Tibbdə xerostomiya olaraq bilinən ağız quruluğu tüpürcəyin dərman, xəstəlik və ya müalicə ilə əlaqədar olaraq anormal şəkildə azalmasıdır. Tüpürcək azlığı ilə əlaqədar olan ağız quruluğu ciddi bir problemin xəbərçisi ola bilər. Azalan tüpürcək udqunmağı çətinləşdirir. Dadalma qabiliyyətini də azaldır və dişlərin çürüməsinə səbəb olur.
Çoxalan və ya azalan tüpürcəyi bir sıra amillər yaradıb gücləndirə bilir. Bu səbəblərə qısa bir nəzər salaq:
- Reseptli və ya reseptsiz istifadə edilən dərmanlar. Bunlara antistress, antihistamin, yüksək təzyiq dərmanları, ishal dərmanları, əzələ yığıcı və parkinson xəstəliyi üçün istifadə olunan dərmanlar və s. aiddir.
- Anemiya və diabet kimi mütəmadi davam edən xəstəliklər.
- Xərçəngin müalicəsi. Kimyəvi terapiya dərmanları tüpürcəyin tərkibini və miqdarını dəyşdirə bilər. Baş və boyun nahiyəsinə tətbiq edilən radiasiya (şüa) tüpürcək vəzlərinə təsir edir.
- Revmatoid artrit, dəridə xronik qalınlaşma və sərtləşmə.
- Tüpürcək vəzlərində infeksiya.
- Tüpürcək kanallarında yaranan daş və şişdən qaynaqlanan tutulma.
- Normal yaşlanma dövrü və stress.
- Siqaret çəkmək, tütün çeynəmək.
Ağız quruluğuna yaşlılarda çox tez-tez rast gəlinir. Onun səbəbini tapmaq əslində çətindir. Buna görə də bu cür problemi olanlar bir sıra laboratoriya testlərindən keçməli olur.
Əgər bu tip əlamətlər sizdə də varsa, mütləq müayinə olunmaq üçün həkimə müraciət edin:
- Ağızda quruluq.
- Tüpürcəyin ip, sap kimi olmağı.
- Ağız qoxusu.
- Danışarkən və udqunarkən çətinlik çəkmək.
- Boğaz ağrısı.
- Dadalmada dəyişikliklərin baş verməsi.
- Ağızda göbələk infeksiyası.
- Dişlərdə çürümə və diş əti xəstəlikləri.
- Qadınlarda dodaq boyasının dişlərə yapışması.
Ağız quruluğunun səbəbi təqin edildikdən sonra onu müalicə etmək asan olur. Əgər ağız quruluğunun səbəbi qəbul edilən dərmanlardırsa, bu zaman həmin dərmanlar digərləri ilə dəyişdirilməlidir. Əgər səbəbi tüpürcək kanallarının tutulmasıdırsa, onda bu tutulmanın səbəbi aşkarlanmalı və müalicə edilməlidir. Diabet və anemiya kimi xəstəliklər daim nəzarət altında saxlanıldıqda ağız quruluğu probleminin də qarşısını almaq olur. İndiki dövrdə bu problemi həll etmək üçün hətta yeni dərmanlar da hazırlanıb.
- Kofeindən uzaq durun.
- Ftorlu diş məcunu işlətməyin.
- Spirtli qarqara qarışımından uzaq durun.
- Gün ərzində bol su için.
- Aptekdən reseptsiz satılan tüpürcək dərmanlarından istifadə etmək olar. Tərkibində karboksimetil seluloz və ya hidroksietil seluloz olan dərmanlardan istifadə etmək daha yaxşı olar.
- Reseptsiz alına bilən antihistamin dərmanlar qəbul edilməməlidir.
- Ağızla deyil, burunla nəfəs alınmalıdır.
- Yatılan otağı nəmləndirmək olar. Buxar cihazından istifadə edə bilərsiniz.
Bu problemin həllinə akupunkturun (iynə batırma) da kömək etdiyi hallar var. İstəyən bu üsuldan da istifadə edə bilər.
Müayinə zamanı diqqətli olmaq lazımdır. Xəstə həkimdən istifadə etdiyi dərmanların bu problemin qaynağı olub-olmadığını soruşmalıdır. Bu tip narahatlığı olan insanlar ağız təmizliyinə riayət etməli və mütəmadi olaraq diş həkiminə getməlidir.
XƏBƏR LENTİ
Tanınmış obrazlar fərqli qələmdən
Azərbaycanda "Hepatit" virusuna yoluxanların sayı azalıb
Saat kişinin xasiyyətini büruzə verir
Qəbul imtahanlarının pullu olacağı xəbərinə nazirdən REAKSİYA
Möhtəşəm yataq otaqları
5 real həyat hekayəsi
Ayaqqabı modelləri
Azərbaycanlı ailələr qidaya nə qədər pul xərcləyir?
Təbii fəlakətlər və uşaqlar
Çempionlar Liqasının ən dəqiq komandası
Günün qoroskopu: təmkinli və səbrli davranın
DİQQƏT! Bakının bu hissələrində SU OLMAYACAQ!
Asiya salatı (foto resept)
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Ananaslı piroq (foto resept)
BÜRCLƏR bizə nə vəd edir? - 1 MAY
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
Bakının mərkəzindəki gülməli haldan yazdıq, problemi həll etdilər
İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı
Uşaqlara əsəbləşəndə
Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb
Yaşamağa yardım edən həyat devizim (Son)
Niyə yaxşı ola bilmirik?
Niyə kökələ bilmirik?
Məkkə Məşhədə iqtisadi savaş açdı
Ən gözəl qış ətirləri
Forel balıqlı salat-kokteyl (foto resept)
Adel şirkətinə 22 milyon manat qazandırıb
Kəlbəcərin düşmən tapdağından azad edilməsi “Anadolu”da - VİDEO
İdmandan sonra gözəl görünmək üçün...
Zövqlü hicab modelləri
Bu gün Günəş tutulacaq
Çində güclü zəlzələ
Payız aylarında izləyə biləcəyiniz filmlər
Qorxulu hellouin tortları
305 kq arıqladı və ...
Məşhurların qaşlarındakı dəyişiklik
Rusiyanın ən yaxşı müğənnisi Emin oldu- FOTO
Qızıl 6 dollar bahalaşdı
Bazar ertəsinin HAVAsı
Bijuteriyalar
Tək rəng köynəkləri necə kombin etməli?
Artıq ana oldum...
Con Terrinin taleyi bəlli oldu
İdman etməyənlər üçün dartınma hərəkətləri
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Yaponiyada 3800 nəfəri gun vurdu
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Ermənilər necə silahlandırılır?
FHN-nin əməkdaşları xidməti mənzillərlə təmin olunublar
- ŞƏRHLƏR