Qadin.NET / Ebru Şallıdan qarın əridən 7 hərəkət

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Qarın bölgəsindəki yağlardan xilas olmaq bəzən darıxdırıcı və çətin ola bilər. Bu mənada sizə bəzi tövsiyələr vermək istərdim. Qarın əritmək üçün ən önəmli idmandır. Buna görə də mütləq idman hərəkətləei etməlisiniz.

Pilates: bu idmanla qarın bölgəsi, kürək güclənir və tarazlıq qazanır. Beləcə, vücudunuz gücləndirmə hərəkətləri sayəsində sürətlə inkişaf edər. Başladıqdan bir neçə həftə sonra təsirlərini görəcəksiniz. Qarın məşqinə başlamadan əvvəl nəfəsinizi doğru alıb-verməyi öyrənməlisiniz. Daha müvəffəqiyyətli nəticələr əldə etmək istəyiriksə, idmanın qaydalarına riayət etməliyik. Əgər bunları tətbiq etsəniz, xəyalınızdakı incə qarına yaxınlaşmış olacaqsınız.
Yaz gəldi deyə məşqlərə ara vermək olmaz. Qarın əridən 7 pilates məşqi ilə formaya düşə bilərsiniz. Gündə yalnız 10 dəqiqənizi ayırmaq yetər. Xanımlar, o zaman iş başına...

 Məşq - 1

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Dizləri 90 dərəcəlik bucaq altında bükün, əllərinizi boynunuzun arxasına qoyun, dirsəklər açıq olmalıdır. Qarnınızı və qabırğanızı yaxşıca içəri çəkin. Bu mövqedə nəfəs verərkən çiyinlərinizi yerə qoyaraq dizlərinizi başınıza doğru yaxınlaşdırın. 15 dəfə təkrarlayın.

Məşq  - 2

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Beli incəldən bu məşq üçün arxası üstə uzanın, ayaqları dizlərdən bükün, əllər boyun arxasında, dirsəklər açıq, çənə sinədən uzaqda olmalıdır. Hər nəfəs verdikdə bir ayağı uzadarkən digər ayağın dizini çarpaz olmaqla dirsəyinizə yaxınlaşdırıb, bədəninizin üst hissəsini yüngülcə həmin istiqamətə doğru çevirin. Hər iki istiqamətə 6 dəfə təkrarlayın.

Məşq - 3

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Bu məşq xüsusilə qarındakı yağları əritməyə yarayır. Əllərinizlə başınızı dəstəkləyin. Dirsəklər sonuna qədər açıq olmalıdır. Ayaqlarınızı uzadın. Nəfəs alın, verərkən başı və dizləri bir-birinə yaxınlaşdırın. Nəfəs alarkən ayaqlar açıq, verərkən yığılmış halda olmalıdır. Hərəkəti 15 dəfə təkrarlayın.

Məşq - 4

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Arxası üstə yatma mövqeyində qarnınıza doğru baxın və ayaqları dizlərdən bükün. Nəfəs alıb-verərkən qarnı içəridə tutaraq kürəyin üst qismini yerdən qaldırın, bir əlinizlə ayağın iç qismini, digəriylə çöl tərəfini tutun, digər ayağınızı uzadın. Hər nəfəs verərkən ayağınızı dəyişdirin. Hər iki ayaqla 5 dəfə olmaqla, cəmi 10 dəfə təkrarlayın.

Məşq - 5

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Ayaqlar aşağıda düz, qarın içəridə, gözlər yuxarı baxır, əllər yanlarda olmalıdır. Ayaqlar aşağıdaykən nəfəs alın. Bir ayağı düz halda yuxarı qaldırarkən nəfəs verin. Ayağı dəyişdirərək nəfəsinizlə birlikdə hər iki istiqamətə 15 dəfə təkrarlayın.

 

Məşq - 6

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Bu məşq bütün qarın əzələlərini işlədir, beli incəldir. Oturun, kürək düz, qollar bir-birinə paralel irəlidə olmalıdır, dizlərinizə baxın. Bu mövqedə nəfəs alın. Nəfəsinizi verərkən qolları yanlara açaraq geriyə dönün. İlk mövqeyə dönüb, digər istiqamətə təkrarlayın. 15 dəfə etmək lazımdır.

Məşq - 7

Ebru Şallıdan qarın əridən 7 hərəkət

Arxası üstə uzanın, ayaqları düz şəkildə yuxarı uzadın, qollar yanlarda, qarına doğru baxın. 5 dəfə nəfəs alıb, 5 dəfə nəfəs verərkən qollarınızla yerə doğru qısa itələmə hərəkəti edin. Əllərinizi suya vururmuş kimi yelləyin. Əgər çətinlik çəkirsinizsə, dizlərinizi 90 dərəcəlik bucaq altında bükərək məşq edə bilərsiniz. Hərəkəti 10 dəfə təkrarlayın.

1 aprel 2013
GO BACK