Tariximizə nəzər salsaq vətənimizə başı bəlalı Azərbaycan deməyimiz yəqin ki, yerinə düşər. Yeraltı, yerüstü sərvətlərlə zəngin olan, Türkiyə, Gürcüstan, İran, Dağıstan, Ermənistanla sərhəd olan bu diyar caynaqlı dövlətlərə yağlı tikə kimi necə görünməyə bilərdi ki? Əsrlərlə, illərlə zülümlərə, təzyiqlərə məruz qalıb bu xalq. Sərvəti talanıb, ocağı yağmalanıb, gah bölünüb, gah parçalanıb torpağı, gah satılıb bu ölkənin. Şəhidləri saya gəlməz bu yurdun. Övlad qanı ilə yuyulub, milləti yer üzündən silindirilmək istənilib, dilini qadağan ediblər, dinini unutdurmağa cəhd ediblər, çox yıxılıb, amma yenə qalxıb ayaq üstə başı uca, varlığıyla bu gün dünyaya meydan oxuyur Azərbaycan. İyirmi ildən çoxdur ki, hissə-hissə canımızdan can qopardılar. Naxçıvanı boynu bükük qaldı bir kənarda, Qarabağı qan ağlayır gecə-gündüz. Düşmən tapdağında sızıldayır gecə-gündüz hər daşımız, çınqılımız.
Xalqım elə dirəndi ki, bu savaşda tarixə "Xocalı"adlı qanlı soyqırım imza atdı. O ağrı- acılı illərdən bu yana xatirələr qalıb. Həm yada düşəndə gözlərdən sellər axıdan, həm o tarixdə ürəyimizi sızladan kadrlar qaldı dözüb baxa bilmədiyimiz... Dəhşət idimi, vəhşət idimi, yoxsa hər ikisi. Dünya susdu buna görməzcəsinə... Nə Xocalıya, nə Zəngilana, nə basılmaz Şuşaya, nə laçınlar yuvası Laçına, nə Qubadlı, nə Cəbrayıla, nə Füzuliyə nə də Ağdama hay verən olmadı. Dünya susdu qan içində boğulan bu fəryada. Harayına yetişmədi insan oğlu. Şəhid qanı ilə boyandı, gecəmiz gündüzümüz bir rəng oldu. Bu gün, yəni 1993-cü il 29 oktyabr günü işğal olunan rayon Zəngilandır. Adının tarixi etimoloji mənasına nəzər yetirsək bir neçə mənası çıxır ortaya. Zəngin alanlar, zəngli ilanlarla dolu yer. Yəni gilan, ilanlarla dolu yer, zəngin yer. Ermənilər buranın təbiətini alçaqcasına zəhərləyənədək Zəngilan çox bərəkətli zəngin rayon imiş. Əslində 1988-ci ildən hücumlara məruz qalsa da bu rayon düz beş il igidcəsinə düşmən gülləsinə sinə gərib.
Əvvəlcə kəndləri bir-bir müharibə ocağına dönüb. Yaxşı silahlandırılmış düşmən get-gedə kəndləri yandırıb, insanları vəhşicəsinə, böyük-kiçik, yaşlı-uşaq demədən qətlə yetiriblər. Beş il ərzində yavaş-yavaş Zəngilanı mühasirəyə alıblar. Sonuncu bir damla ümidi ölənədək yardım yolu gözləyib canım yurdum. Gözləri yolda igid oğullarını, onu iyrənc məxluqlardan xilas edə biləcək birilərini gözləyib. Lakin nə fayda?! Heç kim yetmədi imdadına. Getdikcə şiddətlənən azğın düşmənin qarşısını tərkisilah olunmuş camaat ala bilmirdi. Gizlincə qoruyub saxlanılmış bir neçə ov tufəngi ilə dayana bildiyi qədər dözdü camaat. Yazıq camaat, dirəndi dirənə bildiyi qədər. Getməyə yol da qalmamışdı. Dəmir yolu Ermənilər tərəfindən tutulmuş, hər gün şəhid, əsir xəbəri ilə yaşayırdı camaat. Silahlarda mərmi bitənədək dözdü sakinlər. Daha bir Xocalı faciyəsi yaşanmasın deyə Araz çayına üz tutdu camaat. Daha bir rayonumuz düşmən əlinə keçdi. Xarabazara çevirdilər gül qoxulu yurdumu, bir daş daş üstə qoymadılar, qisas alırcasına. Viran etdilər Zəngilanımı.
Bağrına neçə-neçə dağ çəkdilər yurdumun. Heç kim dözməzdi, ancaq dünya dözdü. Dünya günahsız körpələrin vəhşicəsinə qətlə yetirilməsinə, qadınların qızların əsir düşməsinə göz yumdu. Niyə? Nə üçün? Bu sual qarşısında həmişə acizəm, bundan sonra da cavab verəbiləcəyimə inanmıram. Dünya və Avropa üzrə birinci yerdə olan qiymətli meşələri dığaların zimmətinə keçdi. Qoruqları talandı, abidələri söküldü, yandırıldı. Zəngilan da bu cür getdi əlimizdən. Tariximizi məhv edib guya bizi tarixdən silmək istəyir bu başıboşlar. Türk tarixin özüdür, siz zavallı kütbeyinlər bilmirsiniz?! Bu dığaların əllərində satqın barmağı olmasaydı ermənilər nəinki Qarabağda olardılar, hətta yer üzündə qalardılarmı? İnanmıram. Allah canından keçən bütün soydaşlarımıza şəhidlik zirvəsi nəsib etsin inşaAllah. Bu gün ya da sabah mütləq bizim olacaq bizdən qoparılanlar!
XƏBƏR LENTİ
XİN İrəvana cavab verdi
Azərbaycanda uşaqları internetin mənfi təsirindən necə qorumalı?
2018-2019 Payız/Qış saç trendləri
Feysbuk 300 mindən çox üzvü olan 120 aktiv qrupu ləğv etdi
Adriana ABŞ vətəndaşı oldu
Ulduz cütlük koronavirusa yoluxdu
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Məktəbli formaları indi neçəyədir?
Sobada ətli badımcan kababı (foto-resept)
Haydi Klum keçmiş ərini məhkəməyə verdi
Napalyon tortu (foto resept)
Heydər Əliyevin vəfatından 11 il ötür
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Ən etibarlı qadın üzü
Günün qoroskopu: bu əməli unutmayacaqlar
MTV Video Music Awards 2020 qırmızı xalça
Google şirkəti reklamın yerlərini artırır
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Günün qoroskopu: Münasibətləri gərməyin
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
18 qadından 22 uşağı var
Dünyanın cavab verə bilmədiyi uşaq
Maaşı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq
Saçlarınıza zərər verməyin
Xarici turistlər bölgələrə axın etməyə başladı
8 Marta özəl boyunbağılar
Martda çox isti olacaq
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Təmizliyə kömək edən vasitələr
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Meyvələrdən canlı obrazlar yaratdı
Dizi ağrıyanlar üçün
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
İt cinsləri və xarekterləri
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Mətbəx mebelləri
Google+-un "beyni" işdən gedir
Münasibətlərdə 100 həqiqət!
Günün ulduz falı
Öləndən sonra barmağı kəsilən dahi
Uzun illər qıtlıq gözlənilir
Xanımlar üçün xüsusi qidalanma
Mayda bağlanacaq yollar
Məşhurların 14 fevral paylaşımları
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Mədə kiçiltmə əməliyyatı
Depressiyanıza səbəb yediklərinizdir!
Azam Ali – Ov
- ŞƏRHLƏR