1974-cü il aprelin 17-də İngiltərədə dünyaya gələn stil ikonunun əsl adı Viktoriya Karolayn Adamsdır. 90-cı illərin "Spice Girls" musiqi qrupunun Posh ləqəbli üzvü olub. Qəşəng və zərif qadındır. O, dünyanın ən yaraşıqlı kişilərindən biri olan David Bekhemlə evlənmiş, moda karyerasında zirvəyə addım-addım çıxmış dörd uşaq anasıdır.
Viktoriya Bekhemin sirri bəlkə də hər zaman dəyişməyə hazır olması idi. Keçmişdən bu günümüzə baxdıqda stilində inanılmaz dəyişikliklərin olduğunu görərik. Onu gəldiyi son nöqtədə təqdir etməmək mümkün deyil. Əvvəlcə sarışın idi, saçlarını tünd qəhvəyi rəngə boyadı, uzun saçlarını birdən qısaltdı, indi daha uzun və daha tünd rəngli saçlarıyla xoşbəxt görünür.
Viktoriya Bekhemin həm stilində, həm də dizaynlarında bu qədər təsir edici olması onun özünə xas bir tərz yarada bilməsilə əlaqədardır. Heç kimə bənzəməyən bu qadın minimal və qəşəng paltarlarını dikdaban ayaqqabılarıyla tamamlayır, sadə makiyajı və zərifliyi ilə hər kəsi özünə heyran edir.
Viktoriya Bekhemin stilində önə çıxan detallara nəzər salaq:
Qələm ətək və paltarlar
Viktoriya Bekhemin minimalist stilinin ən diqqətəçarpan elementlərindən biri qələm ətək və paltarlardır. İncə və zərif bədənini vurğulayaraq bu tərz parçaları çox seçir.
Dikdaban ayaqqabılar
Viktoriya Bekhem stili günümüzə qədər bir çox dəyişmədən keçmiş ola bilər, ancaq o, heç bir zaman yüksək dikdaban ayaqqabılarını geyinməkdən əl çəkməyib. Nə hamiləliyi, nə qarlı havalar, nə də qucağında körpəsini daşıması ona dikdaban ayaqqabı geyinməyə əsla mane olmadı.
Qara rəng
Viktoriya Bekhem stilində neytral rənglərin hakim olduğu müzakirə edilə bilməz. Tünd rəngləri müvəffəqiyyətlə daşıyan stil ikonunun favoriti isə qara rəngdir. Ən çox da Audrey Hepburn zərifliyi daşıyan kiçik qara paltarları diqqət çəkir.
Günəş eynəkləri
Viktoriya Bekhem günəş eynəklərini taxmadan çölə addım atmır. Stil ikonunun favoriti böyük çərçivəli eynəklərdir. Bu aralar özünün hazırladığı günəş eynəklərini də seçir.