Qarın bölgəsindəki yağlardan xilas olmaq bəzən darıxdırıcı və çətin ola bilər. Bu mənada sizə bəzi tövsiyələr vermək istərdim. Qarın əritmək üçün ən önəmli idmandır. Buna görə də mütləq idman hərəkətləei etməlisiniz.
Pilates: bu idmanla qarın bölgəsi, kürək güclənir və tarazlıq qazanır. Beləcə, vücudunuz gücləndirmə hərəkətləri sayəsində sürətlə inkişaf edər. Başladıqdan bir neçə həftə sonra təsirlərini görəcəksiniz. Qarın məşqinə başlamadan əvvəl nəfəsinizi doğru alıb-verməyi öyrənməlisiniz. Daha müvəffəqiyyətli nəticələr əldə etmək istəyiriksə, idmanın qaydalarına riayət etməliyik. Əgər bunları tətbiq etsəniz, xəyalınızdakı incə qarına yaxınlaşmış olacaqsınız.
Yaz gəldi deyə məşqlərə ara vermək olmaz. Qarın əridən 7 pilates məşqi ilə formaya düşə bilərsiniz. Gündə yalnız 10 dəqiqənizi ayırmaq yetər. Xanımlar, o zaman iş başına...
Məşq - 1
Dizləri 90 dərəcəlik bucaq altında bükün, əllərinizi boynunuzun arxasına qoyun, dirsəklər açıq olmalıdır. Qarnınızı və qabırğanızı yaxşıca içəri çəkin. Bu mövqedə nəfəs verərkən çiyinlərinizi yerə qoyaraq dizlərinizi başınıza doğru yaxınlaşdırın. 15 dəfə təkrarlayın.
Məşq - 2
Beli incəldən bu məşq üçün arxası üstə uzanın, ayaqları dizlərdən bükün, əllər boyun arxasında, dirsəklər açıq, çənə sinədən uzaqda olmalıdır. Hər nəfəs verdikdə bir ayağı uzadarkən digər ayağın dizini çarpaz olmaqla dirsəyinizə yaxınlaşdırıb, bədəninizin üst hissəsini yüngülcə həmin istiqamətə doğru çevirin. Hər iki istiqamətə 6 dəfə təkrarlayın.
Məşq - 3
Bu məşq xüsusilə qarındakı yağları əritməyə yarayır. Əllərinizlə başınızı dəstəkləyin. Dirsəklər sonuna qədər açıq olmalıdır. Ayaqlarınızı uzadın. Nəfəs alın, verərkən başı və dizləri bir-birinə yaxınlaşdırın. Nəfəs alarkən ayaqlar açıq, verərkən yığılmış halda olmalıdır. Hərəkəti 15 dəfə təkrarlayın.
Məşq - 4
Arxası üstə yatma mövqeyində qarnınıza doğru baxın və ayaqları dizlərdən bükün. Nəfəs alıb-verərkən qarnı içəridə tutaraq kürəyin üst qismini yerdən qaldırın, bir əlinizlə ayağın iç qismini, digəriylə çöl tərəfini tutun, digər ayağınızı uzadın. Hər nəfəs verərkən ayağınızı dəyişdirin. Hər iki ayaqla 5 dəfə olmaqla, cəmi 10 dəfə təkrarlayın.
Məşq - 5
Ayaqlar aşağıda düz, qarın içəridə, gözlər yuxarı baxır, əllər yanlarda olmalıdır. Ayaqlar aşağıdaykən nəfəs alın. Bir ayağı düz halda yuxarı qaldırarkən nəfəs verin. Ayağı dəyişdirərək nəfəsinizlə birlikdə hər iki istiqamətə 15 dəfə təkrarlayın.
Məşq - 6
Bu məşq bütün qarın əzələlərini işlədir, beli incəldir. Oturun, kürək düz, qollar bir-birinə paralel irəlidə olmalıdır, dizlərinizə baxın. Bu mövqedə nəfəs alın. Nəfəsinizi verərkən qolları yanlara açaraq geriyə dönün. İlk mövqeyə dönüb, digər istiqamətə təkrarlayın. 15 dəfə etmək lazımdır.
Məşq - 7
Arxası üstə uzanın, ayaqları düz şəkildə yuxarı uzadın, qollar yanlarda, qarına doğru baxın. 5 dəfə nəfəs alıb, 5 dəfə nəfəs verərkən qollarınızla yerə doğru qısa itələmə hərəkəti edin. Əllərinizi suya vururmuş kimi yelləyin. Əgər çətinlik çəkirsinizsə, dizlərinizi 90 dərəcəlik bucaq altında bükərək məşq edə bilərsiniz. Hərəkəti 10 dəfə təkrarlayın.
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR