
Hər bir xanım kimi həmişə formada olmaq, incə görünmək mənim də arzum olub.
Ailə quranadək çəkim daim 48-56 kq arasında dəyişib. Ailə qurduğum vaxtı 48 kq çəkim vardı və bu rəqəm durmadan artırdı. Hamiləliyimin əvvəlində 54 kq idim. Hamiləliyin sonunda isə artıq 78 kq çəkidə idim. Aldığım 24 kq sözün əsl mənasında mənə əziyyət verirdi. Bu, məndə çox böyük kompleks yaratmışdı.
Hamiləlik zamanı gecə-gündüz bilmədən daim yeməyə vərdiş etdiyimdən yeməklərimi birdən-birə azalda bilmədim. Həm də bunun orqanizmimə çox böyük zərər verəcəyini bilirdim. 6 ay ərzində rasionumdan təkcə çox yağlı yeməkləri və bir-iki şirniyyatı çıxara bildim. 6-cı ayın sonunda çəkim 76 kq idi. Bu vaxt mən düşündüm ki, mən mütləq artıq çəkilərimdən qurtulmalıyam. Əvvəl geyindiyim (54 kq olduqda) ən sevimli donumu qarşıma qoydum və qərar verdim: "Mən səni oğlumun 1 yaşı tamam olan günü geyinəcəm!" Məqsədimə çatmaq üçün qarşıda 6 ayım var idi.

Sevimli Qadın.Netlilər, bir vacib nüansı qeyd edim ki, siz arıqlamaq istəyirsinizsə, ilk öncə buna əmin olmalısınız. Çəki atmağın sizin üçün lazım yox, vacib olduğunu qərar verdikdən sonra qarşınıza məqsəd qoymalısınız. Məqsədsiz heç nə əldə edə bilməzsiniz. Əgər arıqlamaq məqsədiniz yoxdursa, onda formada olmağı da unudun.
Arıqlamaq prosesinə aclıq aksiyası, işgəncə kimi yox, sonunda hədiyyəsi olan bir oyun, əyləncə kimi yanaşmaq lazımdır. Daim yaxşı əhval-ruhiyyədə olmalıyıq. Düzdür, bu çox çətindir, amma öhdəsindən gəlməliyik. Axı bu bir əyləncədir...
1-ci mərhələ: Səhər yuxudan oyanan kimi 1 stəkan otaq temeraturunda olan su içdim. Yemək arası yediyim bütün yeməklərdən imtina etdim. Süfrəni hazırlayarkən çörəyin kənarını qoparıb yeməkdən, salatdan bir az yeməkdən və s.-dən imtina etdim. Ancaq yemək zamanı süfrədə oturdum, doyunca yedim və qalxdım. Süfrədə müxtəlif turşuları bolluca göy-göyərti əvəz etdi. Yemək arası acından əsəbləşdiyim vaxtlarda peçenye və şokolad əvəzinə meyvə və bol-bol su içdim. İlk günlər fikrim ancaq yeməkdə, gözüm saatda qalırdı ki, nə vaxt yemək yeyəcəm. Artıq 10-12 gündən sonra arada yediyim yeməklər heç meylimdən belə keçmirdi. Ən çətin dönəm bu idi. Bu dövrü siz də keçə bilsəniz, demək yolun yarısını gəlmisiniz. Özünüzü mükafatlandırın. Aclığa dözə bilmədiyim vaxtlarda xəyalən sevimli paltarımı və yemək istədiyimi yanaşı qoyar, aralarında seçim edərdim və bir stəkan su içməklə üstünlüyü paltarıma - məqsədimə verərdim.
2-ci mərhələ: Həmişə yediyim yeməyin 1/3-i qədər yedim. Az sonra bu qədər yeməyə də öyrəşdikdən sonra yeməyin yarısından imtina etdim. Bu zaman yediyimi çox çeynəyirdim. Bir növ özümü aldadırdım ki, guya həmişəki qədər yeyirəm. Bundan sonra ara-sıra acı (tünd) şokoladla çay içməyə özümə icazə verirdim.
3-cü mərhələ: Bütün bunların sonunda çəkim 56 kq-dır. Atmaq istədiyim cəmi 2 kq çəkim var. İdman etməklə bu çəkidən də qurtulacağam. Əslində bu 2 kq-ı da bol su içməklə yox edə bilərəm. Ancaq istədiyim formanı əldə etmək üçün idman mütləqdir. İdman dedikdə halqa çevirməyi nəzərdə tuturam. Gündəlik 20 dəqiqə halqa çevirmək yetərlidir.
Yeməyimi azaltdığım bir vaxtda ayda ən azı 2 dəfə saç, üz maskaları edirdim. Çünki çəki azaldıqca lazımsız yağlarla birgə lazımlı mineral və vitaminləri də itirirdim. Dərimin solğun, saçlarımın cansız olmasını isə istəmirdim. Maskaları etməsəm, sonda arıq olacaqdım düzdür, amma… baxımsız saçlarım və pis vəziyyətdə olan dərim də olacaqdı. Bu isə mənə lazım deyildi.![]()

Sonda sizə məsləhətim budur ki, arıqlamaq istəyinizi hec kəsə deməyin. Heç kimə “Arıqlamışam?” sualını verməyin. Ətrafdakılar sizə özləri bunu deyəcəklər. Pəhrizə başladığınız andan tərəzini və metrəni evdən kənarlaşdırın. Gündə bir dəfə tərəziyə çıxmayın. Gün ərzində içdiyiniz su marketlərdə satılan bulaq suyundan olsa daha yaxşı olar. Çünki bizə canlı - qaynanmamış su lazımdır. Evə gələn suyun tərkibində bir çox lazımsız elementlər var. Belə suyu çox içmək olmur.
Sevimli xanımlar, mən 22 kq çəkiyə 3 aydan az bir vaxtda "əlvida" dedim. Oğlumun 1 yaşına isə hələ təqribən 3 ay vaxt qalır. Sizə Allahdan cansağlığı və gözəl qalmağı arzu edirəm.![]()
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Möhsün Sənani
Dünyadakı analar
Sizi "tox" saxlayacaq 7 qida
Sukerberq planetin 5-ci varlısı oldu
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Prezident İlham Əliyev əlil və şəhid ailələrini sevindirdi
Bakteriyalar
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq
Əmək kitabçaları tarixə qovuşur
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Ayağınız şişir?-həkim XƏBƏRDARLIQ EDİR
İlanları tutan uşaq hər kəsi qorxutdu-FOTO
2015 bahar modası trendi
İnternetdə böyük fasilə oldu
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Sabahın HAVAsı
Qaraçıların pulla bağlı qəribə inancları
Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
"Real Madrid" "Barsa"nın rekordunu qırdı
5 stildə saç yığımı
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Göz həkimləri niyə eynək taxır?
Vikipediya-nın "ata"sına mükafat verildi
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Xəzərdə neftçi meyiti tapıldı
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Cazibədar qadın olmaq üçün
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Kirvənin qızı ilə evlənmək olmaz?
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Müəllimləri izləyən xəstəliklər
Milli Kino Günü qeyd olunacaq
Azərbaycanda ali təhsildə yenilik
İtaliyanın ən yaxşıları seçildi
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Mars və Yer bu həftə maksimum yaxınlaşacaq - Təhlükə, yoxsa...
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Poğaça (foto resept)
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
Qabarıq saçlar üçün maska
İrina Şeykin Nyu-Yorkdakı evi diqqət çəkdi- FOTO
Baxımlı qadının 18 gözəllik vərdişi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]