Afət
Artıq 2 ildən çoxdur ki, Qadin.Net ailəsinin üzvüyəm. Bu illlərdə saytla bağlı xoş xatirələrim çoxdur. İlk öncə saytdan keçdiyim gün heç zaman yadımdan çıxmayacaq əlamətdar gün oldu mənim üçün. Daha sonra redaktor seçildiyim gün qəlbimdə xoş xatirə kimi qalıb və qalacaq da. Həmin gün ürəyimdə qəribə bir hiss vardı - sevinc və həyəcan tez-tez bir-birini əvəz edirdi. 2012-ci ilin yayında saytla bağlı yaşadığım xoş hisslər unudulmazdır. Qadin.Netlilərin hər il keçirilən görüşünün təşkilinin həmin il mənə həvalə edilmişdi. Xanımlarımızla canlı ünsiyyət qurmaq, onlarla görüşmək qəlbimdə çox xoş izlər qoyub. Daha sonra redaktorumuz Ro-Xe-Sa xanımla görüşüm bu hisslərə daha yenisini əlavə etdi. Ad günümdə, saytdakı ildönümümdə aldığım təbriklər, xoş sözlər, xanımlarla yazışmalarımız - bunların hər biri mənim üçün unudulmaz xatirələrdir.
Louis Vuitton
Qadin.Net saytı mənim həyatımda yaxşılığa doğru çox şey dəyişib deyərdim. Bu saytdan bir il yarımdı qeydiyyatdan keçmişəm, amma mənə o qədər doğmadır ki, elə bilirəm illərdi burdayam. İlk gəldiyim günlər xəbər sayı çox olan istifadəçilərə həsədlə baxırdım. İlk xəbərim çıxanda isə çox sevindim, günün müəllifi belə olmuşdum. Bu saytın ilk öncə rəhbərliyindən çox razıyam, mənə verdikləri dəyər üçün hər birinə minnətdaram. Daha sonra burda qazandığım dostlarım üçün bu sayta sonsuz təşəkkürlərim var. Bəzən çoxları virtual dostluq deyəndə nədənsə qeyri-real bir şeylər düşünürlər, amma mənimçün belə deyil. Burda elə dost dediyim, dərdləşdiyim insanlar var ki, onlar mənimçün çox qiymətlidirlər. Bir neçə adam olub ki, bu saytdan müəyyən səbəblərdən gediblər onlar üçün də üzülmüşəm doğrusu. Neçə vaxtdır heç ziyarətə belə gəlmirlər. Yəqin uzun sürməz, inşAllah bir gün sevindirərlər məni. Bu saytla bağlı bir arzum var ona qovuşsam, onda deyəcəm ki, mən arzularıma qismən də olsa çatdım.
lovable_madam
Qadın.Neti 3 il bundan əvvəl tapdım, qeydiyyatdan keçəndən müəyyən müddət sonra ilk xəbərimi göndərdim, ilk dəfəsi çətin idi. Amma sonra asan oldu təbii ki. Çox sevinirdim ilk xəbərim çıxanda, elə o vaxtdan başlayaraq hər bir istifadəçinin şərhinə sitat gətirərək cavab yazmağı özümə vərdiş etdim. Bu il ad günümdə Qadın.Netdən aldığım bütün təbriklər, hədiyyələr, videolar saytla bağlı şirin xatirələrimdir. Bu il canım redaktorumuz Ro-Xe-Sa mənim üçün özəl olaraq hazırladığı ad günü video-rolikini hədiyyə edəndə kövrəlmişdim və bu qədər sevildiyimə görə özümü çox şanslı hesab etmişdim. Heç vaxt unutmayacağım xatirəm Redaktor statusuna layiq görüldüyüm gün idi. Nə vaxtsa bu statusda olmasam belə yenə saytda olacam inşAllah, dostlarıma və ümumilikdə Qadın.Net saytına görə. Yaşa, var ol, əziz Qadın.Net və Qadın.Netlilər!
GÜLÇİN
SELENA (Aliyə Aslan)
Əvvəlcə Qadın.Netə gəldiyim ilk günümdən danışmaq istəyirəm, hər şey dünənki kimi yadımdadır. Qeydiyyatdan keçəndən sonra söhbət otağına daxil oldum. İlk danışdığım isə kristen_ (Aliyə) olub. Onun xoş söhbəti mənim diqqətimi cəlb etmişdi. Daha sonra saytda bəzi dəyişikliklər oldu. Zaman-zaman bu sayt mənim üçün doğmalaşdı və onu sevməyə başladım. Hal-hazırda Qadın.Net mənə ailəm kimidir.
Burda hər bayram çox gözəl qeyd edilir. Bir-birindən gözəl xanımlarla söhbət etməkdən zövq alıram. Hamını çox sevirəm və dərin hörmət edirəm. Bir də unutmadan deyim ki, ilk xəbərim dərc olunanda çox sevinmişdim. Afət xanım böyük əziyyət çəkmişdi onun üstündə. Bütün redaktorlara, saytın yaradıcı kollektivinə və sənə dərin təşəkkürümü bildirirəm.
Qadın.Net mənim yeganə sevdiyim saytdır ki, burda hamı mənim üçün doğmadır. Burada sevincli günlərim çox olub, bu sevincli günlərimi saytdakı dostlarımla bölüşmüşəm. Dostlarımın sevinci mənim sevincim, kədəri mənim kədərimdir. Sevincli günüm də elə Qadın.Net-i tapdığım gün olub.
Ləman_
Qadın.Netlə bağlı xoş xatirələrim çoxdur. Nə yaxşı ki, bu saytı tanıdım. Xoş xatirələrimdən biri Günel Əsədovayla bağlı olub. İlk dəfə səhifəmə gələndə doğum tariximi 2012-ci il görüb çox gülmüşdü. Mənə yazmışdı ki, "onda sən hələ bələkdəsən ki". Bu sözə çox gülmüşdük və sonra Günel xalamla çox yaxın olduq. Bir dəfə də axşam şərh yazırdıq, Lovable_madam hara şərh yazırdısa mən də onu izləyib şərh yazırdım, axırda madam yazdı ki, "deyəsən qaçdı-tutdu oynamaq istəyirsən". Nə yaxşı ki, onu izləmişəm, onu tanıdığma çox şad oldum. "Nişan səbətləri" adlı xəbərdə buradakı qızların hamısı ilə xəbərə şərh yazıb çoxlu gülürdük, çox maraqlı idi. Sonuncu da Qadın.Netlilərin serialı yadımda qalan ən xoş xatirə olacaq. Hamınızı çox sevirəm, mənim Qadın.Netli bacılarım...
Fidan Məmmədova
Mən Qadın.Neti o qədər sevib bağlanmışam ki, vallah, heç bilmirəm hansı xoş xatirəni yazım. Mənim üçün burada keçən hər gün xoş xatirədir. Burada keçirdiyim hər gün hansısa bir xoş xatirə ilə bitir desəm, yanılmaram. Hər dərc edilən xəbərim ayrıca bir xoş xatirədir. İlk xoş xatirəm elə bu saytda qeydiyyatdan keçdiyim ilk gündən başlayıb. Təsəvvür edin: qeydiyyatdan keçdiyim elə bir neçə dəqiqə idi ki, "Xəbər əlavə et" bölməsini gördüm. Mən də başladım xəbər əlavə etməyə. Sən demə, xəbər əlavə etmək üçün xüsusi qaydaları bilmək lazım imiş və təbii ki, bu xəbər düzgün alınmadı. Amma bu, doğrudan da xoş bir xatirə kimi yadımda qalıb və burada keçən hər günüm mənə gözəl xatirələr bəxş edir.
XƏBƏR LENTİ
İki şəhidimizin övladları dünyaya gəldi
Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)
2012-2013 payız-qış çantaları
Bu gün kitab bayramı olacaq
Vitaminli xörəklər - 6
Arıqlamağa kömək edən salat
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Fahriye Evcenin əslində necə arıqladığı məlum oldu
Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?
Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır
Gəlinlərə toydan əvvəl xüsusi maskalar
Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil
Söz birləşmələri - 2
Ətli-göbələkli qəlyanaltı (foto resept)
Xiyar pəhrizi
Qadınlarımız kişiləri hansı sahələrdə qabaqlayırlar?
Fransada uçan taksilər xəttə buraxıldı - İlk dəfə
Yeganə boşanmadığını belə sübut etdi
Uşaq otağı dəstləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Ermənistana ilk zərbə
Üzük modelləri
Dollara Putin "silləsi"
Şagirdlərə şad xəbər
Körpələr ayda neçə kilo almalıdır?
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
2018/2019 kitab rəfi modelləri
Birlikdə yaşaya biləcəyiniz romantik anlar
Kristina Aqilera BAKIDA konsert verəcək
Uşaq köpəyi, köpək uşağı xilas etdi
İmtahan verəcək şagirdlərin nəzərinə!
Qaralan qoltuq altı üçün nə etməli?
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Arıqlamağa kömək edən 9 qida
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib
Sabahın HAVAsı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Hollywoodun son dəbi: Hörüklü saçlar
Meyvə şirələrinin faydası
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə yeni agentlik fəaliyyətə başlayacaq
Təyyarənin yanı ilə “uçan kişini” görən pilot şoka düşdü - VİDEO
Yayılan iddialara cavab verdi - FOTO
Müğənni 10 aylıq qızına 80 minlik bilərzik aldı-FOTO
Qat-qat salat (foto resept)
İngilislərin Yeni İl əyləncəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda 40 dərəcə isti olacaq
Ən gözəl yeni il yolkaları-Bayramınız mübarək!
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Alimlərdən inqilabi ixtira
Bitməyən durğunluq: Kirayə mənzil bazarı nə zaman canlanacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR