yaratdı
Luvr muzeyinə səyahət
Gürcüstan müsəlmanları telekanal açdı
Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır
TQDK-dan dərsliklərdəki mübahisəli məsələlərlə bağlı AÇIQLAMA
Bizim üçün xoş xəbər
Koronavirusun ikinci dalğası nə zaman başlayacaq?
Hava haqqında
Cazibədar görünməyin 7 yolu-dikdaban geyinməyin...
Davudoğlu şərt qoydu
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı
Həyatınızı paylaşmağa hazırsınızmı?
Məşhur cütlük koronavirusla mübarizəyə 1 milyon bağışladı
Zəmanə neyləsin?
Kral ailəsinin SİRRİ AÇILDI
Avtomobilində kondisioneri olmayanlar: xəbəriniz olsun
İki məşhur sevgili oldu?-FOTO
Kitab fərqli dünyalara açılan qapıdır!
"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq
Amerikalı alimlərdən qeyri-adi ixtira - VİDEO
Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Bu qidalar sayəsində dəriniz qurumayacaq və daha gec qırışacaq
Müəllimlər İnstitutunun saxta diplomu tapıldı
Gəlinlik ayaqqabıları
Məktəbli geyimlərini hardan alaq?
- ŞƏRHLƏR