Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - torpaq çərşənbəsidir.
Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
Qədim el adətlərinə və inanclarına görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.
Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Qeyd edək ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib ki, bu il yaz fəsli ölkəyə martın 20-də saat 20:15:30-da gələcək.
X.Mikaylovun sözlərinə görə, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur.
X.Mikayılov bildirib ki, Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycana gələn şəxslərə müraciət edildi
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
Bəyin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Geyim kombinasiyaları
Romanı ayaqyalın fəth edən afrikalı(2)
Balıq iyi verdiyi üçün hər kəs ondan üz çevirir - FOTO
Cəfəri maskası
Qısqanclıqla mübarizə üçün bəzi məsləhətlər
Evdə ət bulyonu (foto-resept)
Bekhem Seriala Çəkildi - FOTO
Günün qoroskopu: intuisiyanız iti olmalıdır
Ardıcıl iki dəfə karantini pozan turist yarım milyon dollar cərimə ödəməli olacaq
Rəssamın sevgi dolu rəsmləri
Övladınızın dahiliyini göstərən 7 cəhət
Günün ulduz falı
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Evlilik həyatında cinsi münasibətlər
Ekspress xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək - RƏSMİ
Saç mezoterapiyası
Sürücülərə pis xəbər
Onlar tənhadırlar...
Evlilik təklifi faciə ilə nəticələndi - FOTO
Azərbaycanda səhiyyə müəssisələrindəki boş qalan həkim yerləri elan edilib
Olqa Buzova 120 milyonluq ev aldı
Sabah Qaz Olmayacaq!
Moldova millisi Putinin cavabını verdi
Vitaminlər
Bəzi abituriyentlərin nəticələri ləğv edildi-SƏBƏB
Günün ulduz falı - 17.01.2014
Buddadan 14 dərs
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Tərəvəzli qış şorbası (foto resept)
Almalı - qarağatlı piroq (foto resept)
Meryem Üzerlidən sevgi açıqlaması
Öldükdən sonra da pul qazanan ulduzlar-SİYAHI
Sadəliyi ilə seçilən MİLYONER qız-FOTO
Məşhur cütlük yenə susdu-FOTO
Kuril adaları yaxınlığında zəlzələ olub
Embrionlar diabetə qarşı
Zukerberq və Qeyts pandemiya ilə mübarizəyə 25 milyon dollar ayıracaqlar
Üz dərisi üçün gimnastika
Məşhur aktrisa 21 il sonra məzunu oldu
Pilot sükan arxasında yatdı
Gənclər şəhərciyi layihəsi dayandırıldı
Kişi gözünə sürmə çəkə bilərmi?
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Romantik evlilik
Düşüncələrimizə məsafə qoymaq üçün yollar
Hündürlüyü iki metr olan düyü növü təqdim edilib














