Klimaks nədir?
Klimaks xəstəlik yox, sindromdur. Klimaks aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar. Klimakterik dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir.
Klimakterik sindromun ilkin əlamətləri
Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20-yə çatmaqla, 30 dəqiqə davam edir. Dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir. Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və o, tez-tez hirslənir. Bütün bunlar klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır. Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki, klimakterik dövrdə sümük yumşalır və bədəndə sınıqlar əmələ gəlir. Həkim-ginekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal dərmanlarla müalicə olunmağı məsləhət görür. Klimaks dövründə qadın eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir. Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez ginekoloqa müraciət etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik dövrdə ginekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq həvəsi versin.
Klimakterik dövrdə yaranan xəstəliklər
Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma riski artır. Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından şikayətlənirlər. Həkim-ginekoloqlar bunun normal olduğunu bildirirlər. Bu qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil. Qadınların 70 faizində bu qızartılar vaxt keçdikcə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır. Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır.
Klimakterik dövrdə qidalanmaya diqqət
Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər, bu isə çox təhlükəlidir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.
Erkən klimaks
Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Erkən klimaks normal hal deyil. Bəzən 30 yaşında klimaks dövrünə girən xəstələr olur. Bu, insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeterianlarda da klimaks dövrü erkən başlayır və çox ağır keçir.
Kişilərdə də klimakterik dövr olur
El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir.
Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir. Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan, 20 % isə amneziyadan əziyyət çəkir.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR