Ata övladlarının gözündə istəkləri yerinə yetirən, cəsarətli, qorxmaz olur. Uşaqlar çox zaman düşünürlər ki, ananın edə bilməyəcəyi hər şeyi ata onun üçün edə bilər.Uşaqlarda ataya qarşı hörmətlə yanaşı, qorxu da olur. Hörmət valideyn və övlad arasında pərdəni qoruduğu halda arada olan qorxu hissi uşağı səhv addımlar atmağa sürükləyə bilər. "Atama deməyin, atam bilməsin" deyə-deyə atılan addımlar uşağı çıxa bilməyəcəyi çətinliklərin məngənəsinə sala bilər ki, sonra ata da övladını bu çətinliklərdən çıxarmaqda aciz olar. Uşaqların səhv addımlar atmasının qarşısını almaq üçün ata ilə övlad arasında olan qorxu hissini dürüstlük və sevgi ilə əvəz etmək lazımdır.Övladlarınız üçün "Super ata" olmaq istəyirsinizsə, ilk atacağınız addım onlara zaman ayırmaqdır. Bunun üçün isə körpəlik dövründən uşağın bütün ehtiyaclarını anası ilə yanaşı qarşılamaq, sərhəd və qaydalara laqeyd yanaşmadan uşaqla əylənmək, oynamaq, anlayan bir ata modeli, ata-uşaq əlaqəsi üçün ideal bir model meydana gətirmək lazımdır.Psixoloq Nigar Məmmədova deyir ki, erkən dövrdə ata və uşaq arasında qurulan əlaqə olduqca əhəmiyyətlidir. Uşaqlıq dövründə ata və uşağın oyun oynaması, bir yerdə zaman keçirməsi, bir-birləri ilə ünsiyyət içində olması uşağın yetkinlik dövrünə çox böyük təsir edir. "Yetkin uşaqlar nüfuz sahibi, etibarlı bir ata fiquruna sahib olmaq istəyirlər. Cinsi şəxsiyyətin meydana gəlməyə başladığı yaşlarda oğlan uşaqlarının düşündüyü tək şey "ata" olmaqdır. Övladınıza yaxın olmaq istəyirsinizsə, ona güvən verin, onu özünüzə inandırın".Yeniyetməlik böyüməkdir, dəyişmədir. Yeniyetmənin fiziki və ruhi baxımdan dəyişdiyi bu dövrləri bilmək, qəbul etmək lazımdır. Yeniyetmə, cəmiyyət içində yeni bir şəxsiyyət əldə etməyə çalışır. Bu dövrdə yeni düşüncə və inanc sistemləri ortaya çıxır. Bu dövrdə ata dəstəkləyən, istiqamətləndirən olmalıdır. Problemləri təhdid və danlaq olmadan paylaşmalı, birlikdə zaman keçirmək və güvən verən mövqedə olmaq yeniyetmə-ata münasibətində təməl nöqtələrdir. Bu, anlaşılmazlıqların sadələşdirilməsini təmin edir.Həmsöhbətimizin dediyinə görə, uşaqla paylaşma çox əhəmiyyətlidir. Oyun oynayaraq zaman keçirmək, birlikdə olmaq ata-uşaq münasibətində çox önəmlidir. Uşaqlar sadəliyi, səmimiliyi və mehribanlığı sevirlər.Davamlı əmrlər yağdıran, təhdid edən bir ata uşaqla yaxşı ünsiyyət qura bilməz. Anlamaq, dinləmək və düşüncələri paylaşmaq lazımdır. "Bir ata olaraq uşağınızla birlikdə olmaq üçün zaman ayırmalısınız. Onunla birlikdə zaman keçirdiyinizdə uşağın nələrdən xoşlana biləcəyini də öyrənə bilərsiniz".Sevgi və hörmət ünsiyyətdə vəhdət təşkil edir. İkisi olmadan yaxşı bir ünsiyyətdən söhbət gedə bilməz. Həddindən artıq sevgi göstərməyə çalışan atalar zamanla ata nüfuzunu uşağa buraxır. "Bunun nəticəsində uşağın idarə etdiyi, qaydalar qoyduğu bir vəziyyət ortaya çıxır. Bu səhvdir, uşağa hər vaxt ata olduğunuzu və sərhəd-qaydaları qoyduğunuzu göstərməlisiniz. Eyni zamanda onunla əyləncəli vaxt keçirə bilməli, problemləri ilə əlaqədar olaraq paylaşmalı, yanında olduğunuzu hiss etdirməlisiniz. Bu şəkildə qarşılıqlı sevgi-hörmət zəmini meydana gəldiyində yaxşı bir ata-uşaq münasibətindən söhbət gedə bilər".Çox zaman atalar hər şeyi ən sonda bilir. Psixoloqun fikrincə, burada ananın böyük rolu var. Ana və ata ortaq bir razılığa gələ bilsələr, atanın reaksiya verəcəyi narahatlığı ən az səviyyədə olar. Hər addımında valideynlərinin nəzarəti olan uşaqlar ata və ananın bir hadisəyə necə reaksiya verəcəyini təxmin edə bilir. Buna görə davranışlarına diqqət yetirir. Ata ilə münasibətdə çəkinməyən, problemlərini dost kimi atayla bölüşə bilən uşaqlar öz davranışlarında da diqqətli olur, atası kimi addım atmağa çalışır. "Uşaq səhv addım atdığında onu qorxutmamaq, təhdid etməmək lazımdır. Qorxulan bir ata fiquru uşağın daha çox səhv etməsinə səbəb olar. Atasından qorxan uşaq ataya heç nə deməz və daha çox yalan danışar. Bu səbəbdən övladınızla yaxın omağa, ona nümunə olmağa və onunla dost münasibətinə girməyiniz çox önəmlidir. Kiçik bir misal götürək; bir uşaq məktəbdən evə gec gəlir. O, sinif yoldaşları ilə məktəbin həyətində oynadığı üçün evə gecikib. Ata oğlundan harada olduğunu soruşur, uşaq düzünü deyir. Evə gəldiyində danlayır və hətta vurur. Uşaq ikinci dəfə dostları ilə hər hansı bir kafeyə gedir, evə gecikir. Atasından yenə danlaq eşidəcəyini bilən uşaq atasına yalan danışır və məktəbdə sinif yoldaşları ilə dərs hazırladığını deyir. Övladına inanan ata susur və hətta onu tərifləyir də. Belə halda uşaq yalan danışmağa, atadan doğruları gizlətməyə çalışır. Əslində uşağı başa düşmək, onun addımı səhv olsa belə danlamamaq və başa salmaq lazımdır. Biz övladlarımızı ancaq belə qazana bilərik".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR