Dünyanın meqopolis şəhərlərində metro əsəs nəqliyyat vasitəsi hesab olunur. Əhalinin şəhərlərə axışması cəmiyyətdə müxtəlif problemlər yaratmaqla yanaşı, paytaxtlarda avtomobillərin sayının artmasına da səbəb olur. Bu, böyük tıxacların baş verməsinə, nəqliyyatın hərəkətini iflic vəziyyətə salınmasına şərait yaradır. Məhz bu problemlərin aradan qaldırılması üçün yeraltı xətlərin çəkilişi, metrostansiyaların tikintisi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi ilə bağlı görülən işlər əhəmiyyətli dərəcədə çoxdur və bunlar təqdirəlayiqdir. Bəzən nəzərdə tutulan layihələrin icrasının yubadılması sakinlər tərəfindən birmənalı qarşılanmır. Çünki onların səbirsizliklə gözlədiyi yeniliklərin vaxtında baş verməməsi müxtəlif fikirlərə yol açır. Məsələn, ötən illərdə elan olunduğu kimi, "Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılması üzrə layihə 2014-cü ilin sonlarında təhvil verilməli idi. Lakin, bu, reallaşdırılmadı. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bunun səbəblərinə və yeni yeraltı xətlərdə aparılan təmir işlərinə aydınlıq gətirib.O deyib ki, "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istifadəyə verilməsi üzrə əsas tikinti işləri qrafika uyğun gedir. Metro tikintisi o qədər də asan iş deyil. Amma bu layihənin icrası ilə bağlı yubanma qeydə alınmayıb. İşlər demək olar ki, başa çatıb. Hazırda xarici ölkə mütəxəssislərinin iştirakı ilə zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır. On iki stansiyadan ibarət olacaq "bənövşəyi" xəttinin tikintisi üzrə işlər plana uyğun davam edir. Stansiyaların ən tezi bu ilin ilk yarısında, ən geci isə 2015-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır. Ekspertlərin fikrincə, paytaxtda nəqliyyat sektorunda yaranan gərginliyin aradan qaldırılmasında metronun əvəzsiz rolu var. Ona görə də bu sahənin tikintisinin genişləndirilməsi məqsədəuyğundur və dövlət bu sahəyə xüsusi diqqət yetirir. Məsələn, "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının istifadəyə verilməsi bir çox problemlərin həllinə yol açacaq, insanların vaxtında mənzil başına çatmasına şərait yaradacaq. N.Paşayev "28 May" metro stansiyasının girişinin istifadəyə verilməsi ilə bağlı da danışıb. Onun sözlərinə görə, hazırda həmin ərazidə kompleks tədbirlər görülür: "Bu layihə 3 ildən sonra mümkün olacaq. Metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb. İşlər ümumilikdə 36 ay ərzində həyata keçiriləcək. İki böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 may” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq.”O diqqətə çatdırıb ki, "28 may" stansiyası həmin müddətdə 5 həftə bağlı qalacaq.
Xatırladaq ki, Bakı Metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xəttdən, 23 işləyən və üç tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən çox olan beş tipli 39 eskalator işə salınıb. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınıb, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Daşınan sərnişinlərin sayına görə Bakı Metropoliteni dünyada 41-ci yeri tutur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR