Əziz xanımlar, ədviyyatlar mövzusunu davam etdirirəm.
ZƏFƏRAN--Bədənə istilik verir, quruducu xassəsi vardır. Əhval-ruhiyyəni olduqca yaxşılaşdırır. Diqqəti qüvvətləndirir, sidikqovucu təsirə malikdir, ağciyərləri və nəfəs yollarını möhkəmləndirir, qaraciyər və dalaq fəaliyyəti pozulması hallarında faydalıdır. Yuxugətirici xassəyə malikdir. Zəfəran ayrı-ayrı dərmanların təsirini bədənin orqanlarına daha tez çatdırır. Bal ilə zəfəran yemək böyrək daşı olan xəstələr üçün münasibdir. Onun başa qoyulan təpitməsi soyuqdan törənmiş baş ağrısı və yuxusuzluq üçün faydalıdır. Ancaq iştahanı zəiflədir, buna qarşı cirə və iskəcəbi işlətmək məsləhətdir.
Zəfəran yağı isidici və quruducu xassəyə malikdir. Sinir sistemini sakitləşdirir, yuxu gətirir. Onu almanın içini oyub oraya doldurur, difteriya, sətəlcəm və ürək döyüntüsü zamanı iyləyirlər.
ZƏNCƏFİL--Bədənə istilik verir, quruducu xassəyə malikdir. Həzmi gücləndirir, mədə və bağırsaqda toplanmış qazları özünə hopdurur, rütubəti qurudur, qaraciyər və mədəni möhkəmləndirir, yaddaş üçün faydalıdır. Soyuqdəymələrdə, iflic və sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə malikdir. Yarıbişmiş yumurta sarısını zəncəfil ilə yemək sperma yaradır, püstə ilə işlətmək cinsi fəaliyyəti gücləndirir.
SARIKÖK--Bədənə istilik verir. Qaraciyər fəaliyyəti pozulduqda və sarılıq hallarında faydalıdır. Sarıkökü çeynəmək diş ağrısını sakitləşdirir.
İSTİOT--Bədənə istilik verir. Quruducu və həzm sürətləndirici xassəsi vardır. Zəhərlərə qarşı əks təsir göstərir.
İstiot işlətmək bəlğəmi kəsir, öskürək, təgənəfəslik üçün münasibdir. Mədə-bağırsaqlara qaz toplanması, sancı hallarında müsbət təsir göstərir. Xörəkdə istiot işlətmək hafizəni gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətifləndirir, onları isti saxlayır. Onu qaynadıb gülab ilə qarışığını başa sürtmək zökəmə qarşı faydalıdır. Ancaq çox istiot işlətmək böyrək, qaraciyər, daxili orqanların fəaliyyətinə və sidik yolları xəstəliklərinə ziyandır.
HİL--Bədənə istilik verir, quruducu xassəsi vardır. Həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu ətirli edir. Hil işlətmək mədə xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı münasibdir. Onu toz halında buruna çəkərək asqırmaq müxtəlif səbəbdən törənmiş baş agrılarını sakitləşdirir.
DƏFNƏ YARPAĞI--Suda qaynatdıqdan sonra sirkə ilə qatıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Onun tumlarını işlətmək yaddaşı gücləndirir, təngənəfəslik və öskürək üçün faydalıdır. Mədədə və bağırsaqlarda qəliz qazların toplanması, sancı, qulunc, qaraciyər və böyrək xəstəliklərinə, dalaq, bel və oynaqlarda olan ağrılara qarşı müalicə əhəmiyyəti daşıyir. Dəfnə toxumunun yağı damarları genişləndirir, sinir sistemi fıaliyyəti üçün münasibdir, sulu zökəmə qarşı faydalıdır.
Əziz xanımlar, təbiətin bizlərə bəxş etdiyi hər nemətin qədrini bilmək və ondan faydalanmaq lazımdır!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında
- ŞƏRHLƏR