Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.
Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.
Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.
Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.
Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.
Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.
Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.
Hər birinizin Novruz bayramını təbrik edirəm!!!
XƏBƏR LENTİ
Stress saçları niyə ağardır?
Hazal Kayanın yeni tərzi-FOTO
27 il Şuşasız...
Çox az insanın dinlədiyi gizli müəllim
İrəvana sillə kimi cavab
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Ingilis Dili-XXII Dərs
Aromaterapiya yağları və onların faydaları
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Facebook-a daxil olanlar gözlərinə inanmadılar
Saatınız xarakterinizdən xəbər verir
Boşanmanın uşaqlar üzərində təsirləri
Qəbul imtahanlarının vaxtları dəyişdi
"Ağıllı ayaqqabılar" satılacaq
Facebook videoreklamlara başlayır
Nar salatı (foto resept)
Xoşbəxtlik ətrafımızdadır
Anjelina Coli boşandıqdan sonra...
Noxudlu burger (foto resept)
Uzun illər qıtlıq gözlənilir
Qorxularımdan qorxuram
Sarıkök maskası
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Özünü uğura necə kökləyə bilərsən?
Peyvənd problemi
Məşhur atalar və uşaqları
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Günün ulduz falı - 12.03.2014
Toyuqlu boxça (foto-resept)
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Məşhur aktrisanı tanımaq mümkün olmadı - FOTO
Yeməkdən sonra edilən səhvlər
Heydər Əliyev Mərkəzində sərginin açılışında Leyla Əliyeva iştirak edib
Meyvələrdən ilham alan sənətkar
"Ölüm körpüsü"nə çarə tapdılar
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur
Qreq Murreyin əyləncəli fotoları
Bu ölkə eboladan xilas oldu
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
Mineralların xeyri
Bu model görənləri heyrətə gətirir - FOTO
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Zövqlü ziyafət nümunələri
Prezident: “Düşmən Azərbaycan ordusuna davam gətirə bilmir”
Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA
Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”
- ŞƏRHLƏR