
"Mastopatiya modern dünyada xəstəlik deyi, müalicə edilməz. Sizi qorxutmalarına, qandırmalarına izn verməyin. Mastopatiya üçün dərman atmayın. Bu dərmanlara ehtiyac yoxdur; mastopatiya xəstəlik deyildir. Təhlikəsi yoxdur, xərçəngə çevrilməz". Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu fikirlər türkiyəli həkimHamdi Köçerə aiddir. Bəs o zaman mastopatiya nədir? Hamdi Köçer Azərbaycan qadınlarının qorxulu yuxusuna çevrilmiş, son zamanların ən məşhur qadın xəstəliyi haqqında fərqli düşünür. O, döş ağrısı və süd vəzisindəki kistaların heç bir zaman həyat təhlükəsi yaratmadığını iddia edir:
"Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir. Bu günün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə resmiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə dəlilə əsasən tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır. Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir? Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı".
Köçer sözügedən xəstəliyə artıq yeni ad verildiyini və diqnoz qoyularkən "fibrokistik döş paterni" ifadəsindən istifadə edildiyini bildirdi: "Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.
Bu gün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu (fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir. Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara verdiyi cavabın bir az çox olması idi işin əsli. Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd vəzisi xərçəngi arasında əlaqə olub olmadığı üzərində aparıldı. Nəticə: fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa, elmi əlaqə tapılmadı."
Qərbdə fibrokistik strukturlu süd vəzisi, Azərbaycanda (fibroz kistoz) mastopatiya olaraq adlandırılan bu vəziyyətin əslində süd vəzisinin fizioloji bir halı olduğunu deyən həkim, matopatiyanın bir xəstəlik və ya sindrom olmadığını deyir: "Mastopatiyanın heç bir təhlükəsi və zərəri yoxdur. Müalicə edilməsinə ehtiyac yoxdur. Müalicəsinin də bilinən bir metodu yoxdur. Mastopatiyanı müalicə etməyə çalışmaq, aybaşı qanaxmasını müalicə etmək kimidir. Mastopotiya - kistalar - döş ağrıları üçün əməliyyat olmağa ehtiyac yoxdur".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusa görə bu serial final edir
Psixologiyada 6 qadın tipi
Dahilərdən kəlamlar (IIhissə)
Bu rəsm əsəri rekord qiymətə satıldı-FOTO
Gümrü qətliamı: 97 il ötür
Ən böyük təhlükə: insanı insanlıqdan çıxaran hal
Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı
Fillərin qəfil hücumu idmançıları qorxutdu-FOTO
Tutuquşu polisə yardım etdi
Azərbaycanda hava şəraiti dəyişir
“Facebook”da sistem dəyişir
Ziyafət geyimləri
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
Təcrübəsiz sürücülərə məsləhətlər
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (2-ci hissə)
Hadisedən karantin FOTOları
Apple yenə Samsung-u məhkəməyə verir
Azərbaycana qar yağacaq
Nyu-York qadınlarının 4 moda trendi
Qarabağ separatçıları Vyana danışıqlarında iştirak etməyiblər
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO
Bağça dekorasiyası üçün yaradıcı fikirlər
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
HAVA necə olacaq?-15 noyabr
Övladınızla izləyə biləcəyiniz filmlər
Serenay Sarıkaya "Çukur"a gəlir
Azərbaycanda süni balıq gölləri ləğv olunur
Şamaxılılar böyük təhlükə qarşısında!
Gəlin, qaynana...
Ev həsrətində olanlara şad xəbər
Bürcünüzə görə sizə ən uyğun makiyaj məhsulu
Kokoslu paxlava (foto-resept)
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
İçi doldurulmuş yumurta (foto resept)
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
Daxili dialoqun inanılmaz gücü
Bu da çox qənaətli Passat
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
Azərbaycanın ilk pilotsuz təyyarəsi
Yuxu haqqında
Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq - dünyada ilk
Qadın.Net-lilərin ilk şərhləri (2-ci hissə)
Valideyn olmaq asan deyil
Dəmir yol xətti ətrafında təhlükəli vəziyyət
Bu ölkə pulu qadağan edir
Rabitə Nazirliyinin təklifi internet-provayderlərin gözləntilərini doğrultmadı
Günün ulduz falı - 27.09.2013
Hıçqırığın təbii üsullarla müalicəsi
Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA















- ŞƏRHLƏR