
Çoxlarımıza elə gəlir ki, gülüş insanın yalnız xoş əhvalı, xoş ovqatı deməkdir. Əsla yox.
Milli.Az Modern.az-a istinadən yazır ki, gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir.
Bəs bu amillər hansılardır?
1. Gülmək insanı stressdən, depressiyaya düşmək təhlükəsindən xilas edir
2. İnsan gülüşü zamanı orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır.
3. Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Belə ki, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daima hərəkətdə olur. Daha dəqiq desək, əzələlərin gimnastikasına səbəb olur.
4. Beş dəqiqəlk sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir.
5. İnsan güldüyü zaman dərindən nəfəs alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə rahatlıq gətirir.
6. İnsan gülən zaman qanda şəkərin səviyyəsi aşağı düşür. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərə daha çox gülmək məsləhətdir.
7. Gülmək orqanizmin immun sistemini gücləndirir.
8. Qan təzyiqi olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini ölçsələr, gülüşün xeyrini hiss edəcəklər.
9. Gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti gücləndirir.
10. Ən başlıcası olaraq insan gülüşü ətrafdakı insanlara da xoş əhval bağışlayır.
Təbii ki, düşünəcəksiniz - səbəb olmadan necə gülmək olar? Ancaq siz əksinə düşünün – gülməyimizə mane olan nədir? İlk növbədə uzun-uzadı ürək üzən seriallardan, xoşagəlməz söhbətlərdən, sosial problemlər haqqında dərindən düşünməkdən uzaq olun. Gün ərzində sizə mənfi təsir göstərən tıxacların, növbələrin və s. bu kimi halların gərginliyini canınızdan çıxarmaq üçün komediya janrında filmlərə baxın, lətifələr oxuyun, əyləncəli jurnalları mütaliə edin, ən başlıcası isə doğmalarınızla zarafatlaşın. Bir də ən əsası odur ki, gülən zaman güzgüyə baxın. Onda əmin olacaqsınız ki, gülüş sizi nə qədər gözəl və nə qədər cazibədar göstərir. Odur ki, gülüş üzünüzdən əskik olmasın. Amma bir şərtlə. Özünüzü şit-şit gülməkdən və üzünüzə şit-şit gülənlərdən qoruyun.
XƏBƏR LENTİ
Ürək-damar xəstəliyi üçün test
“Ufak Tefek Cinayetler”ə yeni transfer - FOTO
Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi
Günün tövsiyəsi: film, musiqi, kitab
Noutbukdakı bu dəliyin nə üçün olduğunu bilirsiniz? - FOTO
Malcolm X-in ibrətli sözləri
Yuxularımızı yönləndirmək mümkündürmü?
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Zukerberqdən xəbərdarlıq: “ABŞ-da seçkidən sonra iğtişaşlar başlaya bilər”
Ən böyük zəlzələnin harada və nə zaman olacağı müəyyənləşdi
Təəssürat
Evlərin qiyməti bahalaşıb
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Evlilik verilişlərinin tamaşaçılarına şad xəbər
Rənglər haqqında maraqlı faktlar
Bella Kotakdan nağılları xatırladan fotolar
FİFA-dan futbolçuya sərt cəza: Dünya çempionatından qovulsun!
Hər ətri bədənə vurmaq olmaz
Avtobuslarda kart sisteminin tətbiqinə başlandı
İran toyuğu ermənilərin xoşuna gəlmədi
56 yaşlı aktyor ilk dəfə ata olacaq-FOTO
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Hava haqqında - 17.02.2014
Cəbhə xəttində atəşkəs pozulub
Prezident Şəkinin "Marxal"ında
İçkiyə 30 min xərcləyən Conni Depp danışdı
Yaz meyvələri çəkini artıra bilir
Tramp yenidən prezidentliyə namizəd oldu
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Bakıda 3 min manatlıq maaşla işçi AXTARILIR
Ərdoğan dünyada BİRİNCİ OLDU-FOTO
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
2025-ci il üçün bədbin proqnoz verildi
42 yaşlı aktrisadan yeni hamiləlik pozu
Məşhur müğənninin səhnədə üzü yandı-FOTO
27 il komada qaldı - Ayılanda dua oxudu
Bu ərazidə iki gün işıq olmayacaq
Çox düşünmə xəstəliyi
Gediş haqları artır
Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” - VİDEO
Cennifer də bahalı corablarını reklam etdi - FOTO
Emre Aydın imicini dəyişdi - FOTO
Zümrüd adası- İrlandiya
13 il əvvəl doğulmalı idi - bu il dünyaya göz açdı
Ebru Gündeş görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hava haqqında
Avtobuslarda kondisioner niyə yoxdur?
Günün ulduz falı
Facebook-dan pulsuz internet














