Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.
Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.
Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.
Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.
Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.
Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.
Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.
Hər birinizin Novruz bayramını təbrik edirəm!!!
XƏBƏR LENTİ
Ata Demirer evlənir!-FOTO
15 yaşlı qızın yaşadıqları hər kəsi kövrəltdi-FOTO
Mars torpağı Yerdə analiz ediləcək
Alexa Chungın dəbli donları
Azərbaycan tarixindən yüz şəxsiyyət-53
Koronavirusa görə kimlər birdəfəlik ödəmə alacaq? - Nazirlikdən AÇIQLAMA
Köçəri və çöl quşlarının ovlanması, satışı qəti qadağandır
Cəsarətli xanımlar üçün yeni şalvar modeli satışa çıxarıldı-FOTO
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Pensiyaçılara ŞAD XƏBƏR
Möhtəşəm valideynlər
Elə et ki, üzr istəsin...
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Xəbər hazırlanması ilə bağlı tövsiyyələr
Leonardonun adası hər kəsi təəccübləndirdi
Röya Ayxan: "Kişi üçün bu bəsdir"
Kəpənək formalı üzüklər
Poçtda zibil artır
Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!
Şənbə günü hansı şəxslərin xəstəxanaya gedə biləcəyi açıqlandı - RƏSMİ
Ronaldu hönkür-hönkür ağladı
İlk dəfə onunla FOTOsunu paylaşdı
Gözəlləşdirən kartof nişastası
Gənclər üçün otaq seçimi
Aleyna Tilki məhkəməlik oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Kendal gündəlik gəlirini AÇIQLADI
Köhnə paltarlarınızı atmayın!
Başabəla vitamin
Bu gündən sosial müavinətlərin məbləği artır
Bunları tozsoranla təmizləməyin
İpotekanın bərpa olunacağı vaxt MƏLUM OLDU
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Sodanın faydaları
Qətər Gimnastika Federasiyası: "Azərbaycan gimnastika sahəsində yüksəkdə dayanacaq"
7 nəfər imtahandan xaric olundu
Dünyadakı 10 müqəddəs yer
Qazın limiti yanvarın 1-dən etibarən...
Baş nazirin müavini Uşaq Pulunun verilməsindən DANIŞDI
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Dünyanın ən görməmiş boksçusu
Məryəm Üzərlidən fərqli FOTO
Nazirlikdən internetlə bağlı təklif
Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı AÇIQLAMA
Yeni metro stansiyaları
Azərbaycanda meşələr niyə yanır?
Təhlükəli virus yayılır
Məhəmməd peyğəmbəri təhqir edən prodüserdən növbəti şok addım
Cəhənnəmə daxil olmağın əsas səbəbi
Nazirlik həyəcan təbili çaldı
- ŞƏRHLƏR