1974-cü il aprelin 17-də İngiltərədə dünyaya gələn stil ikonunun əsl adı Viktoriya Karolayn Adamsdır. 90-cı illərin "Spice Girls" musiqi qrupunun Posh ləqəbli üzvü olub. Qəşəng və zərif qadındır. O, dünyanın ən yaraşıqlı kişilərindən biri olan David Bekhemlə evlənmiş, moda karyerasında zirvəyə addım-addım çıxmış dörd uşaq anasıdır.
Viktoriya Bekhemin sirri bəlkə də hər zaman dəyişməyə hazır olması idi. Keçmişdən bu günümüzə baxdıqda stilində inanılmaz dəyişikliklərin olduğunu görərik. Onu gəldiyi son nöqtədə təqdir etməmək mümkün deyil. Əvvəlcə sarışın idi, saçlarını tünd qəhvəyi rəngə boyadı, uzun saçlarını birdən qısaltdı, indi daha uzun və daha tünd rəngli saçlarıyla xoşbəxt görünür.
Viktoriya Bekhemin həm stilində, həm də dizaynlarında bu qədər təsir edici olması onun özünə xas bir tərz yarada bilməsilə əlaqədardır. Heç kimə bənzəməyən bu qadın minimal və qəşəng paltarlarını dikdaban ayaqqabılarıyla tamamlayır, sadə makiyajı və zərifliyi ilə hər kəsi özünə heyran edir.
Viktoriya Bekhemin stilində önə çıxan detallara nəzər salaq:
Qələm ətək və paltarlar
Viktoriya Bekhemin minimalist stilinin ən diqqətəçarpan elementlərindən biri qələm ətək və paltarlardır. İncə və zərif bədənini vurğulayaraq bu tərz parçaları çox seçir.
Dikdaban ayaqqabılar
Viktoriya Bekhem stili günümüzə qədər bir çox dəyişmədən keçmiş ola bilər, ancaq o, heç bir zaman yüksək dikdaban ayaqqabılarını geyinməkdən əl çəkməyib. Nə hamiləliyi, nə qarlı havalar, nə də qucağında körpəsini daşıması ona dikdaban ayaqqabı geyinməyə əsla mane olmadı.
Qara rəng
Viktoriya Bekhem stilində neytral rənglərin hakim olduğu müzakirə edilə bilməz. Tünd rəngləri müvəffəqiyyətlə daşıyan stil ikonunun favoriti isə qara rəngdir. Ən çox da Audrey Hepburn zərifliyi daşıyan kiçik qara paltarları diqqət çəkir.
Günəş eynəkləri
Viktoriya Bekhem günəş eynəklərini taxmadan çölə addım atmır. Stil ikonunun favoriti böyük çərçivəli eynəklərdir. Bu aralar özünün hazırladığı günəş eynəklərini də seçir.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 7 MART
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Ərdoğan Quran oxudu - VİDEO
Necə nəfəs alırıq?
Türkiyədə azərbaycanlı hünər göstərdi
Azərbaycanda ən çox yoluxma haradadır?
Dünyada internet nə vəziyyətdədir?
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Müəllimlər mənzillə təmin olunsun
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
Dişi anakonda erkək olmadan balaladı
Günün qoroskopu - 01.11.2013
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
Qarderob otağının faydası
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Ərikli, kişmişli piroq (foto resept)
Mətbəx üçün praktik məlumatlar
Səməni, nə vaxt cücərdim səni?
Qiyməli kartof (foto-resept)
Ən böyük sağlamlıq odur?
Braziliya prezidentinin həyat yoldaşı da koronavirusa yoluxdu
Banan haqqında bilmədiklərimiz
Duyğu xarici qavramalar
Günün qoroskopu: həyatda hər şey gözəldir - məsafələr olmasa...
Dünyanın ən dərin hovuzunu inşa edir-FOTO
Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər...
Qadınlar haqqında maraqlı həqiqətlər
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
4 dəfədən çox ailə qurmaq yasaqlandı
Şəkər xəstəliyinin (Diabetin) müalicəsi
Neftçilərin axtarışları yenə nəticəsiz qaldı
Qaraciyəriniz sağlamdırmı?
Qadınlar üçün 12 qızıl qayda
Hava haqqında - 12.11.2013
Anar Məmmədxanov Moskvada anıldı
Serdar Ortaçın keçmiş xanımı SİRRİ AÇDI
Gözəl dərinin sirri
Kəsmikli- göyərtili börək (foto-resept)
Bir oğlanın sevdiyini necə bilmək olar?
Onlayn ticarət sürətlə artır
Anasının xəstəxanalıq olmasının səbəbkarı o deyilmiş - əsl səbəb bilindi - FOTO
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Bakıya gələn 4 nəfər müayinədən yayınıb
Məşhurların istifadə etdiyi topuz modelləri
Əli Abbasov vəzifəsindən azad edildi
- ŞƏRHLƏR