ANS TV-nin məlumatına görə, Marneuli Gürcüstanın Ermənistanla həmsərhəd olan ərazilərindəndir. Marneulinin əsasən azərbaycanlılar yaşayan Sadaxlı kənd ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində ermənilər mövcud olmayan sərhəd xəttini son illərdə bir neçə dəfə irəli çəkiblər. Son hadisə isə insanların daha çox narahatlığına səbəb olub.
Uzun illərdir bu ərazilərdə yaşayan sakinlərin dediyinə görə əvvəllər Gürcüstan-Ermənistan sərhədi dağın yuxarı hissəsi ilə keçirmiş. Bir ay bundan öncə isə sakinlərə məlum olub ki, erməni sərhədçiləri sərhəd xəttini bir qədər də irəli çəkərək dağın ətəyinə doğru eniblər. Beləcə təkcə Təzəkənd ərazisində 130-140 hektar torpaq sahəsi Ermənistan ərazisində qalıb.
Həmin torpaqlarda kəndlilərin becərdiyi məhsullar da qalıb.
Təzəkənd sakini Fərman Əlləzov deyir ki, bu ilin iyun ayında əkin sahələrinə qəflətən erməni əsgərləri daxil olaraq ot sahələrini mənimsəyiblər.
Sakinlər deyir ki, dəfələrlə bu kəndlərdə onlara məxsus heyvanlar erməni hərbçilər tərəfindən tutulub. Gürcü sərhədçilərin işə qarışması ilə həmin mal-qara bir çox hallarda geri qaytarılsa da bunun mümkün olmadığı vaxtlar da çox olur.
Təzəkənd sakini Zöhrab Nəzərov isə bildirib ki, illər öncə əkin sahəsi kimi sənədləşdirilən torpaqlara indi ermənilər sahib çıxmaq istəyir.
Məsələ ilə bağlı Sadaxlı kənd icra nümayəndəsi Eldar Məmmədov qeyd etdi ki, deyilən ərazilər həqiqətən Ermənistan tərəfinə məxsusdur. Sadəcə əhalinin zamanında düzgün maarifləndirilməməsi səbəbindən onlar bu torpaqların Gürcüstana aid olduğunu zənn edirlər. O əlavə etdi ki, 1948-53-cü illərdə Sovet dönəmində çəkilən xəritədə torpaqlar necə bölünübsə, indidə o qaydada sərhədlər qalmaqdadır.
Ermənistan sərhədçilərinin Gürcüstanın ərazilərinə daxil olması ilə bağlı xəbərlər son günlərdə Gürcüstan mətbuatında geniş yer alıb. Hətta məsələ bu gün parlamentdə müzakirəyə çıxarılacaq. Gürcüstanın digər qonşu ölkələr kimi ermənistanla da sərhəd xəttinin çəkilməməsi bu iki ölkə arasında vaxtaşırı bu cür torpaq mübahisələrinin yaranmasına səbəb olur.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Görünməmiş möcüzədir qadınlar
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ + VİDEO
Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?
8 mart günü Parisdə Şəki kələğayısı təqdim olundu
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Ailə insana nə üçün lazımdır?
İndoneziyada güclü zəlzələ
Həyat etirafım
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Film seyr edərkən yemək yeməyin!
Dondurmalarla bağlı – XƏBƏRDARLIQ!
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır
Öldüyünü dedilər, "morq"da dirildi-FOTO
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
Hər kəs bu VİDEOdan danışır
ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib
Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Qadın.Netlə birlikdə hamiləlik (XIII həftə)
Ukrayna Krımın suyunu kəsdi
Soğan suyu ilə arıqlamaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
İdman edərkən maska taxmalıyıq?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Bölgələrimizin mətbəxi -Şəki
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Azərbaycan dili - XV dərs
Dünyanın ən yaxşıları seçildi
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Rus mallarına qadağa
Qoca mühəndis hamını heyrətləndirdi
Ön cəbhədə atışma
Qadın ərini satışa çıxartdı-SƏBƏB
Kriştianu Ronaldunun son durumu
Ceki Çan ölümlə üz-üzə
Niyə hündürdaban ayaqqabı seçirik?
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb
Azərbaycanda hansı halda qapanmaya gediləcəyi açıqlandı - RƏSMİ
Əsgərlərimiz Qarabağda posta Azərbaycan bayrağı sancdılar
Hamilələrdə doğuş qorxusu
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Gülməli ev heyvanları
Uzun iş günü ürəyin düşmənidir
Nazirlikdən əhali arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA
Dayverlər üçün əla məkan
Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]