Vitaminlər - üzvi birləşmələr olub, insan və heyvan qidasının zəruri hissəsini təşkil edir. Bu vitaminlər suda həll olunanlar (B qrupu vitaminlər və C vitamini) və yağda həll olunanlar (A, D, E və K vitamini) olmaqla iki qrupa bölünür.
Suda həll olan vitaminlərin çoxu istiliyə həssas olduqlarından bişirilən, ya da qaynadılan qidalarda miqdarları əhəmiyyətli dərəcədə azalır. Buna görə də, bu vitaminlərlə zəngin tərəvəzlər yaxşıca yuyulduqdan sonra mümkünsə qaynadılmadan yeyilməli, ya da az bir müddətdə qaynadıldıqdan sonra suyu süzülüb yeyilməlidir.
Bütün vitamin və mineralları balanslı olaraq qəbul etmənin ən doğru yolu balanslı və bütün qida qruplarından ibarət olan qarışıq bir qidalanma tərzinin həyata keçirilməsidir.
Sadəcə vitamin preparatları qəbul etmək insan orqanizminin bütün vitamin və mineral ehtiyacını qarşılaya bilməz. Çünki bu vaxta qədər kəşf edilmiş olan vitamin və minerallar xaricində kəşf edilməmiş və bədəndə çox az miqdarda olan, ancaq əhəmiyyətli funksiyaları olan çox sayda maddə vardır. Bunlar ancaq qida maddələri qəbul edilərkən bədənə daxil ola bilər. Balanslı qidalanma üçün bəzi qida maddələrinə laqeyd münasibət bəsləmək və bunların vitamin preparatları ilə qarşılandığına inanmaq böyük səhvdir.
Normal qidalanan bir ana namizəd artmış ehtiyacını qidalar vasitəsilə əminliklə qarşılaya bilər və vitamin möhkəmlətməsinə heç bir ehtiyac yoxdur. Hamiləlik zamanı daha çox vitamin preparatlarına ehtiyac həddindən artıq qusmalar, bəzi ağır xəstəliklər və ya qidalanmanın qeyri-kafi olduğu hallarda yaranır.
Fol turşusu:
Fol turşusu bədəndə yeni qan hüceyrəsinin yaranmasında, amin turşusu istehsalında və hüceyrələrin yenilənməsi prosesində mühüm vəzifəni yerinə yetirən bir vitamindir. Buna görə də, hamiləlikdə fol turşusuna olan ehtiyac diqqətə çarpan şəkildə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət qədər olduqda struktur olaraq normaldan böyük, ancaq funksiyaları aşağı olan qırmızı qan hüceyrələri meydana gəlir və qanazlığının əlamətləri özünü büruzə verir.
Hamiləliyin erkən dövrlərindəki fol turşusu çatışmamazlığı dölün sinir sisteminə mənfi təsir edir və nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və digər ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmamazlığına səbəb ola bilər. Ona görə də, Amerika Xəstələrə Nəzarət Mərkəzinin (Center for Disease Control) 1991-ci ildə nəşr etdirdiyi Bəyannamədə daha əvvəl qüsurlu körpə dünyaya gətirmiş ana namizədlərin hamiləlikdən ən azı bir ay əvvəl başlayıb, 3 ay boyunca gündə 4 mg fol turşusu qəbul etmələri təklif edilmişdir. Bu təklif bir çox həkimlər tərəfindən hələ də tətbiq olunmaqda davam edir. Tərkibində dəmir olan preparatların bir hissəsində əlavə olaraq fol turşusu da olur.
B12:
Fol turşusuna bənzər funksiyalara malik olan bir vitamindir. Ancaq heyvan mənşəli qida maddələrində olur. Vegeterianların körpələri bu səbəblə B12 vitamini çatışmamazlığı ilə dünyaya gələ bilər. C vitaminin həddindən artıq qəbul olunması da funksional B12 vitamini çatışmamazlığına səbəb ola bilər.
C vitamini:
Qrip əlamətlərinin qarşısını almaq və ya qripə tutulmamaq üçün gündə 1 qr C vitamininin qəbulunun effekt olması sübut olunsa da, hamilələrdə zərərli ola bilər (B12 qatılıq və metabolizmasına mənfi təsir edə bilər).
Digər minerallar:
Fosfor:
Qidaların tərkibində çox rastlanan bir maddə olduğuna görə, normal qidalanma halında çox nadir hallarda fosfor çatışmamazlığına rast gəlinir.
Sink:
Sink bir çox qida maddələrində olduğundan normal qidalanan bir ana namizəddə sinkin əlavə olaraq qəbuluna ehtiyac yoxdur. Ancaq son araşdırmalar nəticəsində məlum olmuşdur ki, sink bədənin immun sistemində böyük əhəmiyyətə malikdir, ona görə də, tez-tez soyuqlayan insanlar başda olmaqla bir çox hallarda əlavə olaraq sink elementinin qəbulu məsləhət görülür. Bu cür əlavə sink qəbulunun ana namizədlərdəki təsirləri barədə kifayət qədər məlumat yoxdur.
Yod:
Hamiləlik zamanı böyrəklərdən yod atılması artdığından və böyüyən körpənin də yoda ehtiyacı olduğundan ana namizədlərin qidalanmalarında yodlu duz istifadə etmələri zəruridir. Hiss olunacaq dərəcədə yod əksikliyi ilə doğulan körpələrdə hamının zob kimi tanıdığı hipotireoz xəstəliyinin əlamətləri müşahidə edilə bilər.
Maqnezium:
Maqnezium da qida maddələrində çox rastlanan bir maddədir və normal şəkildə qidalanan bir ana namizədin əlavə maqnezium qəbuluna ehtiyac yoxdur.
Mis:
Mis elementinin çatışmazlığı sümüklərin sıxlığının azalması və osteoporoz xəstəliyinin inkişaf etməsi səbəblərindən biridir. Hamiləlik zamanı seruloplazmin (qan plazmasında olan mis tərkibli zülal) adlı maddənin artması ilə misin də artması baş verdiyindən, mis çatışmamazlığına nadir hallarda rast gəlinir.
Selenium:
Bədəndəki toksik (zəhərli) radikalların kənarlaşdırılmasında böyük əhəmiyyətə malik bir maddədir. Çində və digər bəzi coğrafi bölgələrdə ağır selenium çatışmamazlığı hallarına tez-tez rast gəlinir.
Kalium:
Uzun sürən ürək bulanması və qusmalardan kalium çatışmamazlığı meydana gələ bilər. Bu vəziyyətlərdə serumla kalium qəbulu zəruridir.
Natrium:
Natrium maddələr mübadiləsində iştirak edir və toС…umalarda osmotik təzyiqi müəyyən normada saС…layır, nadir hallarda natrium çatışmamazlığna rast gəlinir.
Flor:
Doğulacaq körpələrin dişlərinin çürüksüz və daha möhkəm olması baxımından diş həkimləri hamiləlikdə gündə 2.2 mg flor qəbulunu tövsiyə edirlər. Bu təklif hələ elmi bir zəmin tapmadığından az sayda həkim tərəfindən tətbiq edilir.
XƏBƏR LENTİ
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Azərbaycan boksçusunun dünya birinciliyində rəqibi erməni olacaq
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Bakıda yol çökdü
Ancelina Coli qala gecəsində geyimi ilə göz qamaşdırdı - FOTO
İki stəkan südün gücü
Xəzərin statusu tezliklə müəyyənləşdirilə bilər
Tər ləkələri necə çıxar?
Azərbaycanda zəlzələ oldu
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Nazir müavinindən Pənahəli xanın sarayı ilə bağlı paylaşım
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Sabahın hava proqnozu
Günün ulduz falı
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Bakıda döyüş olacaq
Pəhriz saxlayanların nəzərinə
Smartfonların satışı artıb
Yuxusuzluğun dərmanı tapıldı
Azərbaycan dəmir yollarında yenilik var
Vera otel qapısında qaldı-FOTO
Sloveniyaya miqrant axını davam edir
Leyla Əliyeva atasının oxuduğu institutda
Bu tip kişilərə diqqət!
Quru dərini necə nəmləndirməli?
Qızardılmış qoyun qabırğası (foto resept)
Qırxında öyrənən gorunda çalar
Miskinlərin 8 xüsusiyyəti
Məşhur bacıların nənəsi öldü - FOTO
Esra Dermancıoğlu izləyicilərini təəccübləndirdi-VİDEO
Məşhur müğənninin qızları lazerdə yandı
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Zrazı (foto resept)
iPad 5 artıq hazırdır?
Türk bayrağını təhqir edən aktyora cinayət işi açıldı
Qaçmaq
Yaponiyada güclü zəlzələ oldu
Süzülən zamanımız: vaxt hara itir?
Gözaltı ləkələrini açan maska
Enli ətəkli yay donları
Qarpızla 1 həftəyə 5 kilo arıqla
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Ən fərqli üzüklər
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Çəhrayı ürək tortu(foto resept)
Qarabağla bağlı bədbin proqnoz
Ağkilsə
Gözəlliyiniz uzun ömürlü olsun
- ŞƏRHLƏR