Qadin.NET / Ən böyük sağlamlıq odur?

Ən böyük sağlamlıq odur?

 

Kim ki yüz il yaşamırsa... Gülüş həm də sağlamlıqdır

Çoxlarımıza elə gəlir ki, gülüş insanın yalnız xoş əhvalı, xoş ovqatı deməkdir. Əsla yox. 
Milli.Az Modern.az-a istinadən yazır ki, gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir. 
Bəs bu amillər hansılardır?
1. Gülmək insanı stressdən, depressiyaya düşmək təhlükəsindən xilas edir
2. İnsan gülüşü zamanı orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır.
3. Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Belə ki, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daima hərəkətdə olur. Daha dəqiq desək, əzələlərin gimnastikasına səbəb olur.
4. Beş dəqiqəlk sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir.
5. İnsan güldüyü zaman dərindən nəfəs alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə rahatlıq gətirir.
6. İnsan gülən zaman qanda şəkərin səviyyəsi aşağı düşür. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərə daha çox gülmək məsləhətdir.
7. Gülmək orqanizmin immun sistemini gücləndirir.
8. Qan təzyiqi olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini ölçsələr, gülüşün xeyrini hiss edəcəklər.
9. Gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti gücləndirir.
10. Ən başlıcası olaraq insan gülüşü ətrafdakı insanlara da xoş əhval bağışlayır.
Təbii ki, düşünəcəksiniz - səbəb olmadan necə gülmək olar? Ancaq siz əksinə düşünün – gülməyimizə mane olan nədir? İlk növbədə uzun-uzadı ürək üzən seriallardan, xoşagəlməz söhbətlərdən, sosial problemlər haqqında dərindən düşünməkdən uzaq olun. Gün ərzində sizə mənfi təsir göstərən tıxacların, növbələrin və s. bu kimi halların gərginliyini canınızdan çıxarmaq üçün komediya janrında filmlərə baxın, lətifələr oxuyun, əyləncəli jurnalları mütaliə edin, ən başlıcası isə doğmalarınızla zarafatlaşın. Bir də ən əsası odur ki, gülən zaman güzgüyə baxın. Onda əmin olacaqsınız ki, gülüş sizi nə qədər gözəl və nə qədər cazibədar göstərir. Odur ki, gülüş üzünüzdən əskik olmasın. Amma bir şərtlə. Özünüzü şit-şit gülməkdən və üzünüzə şit-şit gülənlərdən qoruyun.

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK