Kələm şorbası pəhrizi
Çəkisi çox olan ürək xəstələrinin əməliyyatdan əvvəl qısa müddətdə arıqlamaları lazımdır. Bu pəhriz onlar üçün xüsusi olaraq hazırlanmış mükəmməl bir pəhrizdir. Bu pəhriz sayəsində hər kəs artıq piylərin sürətli bir şəkildə yandığını hiss edəcək. Bu pəhriz bədəni zərərli maddələrdən təmizləyib, özünüzü daha sağlam hiss etmənizi də təmin edər. Bədəndəki yağları yandırma məqsədli olduğundan pəhriz zamanı spirtli içki qətiyyən qəbul edilməməlidir.
* Yağ yandırıcı şorba bu pəhrizin açarıdır. Nə qədər çox yesəniz, o qədər çox arıqlayacaqsınız.
* Pəhrizə tam olaraq əməl etsəniz, həftədə 4,5 və ya 8 kq arası çəki itirə bilərsiniz.
* Pəhriz müddətində yalnız göstərilən günlərdə yeməklər yeyiləcək.
* Bir həftədə 6,5 - 7 kq arıqlasanız, pəhrizə 2 gün ara verin. Sonra isə yenidən başlaya bilərsiniz.
* Əgər pəhrizi saxlamırsınızsa, o zaman şorbanı içməyin.
Yağ yandıran şorbanın resepti:
1 orta boy kələm
6 böyük soğan
1-2 pomidor
2 yaşıl bibər
1 dəstə cəfəri
Hazırlanması:
Tərəvəzləri kiçik-kiçik doğradıqdan sonra bir qazana tökün və üzərini örtənə qədər su əlavə edin. Duz, bibər və ya ət bulyonundan istifadə edə bilərsiniz. 10 dəqiqə güclü odda qaynatdıqdan sonra tərəvəzlər yaxşıca yumşalana qədər vam odda bişirin. Bu şorbanı hər acdığınız zaman yeyə bilərsiniz. İstədiyiniz qədər və istədiyiniz zaman yeyə bilərsiniz. Nə qədər çox yesəniz, bir o qədər çox arıqlayarsınız.
Amma bu çorbanı çox uzun müddət qəbul etmək olmaz. Çünki bu qidalanma pozğunluğuna gətirib çıxarar. Buna görə də digər pəhrizlərdə olduğu kimi, digər yeməklərlə birlikdə yeyilməsi lazımdır.
Pəhriz planı:
1-cu gün: Şorba və meyvə günü.
Banandan başqa hər cür meyvəni yeyə bilərsiniz. Ancaq unutmayın ki, qovun və qarpız digər meyvələrdən daha kalorilidir.
İçki olaraq dadlandırıcısız çay, qəhvə və bol su için. Çay və qəhvəyə süd və şəkər əsla qoymayın.
2-ci gün: Şorba və tərəvəz günü:
Şorbanın yanında hər cür tərəvəzi yeyə bilərsiniz. Çiy, qaynadılmış və ya konservləşdirilmiş, xüsusilə yarpaqlı tərəvəzləri yeyə bilərsiniz. Quru paxla, noxud və qarğıdalıdan uzaq durun. Axşam yeməyində özünüzə bir mükafat olaraq kərə yağlı, qaynadılmış və ya bişmiş kartof hazırlayın. Bu gün heç bir meyvə yeməyin.
3-cü gün: Şorba, meyvə və tərəvəz günü:
İstədiyiniz qədər şorba, meyvə və tərəvəz yeyə bilərsiniz. Üç gün ərzində pəhriz tam olaraq əməl etsəniz, özünüzü aldatmasanız 2,5 - 3 kilo arıqlamış olmanız lazımdır.
4-cü gün: Şorba, meyvə və tərəvəz günü (banan və yağsız süd daxil olmaqla):
Banan və yağsız süd qəbul etmək bu gün sərbəstdir. Şorbayla birlikdə ən çox 3 banan və istədiyiniz qədər yağsız süd içə bilərsiniz.
Banan və süd bədəninizi yüksək karbonhidratla təmin edəcək. Şirniyyata ehtiyacınızı azaltmaq üçün bu gün bədəninizin kalium, karbonhidrat, zülal və kalsiuma ehtiyacı olacaq. İstədiyiniz qədər şorba, meyvə, tərəvəz yeyə bilərsiniz. (Diqqət: ən çox 3 banan yeyə bilərsiniz)
5-ci gün: Ət, pomidor və şorba günü:
Bu gün mal əti yeyə bilərsiniz. Gün boyunca 300-600 qram ət və istədiyiniz qədər pomidor yeyə bilərsiniz. Bu gün 6-8 stəkan su için. Yalnız bir dəfə şorba yeyə bilərsiniz.
6-cı gün: Ət, yaşıl yarpaqlı tərəvəzlər və şorba günü:
İstədiyiniz qədər ət və tərəvəz yeyə bilərsiniz. Bu gün qətiyyən kartof yeməyin. Şorba ən az bir dəfə içiləcək.
7-ci gün: Kəpəkli düyü, meyvə suyu, tərəvəz və şorba günü:
Kəpəkli düyü, dadlandırılmamış meyvə suları və istədiyiniz qədər tərəvəz yeyə bilərsiniz. Düyünü şorbaya qata bilər və ya tərəvəzlə qarışdıra bilərsiniz.
Yeddinci günün sonunda əgər özünüzü aldatmamısınızsa, 4,5 ilə 8 kq arasında arıqlamış olacağsınız.
- Ət qeyd edilən gündə mütləq yeyilməlidir. Çünki orqanizmin yüksək zülala ehtiyacı var.
- Pəhriz zamanı qazlı içkilər (mədən suyu daxil olmaqla) içmək qəti qadağandır.
- Pəhriz saxladığınız günlərdə bol-bol adi su için.
- Yağsız süd yalnız qeyd edilən gündə içilməlidir. Normal pəhriz günlərində çay və ya qəhvəyə süd qatmaq qadağandır.
- Yaşıl yarpaqlı tərəvəzləri qəbul etmək daha məsləhətlidir. Çünki onlar çox faydalıdır. Məsələn, ispanaq, brokoli və s.
- Pəhriz zamanı qreypfurt yemək olar.
- Kartof günündə onun üzərinə doğranmış soğan, pomidor, kərə yağı, istiot və duz əlavə edə bilərsiniz.
Kələm şorbası pəhrizi zamanı diqqət etməniz lazım olan yeganə şey su içməkdir. Pəhriz zamanlı bədən sürətli şəkildə su itirəcək. Ona görə də bacardığınız qədər çox su qəbul etməlisiniz. Bu pəhrizi artıq saxlayan kəslər çox gözəl bilir ki, pəhriz zamanı kifayət qədər su qəbul edilmədikdə halsızlıq kimi hallar meydana gəlir. Ona görə də pəhriz zamanı bol su için.
Hər kəsə uğurlar!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR