...Bu il Bakıda keçirilən ənənəvi "Formula-1" yarışlarından öncə "Haas" komandasının pilotu Roman Qrojan Bakı treki haqqında təəssüratlarını bölüşərkən belə demişdi: "Bakı gözəl şəhərdir və Bakı Şəhər Halqası yaxşı trekdir. Bir çatışmazlıq var idi ki, o da plastik paketlərin ətrafda uçuşması idi - ötən il onlardan biri radiatorun sorma hissəsini tutaraq, doğurdan da, yarışda xal qazanmağımıza mane oldu. Ümid edirəm, bu il plastik paketlər ətrafda uçuşmayacaq. Mənim üçün bu, mükəmməl keçən yarış həftəsonunun yeganə çatışmazlığı idi".
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Bakıda "Formula-1" pilotunu narahat edən və onun bolidinin radiatoruna ilişən sellofan paketlər (yaxud plastik materiallardan hazırlanmış torbalar) əslində indi dünyanı narahat edən əsas ekoloji problemlərdən biridir. Çünki bu torbalar istifadə edildikdən sonra bir çox hallarda ətrafa atılır, təbiəti çirkləndirir. Səbəb isə həmin torbaların torpağın altında yüz illərlə qalsa belə çürüməməsidir.
Azərbaycanda da sellofan torbalardan geniş istifadə olunur. İstənilən mağazalarda həm qida, həm də qeyri-qida məhsullarını qablaşdırmaq üçün plastik paketləri gen-bol işlədirlər. İndi kağız və parça torbaları ucuz başa gələn, lakin sağlamlıq üçün təhlükəli plastik paketlər əvəzləyib. Hətta bir çox hallarda bu torbalar yuyularaq təkrar-təkrar işlədilir.
İstifadədən sonra zibilliyə atılan bu paketlərin böyük hissəsini isə külək havaya uçurur - onlar ağacların budaqlarına, yağış sularının axdığı boruların uclarına və digər yerlərə ilişib qalır. Xüsusən də, istirahətə dəniz və ya çay kənarına gedənlər saysız-hesabsız sellofan torbaları hara gəldi atırlar...
"Pastik qatillər" torpaqda 400 ilədək qalır
İnsan orqanizmi və ətraf mühit üçün plastik paketlərin nə dərəcədə təhlükəli olması çoxdan məlum olsa da, "plastik qatillər"in sayı azalmır, əksinə, gün-gündən artır. Statistikaya görə, Yer kürəsinin hər bir sakini il ərzində təxminən 70-ə yaxın polietilen paketdən istifadə edir. Çürüyüb torpağa qarışmadığından plastik paketlər təbiətə böyük təhlükə törədir. Bu məhsulların torpaqda çürümədiyi və 400 ilədək qaldığı məlumdur. Marketlərdə bu torbaların pulsuz və demək olar ki, limitsiz olması onlardan istifadəni çoxaldır.
İDEA-nın aksiyası: təəssüf ki...
Xatırladaq ki, bir neçə il öncə Azərbaycanda ilk dəfə olaraq IDEA İctimai Birliyi tərəfindən bioparçalanan paketlərin istifadəsi ilə bağlı aksiya keçirmişdi. Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Ekoloji təmiz paketlər Bakı şəhərinin bəzi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylansa da, təəssüf ki, sonradan bu təcrübəni davam etdirən olmadı.
Ekoloqlar polietilen torbaların ətraf mühiti məhv etməsi ilə bağlı həyəcan təbili çalırlar. Ekoloq Telman Zeynalov hesab edir ki, çürüməyən bu polietilenlər torpağa qarışaraq onun münbit qatını korlayır, nəticədə, bitki örtüyünə böyük ziyan vurur. "Torbaların tərkibindəki polimer çox gec parçalanır, yananda isə əmələ gətirdiyi kanserogen maddələr torpaqda qalır, tüstüsü isə havaya qarışır. Polimer torbalar yanarkən ondan ayrılan kanserogen maddələr çox təhlükəlidir. Xüsusən də, əkin sahələrini şumlayanda problem törədir. İndi bu paketlərin xırdalanması üsulundan da istifadə edirlər. Amma o da zərərlidir. Çünki bu insanın və ya digər canlıların bədəninə düşərsə, ölümlə nəticələnir".
Ekoloq deyir ki, sovet dövründə plastik paketlərdən, demək olar ki, istifadə olunmurdu. İstifadə edənlər isə onları binaların altında yerləşən qəbul məntəqələrinə təhvil verirdilər.
Plastik paketlər xərçəng xəstəliyinə səbəb olur
Plastik paketlərdən istifadə həm də sağlamlıq üçün zərərlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun virtualaz.org-a bildirdiyinə görə, bu paketlər hazırlanarkən tərkibinə vurulan kimyəvi birləşmələr insanlarda bir sıra ağır xəstəliklərə səbəb ola bilər. "Plastik paketlərin üzərində qida üçün yararlıdır yazılıbsa, ondan istifadə etmək olar. Amma qida üçün yararlı olmayan plastik paketlərdən istifadə çox zərərlidir. Bunların tərkibinə sağlamlıq üçün təhlükəli kimyəvi birləşmələr vurulur", - deyə Z. Kazımov bildirir.
Plastik paketlərdə olan birləşmələr xərçəng xəstəliyi daxil olmaqla, sağlamlıq üçün bir çox problemlər yaradır. Mütəxəssislər plastikin tərkibində olan A bisfenolunun hormonal fona təsir etdiyini deyirlər. Həmin maddənin orqanizmdə çox miqdarda olması ağır xəstəliklərə yol aça bilir. Onun xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.
"Torbalar havayı verilir deyə..."
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu paketlərdən istifadə qadağan olunmayınca, problem həllini tapmayacaq. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, belə paketləri marketlərin pulsuz verməsi problemi bir qədər də kütləviləşdirir.
"Bizdə bütün marketlərdən nə qədər istəsən sellofan torba götürmək olar. İlk baxışdan elə görünür ki, bu yaxşı bir şeydir. Əslində MDB-nin bütün dövlətlərində plastik paketlər pulla satılır. Həm də belə qalın deyil, nazik, şəffaf torbalar olur. Bəzən o torbaların rəngləri də çıxır və bu da qida məhsulunu zəhərli edir. Mən tərəfdarıyam ki, mağazalarda torbalar pulla satılsın və bu cür qalın torbalardan istifadə olunmasın. Çünki ətraf mühit çox intensiv korlanır. Bu anormal haldır - ətraf mühit çirklənir və buna çarə qılınmalıdır", - deyə E.Hüseynov bildirir.
"Keçmiş bazar torbalarına qayıtmaq lazımdır" - Ekspert təklif edir
Ekspert problemin həllini əhalinin keçmiş bazar torbalarına - kağız və parça torbalara, həsir zənbillərə qayıtmasında görür:
"Torbalar pulla verilməli, rəngsiz, nazik olmalı, üzərində reklam materialı olmamalıdır. Əhali keçmişdə istifadə olunan kağız bazar torbalarına qayıtsa daha yaxşı olar. Yaxud dünyanın heç bir yerində olmayan "talış zənbilləri"ndən istifadə olunsun. Həm də bunlarla ekoloji təmiz bazarlıq etmək olar. Mən artıq neçə ildir bazarlığı bu zənbillərlə edirəm. Nə qədər ki, bu torbalar qadağan olunmayıb, ona görə bioloji parçalanan torbalara keçmirlər. Bioloji parçalanan torbalar bazara çıxarılsa, müəyyən maarifçilik işləri aparılsa, istehlakçılar onlardan istifadə edərlər", - deyə AİB sədri bildirir.
Dünya paketdən müdafiə sisteminə keçir
Xatırladaq ki, bir çox dünya ölkələri artıq plastik paketlərdən imtina edirlər. Bir neçə gün öncə Keniyada plastik paketlərin istifadəsini qadağan edən qanun qəbul olunub. Artıq bu ölkədə plastik paketlərdən istifadə edən şəxsləri ətraf mühitə vurduğu zərərə görə 19 min dollardan 38 min dollara qədər cərimə və ya 4 ilə qədər həbs gözləyir. Səbəb isə bu paketlərin torpağa qarışmaması, həll olmaması, xüsusən də, okeanda yerləşən adalarda quşların, kiçik canlıların məhvinə gətirib çıxarmasıdır.
Bir müddət əvvəl qonşu Türkiyənin sellofan paketlərlə vidalaşması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, 2018-ci il yanvarın 1-dən etibarən Türkiyədə alış-veriş zamanı sellofan paketlərdən istifadə qadağan ediləcək. Növbəti ildən başlayaraq müştəriləri yalnız tor və ağ torbadan istifadəyə yönləndirəcəklər.
2011-ci ildə İtaliyada polietilen paketlərdən istifadəyə qanunla qadağa qoyulub. Fransada 2016-cı ildən mağazalardan sellofan torbaların istifadəsini yığışdırıblar. Avropa İttifaqı 2014-cü il aprel ayında plastik paket istehsalını 2017-ci ildə 50, 2019-cu ildə 80 faiz azaldılması ilə bağlı qərar qəbul edilib.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi