Yay mövsümü xanımlara dənizi, hovuzu, günəşi və təəssüf ki, həm də sellüliti xatırladır. Qış aylarında sellülitlə mübarizə etmək ağlınıza gəlməmiş ola bilər. Yayda çimərlik geyimi və şort geyməyə başlayan zaman acı gerçək qarşınıza çıxacaq. Amma sellülit əlamətlərinin yay aylarını sizə zəhər etməsinə icazə verməyin.
Sellülitinizi aradan qaldırmaq üçün bir çox variant var. Amma, şübhəsiz, hər kəsin büdcəsi bu müalicələrin dəyərini ödəməyə kifayət etməyə bilər. Bundan başqa, işləyən xanımlara bu müalicələrə zaman ayırmaq da çətin ola bilər. Müəyyən seansla başladığınız müalicə zamanı müəyyən işlər ortaya çıxa bilər. Uzun müddət davam edən müalicələri icra etmək təbii ki, asan deyil. Amma istəyiniz varsa, hər şəraitdə özünüzə daha yaxşı baxa bilərsiniz. Bu gün sizə təbii yağlarla özünüzə necə sellülit masajı edə biləcəyinizi izah edəcəyəm.
Həm anti-sellülit kremlərinin, həm də efir yağlarının toxumalara təsiri masajla qat-qat artır. Aşağıda təsvir etdiyim bütün hərəkətləri əvvəl bir, sonra digər ayağınıza tətbiq edin.
* Yatağınızın üzərində və ya yerdə təmiz bir örtüyün üzərində oturun. Əvvəl ayaqlarınızı yüngülcə özünüzə doğru çəkin. Sonra əllərinizi bir ayağınızın iki tərəfini tutacaq şəkildə yerləşdirin. Budlara qədər bütün ayağınızı enerjili bir şəkildə ovmağa başlayın. Ayaqdan başlayaraq baldırlarınızdan yuxarı doğru diz qapağının ən üstünə qədər ovmağa davam edin. Qan dövranını canlandıran bu hərəkəti 10-15 dəfə təkrar edin.
* Daha sonra ritmik hərəkətlərlə budlarınızdakı ətinizi sıxıb buraxın. Bu hərəkətlər budları möhkəmləndirir və dərinizin hamarlaşmasına kömək edir
* Sonra sağ və sol əllərinizlə ardıcıl şəkildə budlarınızı yenidən ovun. Dizlərdən başlayaraq budlarınıza qədər davam etdirin.
* Diz qapağının ön və xarici hissəsinə dayanmadan zəif yumruqlar vurun. Bu hərəkətlər qan dövranının dərinin üst təbəqələrinə qədər çıxmasını təmin edər.
* Dizin ətrafını yüngülcə ovun, sonra barmaq uclarınızla diz qapağının ətrafına dairəvi dairələr çəkərək yüngülcə masaj edin. Sonda dizin arxasını da yuxarı doğru yüngülcə ovun.
* Son olaraq yenidən hər iki əlinizlə baldır əzələsini yüngülcə sıxın. Əzələni sümükdən kənara doğru sıxıb buraxın, sonra yüngülcə ovun. Ayağın arxasından yuxarı doğru çıxarkən bir əliniz digəri ilə ardıcıl hərəkət etməlidir.
Bir-birindən gözəl qoxuları olan bitki mənşəli yağlar dəriyə asanlıqla hopur. Bu yağların maddələr mübadiləsini və qan dövranını nizamladığı, bədəndə yığılan toksinlərin atılmasını asanlaşdırdığı, insana gümrahlıq verdiyi çox köhnə zamanlardan bəri bilinir. Sellülit problemləri üçün hazırlanan qarışıqlar qan dövranını sürətləndirərək, yağların parçalanmasına kömək edir. Parçalanan yağlar sidik vasitəsilə bədəndən atılır. Eyni zamanda bu yağlar dərimizi bəsləyər və möhkəmləndirər.
Sellülit yağının hazırlanması:
1 çay qaşığı küncüt yağı, 7-8 damcı portağal yağı, 7-8 damcı rozmarin yağı, 5-6 damcı melissa yağı, 6-7 damcı kəklikotu yağını təmiz qabda qarışdırın. Bu qarışımı azca qızdırın. Bu masaj yağından aşağıdakı kimi istifadə edilməlidir: Sellülitli hissəni bu yağla yüngülcə masaj edin. Tam yedizdirdikdən sonra həmin hissəni kisə vasitəsilə dərinizi çox qızartmamaq şərtilə 10-15 dəqiqə masaj edin. Masaj bitdikdən sonra həmin hissəni bükün və ən azı 20 dəqiqə idman hərəkətləri edin. İdman bitdikdn sonra həmin hissəni masaj etməklə yuyun. Bunu səhər və axşam olmaqla həftədə 2 dəfə etməlisiz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR