Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.
Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.
Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.
Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.
Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.
Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.
Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.
Hər birinizin Novruz bayramını təbrik edirəm!!!
XƏBƏR LENTİ
Bu şagirdlər qəbul imtahanından azad olacaq-FOTO
Koronavirusun səthdə qalma müddəti 10 dəqiqəyə qədər artıb
Sabah QAZ OLMAYACAQ!
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Ən böyük şar yığını
Murad Dalkılıç və Hande Erçelin görüntüləri izləyiciləri sevindirdi-VİDEO
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
"Balıqqulağı" qəlyanaltısı (foto resept)
Dünyada İLK - Siçan Virusu
Türkiyədən Avstriyanın qərarına etiraz: səfir geri çağırıldı
Müğənni Hadisenin yeni klipi trend oldu-VİDEO
Vermeşilli kotlet
65 il sonra qovuşdular
Stress qırığı nədir?
İlklərin təbəssümü
Məşhur müğənni şalvarı ilə diqqət çəkdi-FOTO
Müqəddəs Kəbə Həccə hazırlanır
Yanan binadan köç başladı
Provans salatı (foto resept)
Azərbaycan dili - VIII dərs
Günün qoroskopu: Bədxərclik etməyin!
Uşaqlarla düzgün ünsiyyət qurmaq üçün tövsiyələr
Sinan Akçıl yoldaşının gəlinliyindən DANIŞDI
"Yuxu xəstəliyi"nə tutulmuş kənd sakinləri köçürüləcək
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Xaçmazda zəlzələ baş verib
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
Hava haqqında
Yann Tiersen
İtalyan Omleti - Frittata (foto-resepti)
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Yeni tədris ilində dərslər necə təşkil olunacaq? - VİDEO
4 həssas nöqtəyə 4 həssas qulluq
Kələm turşusu (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-14 Oktyabr
31 oktyabr tarixdə bu gün
Ermənistan və İran arasında vizasız səfərlərin tətbiqinə başlandı
Məşhur aktyor karantindən sonra ilk dəfə-FOTO
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Qadınların 44%-də olan xəstəlik
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
Şeyma Subaşı və Fransız DJ-in VİDEOSU
Geyim seçərkən etdiyimiz səhvlər
Dünya tarixində ən varlı adamının adı açıqlandı
Süd verən anaların qidalanması
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
İki gün qar uçqunu altında qalan uşaqlar xilas edildi-FOTO
669 bal topladı, universitetə qəbul ola bilmədi
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib
- ŞƏRHLƏR