Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.
Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.
Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.
Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.
Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.
Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.
Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.
Hər birinizin Novruz bayramını təbrik edirəm!!!
XƏBƏR LENTİ
Azərbaycanda 17 mindən çox nömrə daşınıb
Azərbaycanda ev tikməyin çətinlikləri
İnsanı tanımağın ən rahat yolu...
Bananlı tort (foto resept)
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
"Eurovision 2019"un qalibi bəlli oldu
HAVA necə olacaq?- 27 MART
Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?
Qaydaları pozan məktəblərlə bağlı nazirdən AÇIQLAMA
20 Yanvar faciəsinin görünməyən tərəfləri
Bir gündə 4 milyard qazandı-FOTO
Südlü biskivit (foto resept)
“Harri Potter”in ulduzu ilk dəfə ata olacaq
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Dünyada ən qiymətli şey vaxtdır
Qlobal istiləşmənin günahkarları tapıldı
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Yulaflı peçenye (foto resept)
Uşaqlara xoş xəbər
Həqiqi yoxsa saxta bal ?
Quru dərilər üçün effektli maskalar
Hadise efirdə ağladı-FOTO
Olqa Buzova 120 milyonluq ev aldı
Azərbaycanda pullu təhsil ləğv olunmur
Ən güclü Mercedes S-Class göstərildi
Gözəl gəlinliklər
Milyonlar onunla vidalaşır
Rus Dili dərs-20
Yay vaxtına keçid bizə nə verir?
Qara donla makiyaj necə olmalıdır?
Göygölün 5 küçəsi qoruğa çevrilir
Bu il Azərbaycana xarici ölkələrdən yeni damazlıq düyələr gətiriləcək
Halal və haram buyrulmuş yeməklər
Ziyafət Əsgərov: "NATO baş katibinin müavini dedi ki, heç bir halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz"
Xallı keks(foto resept)
Günün qoroskopu: Qətiyyətli olun!
Saç dərisi baxımı üçün 3 tövsiyə
Dünyanın ən uğursuz idman geyimləri
"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı Rəsmi Açıqlama
ABŞ Dövlət Departamentinin səhifəsi 15 yaşlı azərbaycanlının fotosunu paylaşdı
Vladimir Putin Biryulevo rayonunda baş verənlərə münasibət bildirdi
Qeyri-adi fotosessiyalar
Barak Obama Santa Klaus oldu - FOTO
Ətrin saxta olduğunu necə müəyyən edək?
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
"Evlilik mənlik deyil" deyə düşünənlər
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
Baldız - cuvalduz...
- ŞƏRHLƏR